Brüsseldə Azərbaycanla NATO arasında “28+1” formatında məsləhətləşmələr keçiriləcək
İyunun 12-də NATO-nun Brüsseldə yerləşən Mənzil Qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tərəfindən tədbirdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumları mütəxəssislərindən ibarət nümayəndə heyəti iştirak edəcək.