Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Səfir İlqar Muxtarov etimadnaməsini Panama prezidentinə təqdim edib
    Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Panama Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Panama prezidenti Rikardo Martinelli və xarici işlər naziri Roberto Enrikesə təqdim edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Panama Prezidenti ilə görüş zamanı səfir İ.Muxtarov R.Martinelliyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

    Səfir İ.Muxtarov prezident R.Martinelli və xarici işlər naziri R.Enrikesə Azərbaycanın dövlətçilik tarixi, enerji sektorunun yaranması və inkişafı, ölkəmizin iqtisadi potensialı, mövcud biznes mühiti barədə məlumat verib. Səfir, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi və münaqişənin həlli istiqamətində davam edən beynəlxalq danışıqlar prosesi haqda Panama Prezidenti və XİN rəhbərini məlumatlandırıb. Tərəflər Azərbaycan və Panama arasında geniş spektrdə münasibətlərin inkişafı, o cümlədən enerji sektorunda əməkdaşlıq perspektivləri, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində səfir İ.Muxtarov Panamanın enerji naziri Xuan Manuel Urriola ilə görüşüb. Səfir İ.Muxtarov Azərbaycanın enerji siyasəti və regionda mövcud ümumi geosiyasi vəziyyət haqqında söz açaraq, Azərbaycanda həyata keçirilən irimiqyaslı beynəlxalq enerji layihələri və iki ölkə arasında mümkün əməkdaşlıq sahələri barədə panamalı nazirə məlumat verib. Öz növbəsində nazir X.M.Urriola ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlıq etməyə maraqlı olduğunu diqqətə çatdıraraq, Panamada həyata keçirilən beynəlxalq layihələr və qarşılıqlı investisiya imkanlarından bəhs edib. Azərbaycan Səfiri, həmçinin Panama Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət geniş tərkibli işçi qrupu ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sektorunda əməkdaşlıq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmə mexanizminin həyata keçirilməsi barədə razılığa gəliblər. Səfir İ.Muxtarov, habelə Panama Diplomatik Akademiyasının rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı İ.Muxtarov Azərbaycanın Diplomatik Akademiyası tərəfindən xarici tələbələr üçün həyata keçirilən təqaüdlü təhsil layihələri barədə məlumat verib. Tərəflər iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Panamaya səfər zamanı Səfir İ.Muxtarov, həmçinin xarici ticarət nazirinin müavini Xose Paçeko Texeira, Panamanın müxtəlif sahələrdə özəl sektoru təmsil edən iş adamları ilə görüşlər keçirib, Panama Kanalı və vergilərdən azad ticarət zonası olan “Sakit Okean Panaması” (Panama Pacifico) kimi nəzərdə tutulan beynəlxalq iqtisadi əməkdaşlıq layihələri ilə tanışlıq məqsədi ilə XİN tərəfindən təşkil edilmiş işgüzar ekskursiyada iştirak edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 467
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30