Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gənc azərbaycanlı yazıçının hekayəsi Vilnüsdə litva dilində çap edilib
    Litvanın “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 6 iyul 2012-ci il tarixində çapdan çıxan 25 (1091) saylı nəşrində Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Pərvinin (Pərvin Ələmdar qızı Nurəliyeva) “Samir üçün” adlı hekayəsi dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hekayəni Litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuviene çeviriblər.

    Əsər gənc yazar Pərvinin Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından 2012-ci ildə çapdan buraxılan “Qar yağacaq” adlı hekayələr toplusundan götürülüb. Qəzetdə müəllifin həyat və yaradıcılığı barədə məlumatlar da yer alıb. M.Həmzəyev otuz ildən artıqdır ki, Litvada Azərbaycan ədəbiyyatını təbliğ edir. O, 1988-ci ildə Vilnüsdə yaratdığı Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə də milli-mənəvi və mədəni dəyərlərimizin qorunub saxlanılmasını və yayılmasını təşkil edir, xalqımızın zəngin ədəbi-mədəni irsi ilə litvalıların öz ana dillərində tanış edilməsi və Azərbaycanın adının Baltik ölkələrində fəxrlə səsləndirilməsi işinə töhfələr verir. M.Həmzəyev indiyədək Litva dilinə Azərbaycan xalq nağıllarını çevirib, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Eldar Nəsibli (Sibirel), Məmməd Namaz, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və digər Azərbaycan yazıçılarının əsərlərindən tərcümələr edib və Litvada çap etdirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 550
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30