Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev: Bakıda böyük olimpiya infrastrukturu yaradılır
    “Bu gün Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Dövlət idmanın inkişafı üçün konkret addımlar atır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində London Yay Olimpiadasına yola salınan Azərbaycan idmançıları ilə görüşdə bildirib. Prezident vurğulayıb ki, bu gün idman cəmiyyətimizin ayrılmaz hissəsidir, idmançılara olan hörmət yüksək səviyyədədir: “İdmançıların məişət problemlərinin həlli yüksək səviyyədə həyata keçirilir. Bütün bu amillər idmanın daha da inkişafına təkan verir, gənclərdə və yeniyetmələrdə idmana olan marağı daha da artırır”. Prezident qeyd edib ki, bu gün dünyada Azərbaycan idman ölkəsi kimi tanınır: “Beynəlxalq idman aləmində layiqlin yerimiz var. İndi Azərbaycan idmançıları hər bir rəqib üçün ciddi sınaqdır”.

    Prezident ölkədəki idman federasiyalarının fəaliyyətindən də danışıb. O qeyd edib ki, federasiyalar bir ailə kimi idmanın inkişafına xidmət etməlidirlər və edirlər: “Mənim üçün ölkə və Milli Olimpiya Komitəsi (MOK) prezidenti kimi idmanın olimpiya və qeyri-olimpiya növləri arasında heç bir fərq yoxdur. Azərbaycanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait var. Federasiyalar möhkəmlənir, onların rəhbər işçiləri öz qarşısında duran işləri yerinə yetirirlər. Hər bir federasiya konkret plan əsasında fəaliyyət göstərir. Tələb odur ki, hər bir federasiya nəticə verməli, müvafiq federasiyada cəmlənmiş idmançılar nəticə göstərməli və qələbə qazanmalıdırlar”. Azərbaycan Prezidenti onu da deyib ki, ölkədəki regional olimpiya kompleksləri ilə yanaşı, Bakıda böyük olimpiya infrastrukturu yaradılır. Ölkə başçısı bu işlər sırasında Bakıda təməli qoyulan Olimpiya stadionunun bu il tikintisinə başlanacağına ümidvar olduğunu deyib: “Bu stadion regionun ən böyük olimpiya stadionu olacaq”. Prezident idmanın üzgüçülük növü sahəsindəki bəzi çatışmazlıqlardan da danışıb: “Yaxın zamanlarda dünya standartlarına cavab verən yeni üzgüçülük kompleksinin tikintisinə başlanılacaq. Buna böyük ehtiyac var. İndi bütün rayonlarda üzgüçülük hovuzları var, amma Bakıda bu sahədə gerilik var. Bu çatışmazlıq aradan qalxmalıdır. İdmançılarımız paytaxtda hələ də sovet dövründən qalma hovuzlarda məşq edirlər. Paytaxtda yeni üzgüçülük mərkəzləri tikilməlidir və tikiləcək”. Azərbaycan Prezidenti MOK-dakı fəaliyyətindən də bəhs edib: “Mən 15 ildir ki, MOK-un prezidentiyəm və dövlət başçısı kimi çoxsaylı funksiyalarım olmasına baxmayaraq, daim idmançılarla təmasdayam. Nəzərə alaq ki, mən Azərbaycan Prezidenti seçilənə qədər 1997-ci ildən MOK prezidentiyəm və ölkə rəhbərliyinə də idmandan gəlmişəm. Bu o deməkdir ki, mən ölkə rəhbərliyində idmançıları təmsil edirəm”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 278
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30