Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvanda mətbuat daha sürətlə inkişaf edəcək
    Həyata keçirilən tədbirlər də bu cür düşünməyə əsas verir

    Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “Mətbuatın dostu” adına layiq görülməsi xəbərini eşidəndə düzü sevindim,  “bu  onun halal haqqıdır”-dedim. Elə o an da muxtar respublikanın gündəlik ictimai-siyasi qəzeti olan “Şərq qapısı” qəzetində işlədiyim dövrü xatırlayası oldum. Çünki birgə fəaliyyətimiz dövründə onun nə dərəcədə mətbuat adamı olduğunu yaxından duymuşdum. Elə bu mənada ürəyimdən keçənləri qələmə almağa çalışdım. Baxmayaraq ki, ondan əvvəlki illərdə böyük mətbuatda-“Sovet kəndi”, “Həyat” və “Azərbaycan” qəzetlərində peşəkar qələm sahibləri ilə birgə çalışmışdım, onlardan xeyli təcrübə toplamışdım, amma bölgədə 7 illik baş redaktorluq dövrüm mənim üçün həqiqi mənada bir həyat məktəbi oldu. O vaxtadək iki ali məktəb (ixtisasca həm tarix müəllimi, həm də hüquqşüqnas idim) bitirsəm də, üstəlik də tarix elmləri namizədi alimlik dərəcəsi alsam da bu məktəbdən öyrəndiklərim, əxz etdiklərim daha çox oldu.

    Düşüncə və təfəkkürümdə formalaşan yeniliklər həyata və cəmiyyətə olan baxışlarımı da bir qədər dəyişdi.  Özümü burada “qaynar qazanda” hiss etdim. Başlıca fərq isə hər zaman sözə qiymət verməyi bacaran Muxtar Respublika Ali Məclisi Sədrinin qayğısını, diqqətini və tələbini hiss etməyim oldu. Nə gizlədim, Heydər Əliyev dövlətçilik məktəbinin nə demək olduğunu, onun üstün istiqamətlərini və cəhətlərini də onun  timsalında aydın gördüm.
    Təbiəti alicənablıq və xeyirxahlıqdan, işgüzarlıq və tələbkarklıqdan yoğrulan Ali Məclisin sədri təkcə mətbuatın qayğıkeşi və himayədarı olmayıb. O, mətbuatın, söz adamlarının yaxın dostu olmaqla bərabər, onların qayğı və problemlərini də həmişə  öz çiyinləri üzərinə götürür. Bu səbəbdən maliyyə problemlərini yerli redaksiyalar hiss etmirlər. Yeri düşdükcə bitkin qələm sahiblərinə yol göstərməyi, onlara  jurnalistikadan dərs keçməyi də unutmur. Bunun üçün tez-tez mətbuat işçləri ilə görüşür, mükafatlandırır, onlarla xatirə şəkilləri çəkdirir və yumşaq halda da nəyi, necə yazmağı və hadisələrə milli maraqlardan  yanaşmağı tövsiyyə edir. Bir oxucu kimi həmişə də analitik təhlilli, dolğun və  publisistik yazıların sorağındadır. Onun fikrincə, bu janrlarda deyilən söz oxucuya daha tez və aydın çatır. O, görüş və söhbətlərində  mətbuatımızın cəfakeşi olan ümümmilli liderimizin belə bir kəlamını da tez-tez xatırlatmaqla bu sahəyə yaxından bələd olduğunu da açıqlayır: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv qiymətləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənəddir”. Üstün keyfiyyətlərindən biri də yaxşı redaktə qabiliyyətinin olmasıdır. Hər zaman mütaliənin tərəfdarıdır. Azərbaycan milli mətbuatının qaranquşu sayılan “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsiplərin-maarifləşmə, müasirləşmə, məfkurə saflığı, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdətini, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılmasını, hadisələrin obyektiv işıqlandırılmasını xatırladaraq ümümmilli mənafelərə xidmət etməyin vacibliyini ortaya qoyur.
    Qəzet adamının ələbaxımlığının əlehinə olduğundan istəyi ondan ibarət olur ki, əməkdaşları maddi cəhətdən tez-tez həvəsləndirmək lazımdır ki, öz ehtiyaclarını ödəyə bilsinlər. Onun bu tapşırığı əsasında da hər il əməkdaş və texniki işçilərə ildə bir neçə dəfə mükafat və yardımlar verilir. Ali Məclis sədrinin fondundan verilən mükafatlar da az olmur.
    Təbii ki, yerli həyatın güzgüsü sayılan  əyalət qəzetinin özünü saxlamaq imkanları hər zaman çətin olub. Reklam bazarı yox dərəcəsindədir. Az sayda abunə ilə mətbu orqanını maliyyələşdirmək müşkül məsələdir. Bu baxımdan regionda fəaliyyət göstərən qəzetlərin bəxti bir qədər gətirib. Onların normal fəaliyyəti üçün abunənin düzgün təşkili ilə yanaşı,  yerli büdcədən də dotasiya  ayrılır. İcra Hakimiyyəti strukturları da mətbu orqanlarının fəaliyyəti ilə ciddi maraqlanırlar.
    Qoy heç də belə rəy yaranmasın ki, baş redaktor vəzifəsində işlədiyim dövrdə həmişə başımıza sığallar çəkilib, yalnız xoş və tərifli sözlər eşitmişik. Xeyr, əksinə bu məktəbdə aldığımız dərslərin çətinlikləri, imtahanları da az olmayıb. Hər dərsi qavramaq, dərk etmək və sabah onu icra etmək asan başa gəlmirdi. Madam ki, qəzetə bu qədər qayğı və diqqət bəslənilirsə, onun dərd-sərlərinə əməlli-başlı can yandırılırsa, onda gərək bazara çıxaracağın məhsul da keyfiyyətli olsun. Bu halda zay məhsula da mənən haqqın yoxdur.
    Ali Məclisin sədri hər zaman  mətbu sözün dəyərinin və kəsərinin artırılmasının tərəfdar olub. Başlıca amalı və istəyi də ondan ibarət olub ki, dərc olunan yazılar yeni düşüncəyə, təfəkkürə, analitik təhlilə, operativ əksetdirmə imkanlarına söykənməklə oxucu maraqlarına cavab versin. Elə buradaca iştirakçısı olduğum  bir əhvalatı burada xatırlamağı lazım bilirəm. Bir dəfə mətbuatla bağlı keçirilən müşavirələrin birində Ali Məclisin Sədri baş redaktortək məndən soruşdu:
    -Qəzetdə tənqidi materiallar niyə az dərc olunur?
    Əslinə qalsa, nə deyəcəyimi bilmədim.
    Yenidən dilləndi:-Olmaya tənqidi materiallar üçün mövzu tapılmır?
    -Xeyr, vardır,-dedim.
    Bu dəfə əsəbi və amiranə şəkildə,-vardırsa bəs niyə yazmırsınız, olmaya  qorxursunuz,-dedi.
    Sonrakı günlərdə Muxtar Respublikanın bir çox icra hakimiyyəti strukturları ilə bağlı ciddi tənqidi yazılar dərc etdik. Bunlar isə o zamana qədər yerli mətbuatda görünməyən hallar idi. Sən demə naziri, komitə sədrini, icra hakimiyyəti başçısını da haqlı tənqid etmək olardı. Həmin yazılar ictimai rəydə də ünvanımıza xoş sözlər gətirdi. Məmur-mətbuat müstəvisində baş verən qalmaqallarda, söz-söhbətlərdə də muxtar respubliknın başçısı birmənalı şəkildə qələm sahiblərini müdafiə edir. Təki yazı obyektivliyə və kerçək faktlara söykənsin.
    Onun yerli mətbuatın inkişafı sahəsində xidmətləri bununla bitmir. “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı 26 mart 2000-ci il tarixli sərəncamı region mətbuatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Həmin sərəncamın icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi texniki bazaları xeyli gücləndirildi, onların hər biri müasir informasiya texnologiyaları ilə təmin edildi. Bu qayğı və diqqətdən “Şərq qapısı” qəzetinə daha çox pay düşdü. İlk növbədə redaksiyanın yerləşdiyi bina əsaslı təmir olunaraq yenidən quruldu,  qəzetin tirajı və dövriyyəsi getdikcə artdı. O, həftədə 5 dəfə nəşr olunan mətbu orqanına çevrildi. Rayon qəzetlərinin  isə həftədə bir dəfə  nəşrinə nail olundu. Bütün qəzetlərə abunə işi məsələsi axarına qoyuldu, onlara yerli büdcədən dotasiyalar ayrıldı. Şərur rayonunda nəşr olunan yerli qəzet üçün müasir bina inşa olundu.  “Əcəmi” nəşriyyat-poliqrafiya birliyinin yaradılması, onun yeni çap texnologiyaları ilə təmin olunması burada kitab, buklet  nəşrinin həyata keçirilməsinə imkan yaratdı. Hər il onlarla müəllifin kitabları bu müəssisədə işıq üzü gördü.
    2005-ci ilin  iyulunda “Şərq qapısı” qəzetinin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Ali Məclis sədrinin imzaladığı Sərəncam da mətbuata göstərilən qayğının bir nümunəsi oldu. Bu dəfə əməkdaşların sosial müdafiəsi diqqət mərkəzinə çəkildi. Az sonra, muxtar respublikanın “Əməkdar jurnalisti” fəxri adı təsis olundu, son dörd il ərzində on nəfərə yaxın qələm sahibi  bu ada layiq görülüb. Onların arasında Rusiyanın tanınmış yazıçı-jurnalisti Rudolf İvanov da olub. Azərbaycan Dövlət Televiziyasının baş redaktoru Sadıq Elcanlıya isə Naxçıvan MR-in əməkdar incəsənət xadimi adı verilib.
    Parlament seçkilərində mətbuat işçilərindən iki nəfərin  muxtar respublikanın qanunverici hakimiyyət orqanına üzv seçilməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsi oldu.  NDU-da  jurnalistika ixtisasının açılması, Naxçıvan Mətbuat Şurasının yaradılması da görülən işlər sırasında oldu. Ötən illərdə ölkəmizin, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın fəxri adlarını alan qələm sahibləri də az olmadı. Nurəddin Babayev və Səxavət Kəngərli isə Prezident təqaüdünə layiq görülüblər.
    Üç il bundan əvvəl isə  “Şərq qapısı”nın  abunəsi 6 min 300 nüsxə olub. Onun 800 ədədi Azərbaycanın digər bölgələrində yayılırdı. Bu Naxçıvan mətbuatının mövcud olduğu 85 il ərzində qazandığı ən böyük uğur olub.
    Müsbət ənənələr indi də yaşadılır. Cari ildə ölkəmizdə anoloqu olmayan nəşriyyat-redaksiya kompleksi də burada  istifadəyə veriləcək. Bunun üçün zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan müasir tipli obyekt inşa olunur.  Binanın 3 mərtəbəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin ixtiyarına veriləcək. Burada Almaniya mənşəli çap avadanlıqları quraşdırılacaqdır. Nəşriyyatın direktoru Rəfael Babayevin sözlərinə görə, yeni qəzet sexində qurulan “ “KBA Rapida-75” markalı ofset maşını, cild sexində kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən poliqrafiya avadanlıqları, eləcə də yeni forma köçürmə qurğuları quraşdırılacaq ki, bunlar da, dünyanın ən böyük modern mətbəələrində istifadə olunan poliqrafiya avadanlıqlarındandır. Nəticədə, iqtisadi blokada şəraitində yaşayan regionda da  ən müasir standartlar əsasında  çap məhsulları hazırlanacaqdır.
    Müasir standartlar əsasında qurulan bu obyektdə “Şərq qapısı” qəzeti üçün 14 iş otağı ayrılıb. Hər bir əməkdaş müasir informasiya texnologiyalarından normal istifadə edə biləcək.  50 nəfərlik iclas zalı da mətbuat işçilərinin ixtiyarına veriləcək. Binanın birinci mərtəbəsində yeməkxana ilə birgə çayxana da fəaliyyət göstərəcəkdir. Onu da qeyd edək ki, burada rayon qəzetlərinin də rəngli nəşri nəzərdə tutulub. 
    Əlbəttə mətbuat dövrün, zamanın salnaməsi və güzgüsüdür. Ali Məclis sədrinin sözləri ilə desək, mətbuat bu günümüzlə gələcək arasında həm də mənəvi bir körpüdür, bağlılıqdır. Heç şübhə yoxdur ki, gələcəkdə Naxçıvan Muxtar Respublikasının bu günki inkişafı və həyatı ilə  maraqlanmaq istəyənlər də ilk növbədə arxivlərdə və kitabxanalarda yerli həyatın salnaməsi olan qəzetlərin səhifələrini vərəqləməli olacaqlar. 

    Məmməd MƏMMƏDOV,
    Naxçıvan MR Ali Məclisinin deputatı,
    tarix elmləri namizədi, əməkdar jurnalist

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 768
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30