Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    RİTN-də 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib
    Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr barədə danışıb, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulayıb.

    Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, ötən müddət ərzində bu sahədə müsbət nəticələr qazanıldığını və Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmizin internet istifadəçilərinin sıxlığına görə MDB və regionda liderliyini qoruyub saxladığını vurğulayıb. Nazir ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu qeyd edib. Sonra Aparat rəhbəri Vidadi Zeynalov 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş məruzə ilə çıxış edib. Hesabat dövründə qazanılan nailiyyətləri diqqətə çatdıran məruzəçi bildirib ki, sektor üzrə əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb, gəlirlərin ÜDM-də payı isə 1,74% olub. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 , hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, hər 100 nəfərə düşən kompüterlərin sayı 20, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65 və hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı isə 30-dan artıqdır. Daha sonra, məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib. Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, növbəti ilin yanvar - fevral aylarında ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil opretorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, “nömrə daşıma” sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması, nanotexnologiyalardan istifadə, innovativ sahibkarlığa kömək və yeni tipli məhsulların hazırlanaraq dünya bazarlarına çıxarılması, vətəndaşların ərizə və şikayətlərinin operativ cavablandırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, cari ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərə, xüsusilə BMT-nin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumunun Bakıda keçiriləcək toplantısına hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 381
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30