Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankaraya rəsmi səfərə gediblər. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər.
Səfər müddətində F.Məmmədov Türkiyənin TRT-1 kanalının canlı proqramının qonağı olacaq. O, 3 iyulda Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşəcək.