İcazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır
Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
O qeyd edib ki, qanunda tikililərə ayrıca yanaşmalar olacaq: “Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir”.