Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimatı keçirilib
    Bu gün Bakıda ANAMA-NATO birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, mərasimdə əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanışlıq olub. Tədbirdə çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov bildirib ki, layihə üzrə işlərə aprel ayında başlanıb: “Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir”. N.İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib. ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib.

    Tədbirdə baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığından danışıb. O, bu əməkdaşlıq çərçivəsində bundan əvvəl “Saloğlu” layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina/PHS təhlükəsinin aradan qalxdığını xatırladıb. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A.Şərifov qeyd edib ki, layihənin birinci mərhələsinin xərci 3 milyon avrodan çoxdur: “Bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir”. Ceyrançöl tipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturay isə bildirib ki, bundan əvvəlki “Saloğlu” layihəsi yüksək səviyyədə icra olunub: “O layihədə yaxşı nəticələr əldə olundu. Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz-üzə qalırlar. Ceyrançöl layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdir”. O qeyd edib ki, ANAMA Gürcüstan və Əfqanıstanla birgə çalışır və bu qurumun təşəbbüsləri Azərbaycanın hüdudlarından kənara da yayılır. Daha sonra layihənin təqdimatı keçirilib və slaytlarla iştirakçılara izah olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 308
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30