Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Kinematoqrafçılar İttifaqı Azərbaycan filmlərini Rusiyadan gətirəcək
    Rusiya Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri ölkəyə qaytarılacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlama verən Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, Moskvada Azərbaycanın 300-dək bədii filmi var. Həmin ekran əsərlərini alıb Bakıya gətirmək üçün isə böyük məbləğdə vəsait lazımdır: “Rusiya Dövlət Film Fondunda 1923-cü ildən 1989-cu ilədək çəkilmiş ekran əsərləri saxlanılır. Sovet dövründə hansı respublikada çəkilməsindən asılı olmayaraq filmlərin orijinalları Moskvaya təhvil verilirdi. Biz 23 illik kirayə və saxlanma xərclərini ödədikdən sonra öz filmlərimizi ala bilərik”. Filmlərin qaytarılması ilə birbaşa yeni yaradılan Kinematoqrafçılar İttifaqı məşğul olacaq. Yaxınlarda təsis edilən qurumun icraçı katibi olan C.Quliyevin sözlərinə görə, təşkilatın qarşısında duran əsas məsələlərdən biri məhz budur: “Filmlərin qaytarılması üçün maliyyə ayrılması haqqında dövlətə müraciət edəcəyik.

    Bununla yanaşı, yeni filmlərin istehsalı və festivallara göndərilməsini də planlaşdırırıq. Eyni zamanda, festivalların keçirilməsi, kino mərkəzlərinin yaradılması, kinematoqrafçıların sosial vəziyyətinin, yaşayış şəraitlərinin yaxşılaşdırılması, onların emalatxanalarla təmin edilməsi, beynəlxalq simpozium və konfransların təşkili kimi məsələlər nəzərdə tutulur”. C.Quliyevin sözlərinə görə, filmlərin geri qaytarılması prosesinə 2013-cü ilin əvvəllərindən başlanması planlaşdırılır. O, ekran əsərlərinin mərhələli şəkildə Bakıya gətiriləcəyini vurğuladı: “Filmlər Moskvada çox yaxşı şəraitdə, səliqəli saxlanılır. Çoxunun surəti bizdə olsa da, artıq Azərbaycan müstəqil dövlətdir və öz tariximizə, mədəniyyətimizə sahib çıxmalıyıq”. C.Quliyev Azərbaycandan başqa heç bir postsovet ölkəsinin Moskvadakı filmlərini geri qaytarmaq planının olmadığını əlavə etdi. Rusiyadan gətiriləcək Azərbaycan kino salnaməsi Dövlət Film Fondunda qorunacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 537
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30