Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hacıbala Abutalıbov: “Bakıda 198 məktəb və 161 uşaq bağçası Dövlət Proqramına daxil edilib”
    Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının bir illik yekunlarına həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, təsdiq olunmuş sosial-iqtisadi inkişaf proqramına əsasən, 2011-ci ildə adı çəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılıb, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılıb: “51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılıb, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunub. 2011-ci ilin proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olub”.

    H.Abutalıbov bildirib ki, ötən il Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetr, başqa sözlə, 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilib. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılıb: “2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılıb. Bu il, həmçinin 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçirilib. Gələn il Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulub”. BŞİH rəhbərinin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi tərəfindən yuxarıda adı çəkilən Dövlət Proqramına əlavə olaraq 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulub: “Dövlət Proqramında nəzərdə tutulmuş işlər təkcə sosial obyektlərin inkişafına deyil, həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunub. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilib, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaq”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 508
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30