İyulun 8-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıya gələcək. “KƏLAMİNFO” xəbər verir ki. bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib. O, qeyd edib ki, 2 gün davam edəcək səfər çərçivəsində S.Narışkin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşəcək, tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə ediləcək.