Elmar Məmmədyarov sabah Trabzona işgüzar səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrində iştirak etmək məqsədi ilə sabah Türkiyənin Trabzon şəhərinə işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.