Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib
Rusiya BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, layihədə Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır.
BMT-nin 300-ə yaxın müşahidəçisinin Suriyadakı fəaliyyəti ilə bağlı iyulun 20-nə qədər qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90 günlük mandatı başa çatır.