Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu il 29 ali məktəbin magistraturasına qəbul aparılıb və bu il magistraturaya ayrılmış 6021 plan yerinə ümumilikdə 18019 bakalavr ərizə ilə müraciət edib: “Onlardan yalnız hər iki mərhələ üzrə müvafiq müsabiqə şərtlərini ödəyən 5018 bakalavr ali məktəblərin magistraturalarına qəbul olub”. N.Babayevin sözlərinə görə, magistraturaya qəbul olunanların qeydiyyat müddəti iyulun 13-ə qədər uzadılıb.