Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir
    Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklər barədə komitə sədri Əli Hüseynli məlumat verib. Dəyişikliklərə görə, Məcəllənin 38-1 maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunur.

    Məcəlləyə təklif olunan digər dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətə görə 100 manatdan 300 manatadək, həmçinin məişət zəminində psixik zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təsir göstərilməsinə, yaxud dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətə görə 300 manatdan 500 manatadək, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə 35 manatdan 50 manatadək miqdarda cərimə nəzərdə tutulur. Bununla yanaşı, Məcəlləyə təklif olunan növbəti dəyişikliyə əsasən zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxduğu barədə kifayət qədər məlumat olan şəxslərin səhiyyə orqanı tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə 100 manatdan 150 manatadək, zöhrəvi xəstəliklərə, yaxud insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslərlə əlaqədə olmuş, profilaktik müayinəyə ehtiyacı olan şəxslərin müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə 80 manatdan 120 manatadək, eləcə də zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə, onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 100 manatdan 200 manatadək miqdarda cərimə təklif olunur. Eyni zamanda, insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immun çatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 200 manatdan 400 manatadək, həmçinin donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə 30 manatdan 35 manatadək miqdarda cərimə ediləcək. Dəyişikliklər müzakirə üçün plenar iclasa tövsiyə olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 385
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30