Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil və elm
    Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır.

    Bekon “Təhsilimiz dünən, bu gün və sabah” kitabımda (Bakı, 2003) elm və təhsil hadisələri haqqında kifayət qədər məlumat verilmişdi. Ancaq çox hörmətli din alimi Hacı Mirəziz Seydzadənin təklifini nəzərə alaraq, “KƏLAM” - dərgisinin oxucuları üçün bu anlayışların məna yükünə bir qədər fəlsəfi aspektdə baxılmışdı.

    Elm ilə təhsil hadisələri çox vaxt cəmiyyətimizdə qarışıq salınır, bəzən də eyniləşdirilir. Ancaq bu hadisələrin qarşısında duran məqsədlər eyni olmadığı üçün, özləri də bir birindən çox fərqlidirlər. Təhsil ilə elm arasında fərq, təqribən müəllimi ilə alim arasındakı fərq qədərdir. Müəllim adətən geriyə, alim isə qabağa baxır. Müəllimləri orduya, alimləri sərkərdəyə bənzətmək olar. Biri kütləni, digəri fərdi (şəxsiyyəti) təmsil edir. Təhsilin subyekti kütlədir. Ölkəmizdə müəllimlərin sayı 300 minə qədər, təhsil alanların sayı isə 1,7 milyondur. Alimlərimizin sayı isə cəmi 10 mindən bir az çoxdur. Elə elm sahələri var ki, orada fəaliyyət göstərən alimlərin sayı bir neçə nəfərdi. Təhsil - milli və bəşəri, elm isə bəşəri və milli hadisədir. Təhsildə təhsil alan hadisənin obyektidir. Elmdə alim tədqiqatın subyektidir. Elmdə aparıcı şəxs tədqiqatçı, təhsildə isə müəllimdir. İctimai hörmət qazanmış (və ya müəyyən rəsmi proseduraları keçən) tədqiqatçı, alim adına layiq görülür. Təhsil ətalətli, elm dinamik sahədir. Təhsil gec qocalan, elm isə tez qocalan sahədir. Bir elm sahəsi yaranır, digəri bağlanır. Elmdə yenilik əldə etmək çətin deyildir. Təhsildə yenilik etmək isə çox çətindir. Təhsildən fərqli olaraq elmin inkişaf modeli “estafet” modellidir.
    Şübhəsiz, təhsil elm üçün bünövrədir və vasitədir. Təhsilli olmadan elmlə məşğul olmaq mümkün deyil. Necə ki, ali təhsil almaq üçün orta təhsil bazadır. Ali məktəblərdə təhsil almaq üçün lazımı baza bilikləri orta məktəbdə öyrədilir. Elmi tədqiqat üçün lazım olan baza təhsili bir qayda olaraq ali məktəbdə verilir. Təhsil - bilik, bacarıq və vərdişlərin gənc nəslə ötürülməsi və öyrədilməsi prosesidir. Qeyd etmək lazımdır ki, tərbiyə də təhsil prosesinin vacib komponentidir. Elm - haqqın, gerçəkliyin axtarılması yolunda alim fəaliyyətidir. Elm – yeni elmi nəticələrin əldə edilməsi prosesidir. Alim yüksək tərbiyə və mənəviyyatın daşıyıcısıdır. Digər peşə sahiblərindən fərqli olaraq, alim heç zaman deməz ki, mən aliməm.
    Spinozaya görə Allahı təbiətdə axtarmaq, təbiəti öyrənməklə Allahı dərk etmək lazımdır. Bu tezis Qərbdə elmin inkişafına böyük təkan vermişdir. Bu səbəbdən də Kant elmə: “Təbiət qanunlarının öyrənilməsi elmdir” - tərifini vermişdi.
    İnsana gələcək fəaliyyəti üçün lazım olan baza bilikləri orta məktəblərdə öyrədilməlidir. Baza təhsilinin məzmunu ölkənin, cəmiyyətin bugünki tələbinə və sabahkı inkişafına uyğun olmalıdır. Əlli il bundan qabaq ki dövrün sabahı, bugünkü dövrün sabahı ilə eyni olmadığı kimi, bugünkü təhsilin məzmunu da əlli il bundan qabaqkı və əlli il bundan sonrakı dövrün təhsilinin məzmunu ilə eyni olmamalıdır. Hansı ölkənin təhsil görəvliləri “nəyi və necə öyrətmək”? suallarına düzgün cavab tapırlarsa millətinin inkişafına layiqincə qulluq etmiş olurlar. Təhsil proqramları elə tutulmalıdır ki, bu proqramları mənimsəyən gənc həm bilikli, həm də millət sevər, yəni vətənpərvər olsun. Təhsilin bütün gücü təhsilin məzmununda cəmlənir. Bu səbəbdə də Avropalılar təhsilə - “xəzinəsi özündə” olan şey kimi baxırlar. Misal üçün, təhsilin məzmunu problemi ilə bağlı bir dəyirmi masada iştirakım zamanı “Bakını ermənilərdən azad edib, onu azərbaycanlıların şəhəri edən Nuru Paşanın fəaliyyəti” bizim tarix proqramlarında varmı? –sualıma “mütəxəssis” tərəfindən “yoxdur” cavabını aldım. Əgər orta təhsil proqramlarında Nuru Paşa, Mövlana və bunun kimi milli və bəşəri dəyərlər yaratmış tarixi şəxsiyyətlərimiz yoxdursa, deməli təhsilin məzmun müasir dövrün tələblərinə cavab verə bilməz.
    Bilik - zaman və məkandan asılı olmayaraq bəşəriyyətin tarix boyu topladığı elmi nəticələrin toplumudur. Elmi nəticələr tarixi təcrübə ilə təsdiqlənəndə biliyə çevrilir. Hesab edirəm ki, biliyə belə tərif vermək olar: “bilik - tarixi təcrübə ilə təsdiqlənən elmi nəticələrdir”. Fərdlər (alimlər) tərəfindən alınmış elmi nəticələr kütlə (insanlar və nəsillər) tərəfindən mənimsəniləndə biliyə çevrilir. Elmi nəticələr monoqrafiyalarda öz əksini tapır. Elmin inkişaf sürəti təhsillə müqayisədə çox böyükdür. Bu səbəbdən də elmi nəticələri əks etdirən monoqrafiyalar, bilikləri yayan dərsliklərlə müqayisədə tez “qocalırlar”. Elm araşdırmalar məlum ilə naməlum sualların təmas xətində aparılır, nəticələr elmi periodik curnallarda bəyan edilərək, monoqrafiyalarda çap edilir. Monoqrafiyalar mütəxəssislər üçün nəzərdə tutulduğundan tiracı az, qiyməti çox olur. Bilik yayan kitablar kütlə üçün nəzərdə tutulduğundan tiracı qat-qat çox, qiyməti isə əl çatan olur.
    Təhsil müqəddəs sahədir və beş fundamental sosial institutdan (ailə, din, təhsil, iqtisadiyyat, dövlət ) biridir. Elm haqqında bunu söyləmək çətindir. Elm - elitar fəaliyyət sayılır. Çünki alimlərin cəmiyyətdə yeri elitar təbəqədədir. Elmi nəticələrin düzü olduğu kimi, səhvi də olur. Elmi nəticələrə həmişə bir qədər şübhə ilə yanaşmaq lazımdır. Düzü səhvdən seçmək, ayırd etmək alimlərin borcudur. İmre Lakotos görə: “Kor - koranə nəzəriyyəni qəbul etmək ağılın üstünlüyü deyil, ağılın cinayətidir”. Elmi işlərin ekspertizası zəif olanda pisevda (və ya kvazi) alimlər törəyir. Belə alimlərin olması akademik mühiti korlayır. Belə mühitdə kvazi alimləri ifşa etmək çətin olduğu kimi, dəyərli alimləri də lazımınca qiymətləndirmək çətin olur. Bu da milli elmi elitanın yaranmasını çətinləşdirir. Elə akademiklərimiz var ki, nəinki cəmiyyət, heç ziyalılarımız onları tanımırlar. Elə alimlərimiz də var ki, bir gün dindarların, başqa bir gün isə akademik çevrənin içərisindədirlər. Başa düşmək olmur, bu alimlər dünyanın yaranmasının hansı modelini dəstəkləyirlər.
    Bu deyilənlərin işığında öz tariximizə nəzər salaq. Misal üçün, orta məktəb dərsliklərində Azərbaycan tarixi ilə bağlı o nəticələr cəmlənib və tədris olunmalıdır ki, onlar elmi nəticələr səviyyəsindən bilik səviyyəsinə yüksəlmişlər. Yəni tədris materialında şübhə doğuran bir söz belə olmamalıdır. Ümumtəhsil məktəblərin dərsliklərində zamanın sınağından keçməyən, hamı tərəfindən (həm bu gün, həm də gələcəkdə)100 faiz qəbul olunmayan materiallar tədris olunmamalıdır. Mübahisə doğuran suallar akademik institutların müzakirə obyekti olmalıdır. Tarixin bəzi mübahisəli məsələləri ali məktəblərdə magistr səviyyəsində (bakalavr səviyyəsində yox), müzakirə oluna bilər. Hər alim-müəllim nüfuzundan istifadə edib, öz elmi nəticələrini orta məktəb proqramlarına və kitablarına salmağa cəhd göstərməməlidirlər. Bu cəhdlər tariximizə xeyrindən çox, zərər vura bilər. Bu nəticələr gələcək nəsillərin öhdəsinə buraxmalıdır. Tarixin acı təcrübələri yaddan çıxarılmamalıdır. Keçən əsrin 60-ci illərində hay-küyə səbəb olmuş “neft boy maddəsi” – ni yada salmaq kifayətdir. O zamanlar bu maddə vasitəsi ilə kənd təsərrüfatında bolluq yaradılacağı təbliğ olunurdu. Bu hay –küyün nəticəsində kimi professor, kimi akademik oldu. Amma indi o elmi nəticələrdən danışan yoxdur. Çünki o elmi nəticələr zamanın süzgəcindən keçib, biliyə çevrilə bilmədi.
    Alimlər öz sıralarının saflığını özləri qorumalıdırlar. Əgər akademik mühitdə kvazi alimlərin sayı, həqiqi alimlərin sayından çox olarsa, onda elm cəmiyyətdən pul yeyər, amma borcun qaytarmaz. Bekon bir kəlamda: “Elm – gücdür” – demişdir. Bu kəlam bizim dilimizə “Bilik - gücdür” - şəklində səhv tərcümə edilmişdir. Fikrimi izah etmək üçün orta məktəb fizikasından bir misal çəkmək istəyirəm. Om qanununa görə elektrik dövrəsindən keçən cərəyan gərginlik ilə düz mütənasibdir. Bu qanundan törəyən texniki nəticələrindən vaxtında istifadə edərək elektrik lampası, çayniki, samovarı, peçi, ütüsü və bunun kimi digər cihazları icad edən və düzəldən firmalar kifayət qədər varlanaraq gücləndilər. Bu bilik indi güc mənbəyi deyil, çünki indi onu hamı bilir. Ən geridə qalmış kənddə məftili spirala çevirib, elektrik peçi düzəltmək mümkündür. Deməli, elmi nəticə bilik halında yox, elmi nəticə halında – güc mənbəyidir. Elmi nəticə kütləviləşəndə güc olma qabiliyyətini itirir. Hamının bildiyi şey güc mənbəyi ola bilməz. Deməli, “Bilik - gücdür” kəlamı yox, “Elm – gücdür” kəlamı daha düzgündür.
    Orta və ali məktəblərdə biz bilikləri öyrənirik. Bu biliklərin məlumat bazası iki toplanandan ibarətdir. Birinci toplanan bəşəriyyətin tarix boyu əldə etdiyi elmi nəticələrdir. İkinci toplanan, gerçəkliyinə şübhə olmayan yeni elmi nəticələrdir. Orta məktəbin birinci sinfindən ali təhsilin magistr pilləsinə qədər əsasən biliyin birinci, magistr pilləsində isə əsasən ikinci toplanandan istifadə edilməlidir. Ali təhsilin iki pilləyə bölünməsinin hikməti bundadır. Bu bölgünü düzgün proqramlaşdıran universitetlərin reytinqi, universitetlər sırasında çox yüksək olur. Ali təhsilin bakalavr pilləsində, dərsliklərdə və dərs vəsaitlərində əks olunmuş həlli məlum problemlər öyrədilir. Magistraturada isə tələbələrə cavabı məqalə və monoqrafiyalarda əks olunmuş yeni elmi nəticələr tədris edilir. Bu səbəbdən də magistratura ali təhsilin son pilləsidir.
    Ali təhsili magistr pilləsi bəzən səhv olaraq aspiranturaya nativ qoyulur və aspiranturaya təhsil pilləsi kimi baxılır. Aspiranturada cavabı heç kəsə, hətta ən dahi aliminə belə məlum olmayan suallara cavab axtarılır. Bu səbəbdən də magistratura aspiranturaya nativ ola bilməz.
    Magistratura məlum ilə naməlumun sərhədinin sol tərəfində, aspirantura isə sağ tərəfindədir. Məlumları gənclərə öyrətmək təhsilin işidir. Qeyri məlumları aşkar etmək isə elmin işidir.
    Prof. Şahlar Əsgərov,
    əməkdar elm xadimi

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 5486
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30