Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin 3-cü iclasında iştirak etmək məqsədi ilə 24-28 iyul tarixlərində Belçikaya səfər edəcək.
Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər.
Səfər müddətində Aİ-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsindəki məsələlər müzakirə ediləcək.