Suriyalı hərbçilər kütləvi şəkildə Türkiyəyə keçdilər
100-ə yaxın suriyalı hərbçi, o cümlədən, bir general və yeddi zabit Türkiyə ərazisinə keçiblər. Onlar Türkiyədən sığınacaq istəyiblər. “KƏLAMİNFO” “Hurriyyet”ə istinadən xəbər verir ki, söhbət sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbçilərindən gedir.
Bu, Suriya hərbçilərinin Türkiyəyə qaçması ilə bağlı ilk hadisə deyil. Amma indiyədək bu qədər kütləvi fərarilik olmamışdı.