Prezident Neft Fondunun 2011-ci il büdcəsinin icrasını təsdiqləyib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası təsdiq edilib.
Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, sərəncama uyğun olaraq, Neft Fondunun 2011-ci il büdcəsinin icrası gəlirləri 15 628 352,8 min manat, xərcləri 9 606 595,4 min manat səviyyəsində olmaqla təsdiqlənib.