Fransa XİN: “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”
Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaşanan hərbi insidentlərdən narahatlığını bəyan edib. “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur” - deyə Minsk Qrupunun üzvü olan Fransanın bəyanatında bildirilib. “Tərəflər bütövlükdə BMT Bəyannaməsinin prinsiplərinə - güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etmə və s. sülh prosesinə bağlı olmalıdırlar” - deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.
“KƏLAMİNFO” xəbər verir ki, Fransa XİN-in saytında yerləşdirilən bəyanatda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Parisdə keçiriləcək görüşü, eləcə də Minsk Qrupu həmsədrlərinin görüşləri xatırladılır və əlavə edilib ki, “biz bu görüşlərə hazırıq”.