Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İctimai rəydə “Eurovision-2012” peşəkar səviyyədə iş adlandırılıb
    “Eurovision–2012” ilə bağlı ictimai rəy sorğusu keçirilib. “Rəy” Monitorinq Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2012-ci il mayın 27-dən 31-dək keçirilən ümummilli ictimai rəy sorğusuna yaşı 18 və yuxarı olan 1300 respondent cəlb edilib. Məlum olub ki, Azərbaycanda Avropanın ən böyük musiqi bayramına maraq kəskin şəkildə artıb. Əgər 2011-ci il mayın 15-16-da (finaldan dərhal sonra) keçirilmiş sorğu zamanı Bakı əhalisinin 59%-nin müsabiqəni bu və ya digər səviyyədə izlədiyi üzə çıxmışdısa, bu il həmin rəqəm 89%-ə qalxıb. Ümumilikdə isə ölkə üzrə bu göstərici 78% təşkil edib. Sorğu nəticələri göstərir ki, gənclər müsabiqəni əvvəldən axıradək on-layn rejimində izləyib, daha yaşlı nəsil isə konsert proqramlarına fasilələrlə baxıb və ya sonrakı gün gedən reportajlarla tanış olub.

    Qeyd edək ki, sorğuya görə, müsabiqənin sonuncu gününü Bakı gənclərinin 93%-i, ölkə əhalisinin isə 82%-i izləyib. Yeri gəlmişkən, iki ay əvvəl Bakı əhalisinin 63%-i Azərbaycanı Səbinə Babayevanın təmsil etdiyini bilirdisə, indi bu rəqəm 88%-ə çatıb. Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir (məsələn, “Eurovision–2011”-nin təşkili Almaniyaya 50 mln. avroya başa gəlmişdi). Ötən il Bakı sakinlərinin 63%-i hesab edirdi ki, “Eurovision”un ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətində idilər. Cəmi 13% respondent bu fikri bölüşmürdü, çünki bunu bədxərclik hesab edirdi. Sorğu zamanı məlum olub ki, indi əhalinin 85%-i müsabiqənin keçirilməsinə böyük vəsait yatırımının zəruri olduğunu və bunun özünü doğrultduğunu düşünür. Onlarla cəmi 11%-ə yaxın respondent razılaşmayıb (qalan 4% isə sualı cavablandırmaqda çətinlik çəkib). Bəs Azərbaycan bir ev sahibi olaraq “Eurovision–2012”-ni layiqli təşkil edib keçirə bildimi? Təşkilatçıların işini hansı sözlərlə qiymətləndirmək olar? Bu zaman isə məlum olub ki, təşkilatçıların böyük, çətin və səmərəli iş gördüyünə şübhə edən demək olar ki, yoxdur. Respondentlərin 86%-i hesab edir ki, tədbir “qüsursuz”, “peşəkar səviyyədə”, “Avropa səviyyəsində” təşkil edilib. Cəmi 3%-in fikrincə isə onu “daha yaxşı təşkil etmək olardı” və “ideal səviyyəyə çata bilmədik”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 485
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30