Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi Xəzər dənizi üzərində uçuşlar keçirir
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində uçuş peşəkarlığının artırılması məqsədi ilə təlim-məşq uçuşları yerinə yetirilir. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı FHN yayıb.
Təlim-məşq uçuşlarında nazirliyin “Mİ-17” və “Ka-32” tipli 2 ədəd vertolyotu və “BE-200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edir.