Bakıda GİN ilə İranın Milli Gənclər Təşkilatı arasında Müştərək Komitənin iclası keçiriləcək
Sabah Bakıda Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Milli Gənclər Təşkilatı arasında Müştərək Komitənin iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
Nazirlikdə baş tutacaq iclasda icraiyyə planının imzalanması mərasiminin keçirilməsi də planlaşdırılır. İclasda ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Milli Gənclər Təşkilatının sədr müavini Mohammad Sadegh Akbari, İran Milli Gənclər Təşkilatının Ərdəbil vilayət şöbəsinin müdiri Faramaz K. Dezfoulie - Alireza Abdi, Elmi tədqiqat xidmətinin baş direktoru Seyyed Mahdi Faghihi iştirak edəcəklər.