Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Cavan nəsil var, amma onlar bizim dövrün aktyorlarını əvəz etmir”
    Məcnun Hacıbəyov: “Aktyor yoldaşlarımı, tamaşaları televiziyada görəndə darıxıram”

    40 ilə yaxın Akademik Milli Dram Teatrında çalışan 77 yaşlı aktyor Məcnun Hacıbəyov Qubada yaşayır. “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edən aktyor “Azadinform”un suallarını cavablandırıb.

    - Necəsiniz, nə işlə məşğul olursunuz?

    - Keçən ilin noyabr ayında infarkt keçirdim. Əvvəllər heç vaxt səhhətimdən şikayətim olmazdı, amma qış aylarında soyuq dəydi, müalicə üçün Bakıya getdim və orada vəziyyətim pisləşdi. Bakı gözəl şəhərdir, ancaq orada yaşaya bilmirəm, havası mənə düşmür. Üç ay xəstəxanada yatandan sonra döndüm Qubaya. Hazırda müalicə olunuram. İyul ayında yenidən Bakıya müayinəyə gedəcəyəm. Tək yaşayıram, övladlarım yanıma gəlib-gedirlər.



    - Neçə müddətdir teatrdan ayrılmısınız?


    - 2002-ci ildən teatrdan ayrıldım. 40 illik aktyorluq fəaliyyətim tamam olandan sonra öz ərizəmlə teatrdan çıxdım.


    - Niyə teatrdan ayrıldınız?


    - Bakıda öz adıma olmayan evdə yaşayırdım. Güman edirdim ki, ev verəcəklər. Kiçik oğlum ailə qurandan sonra iki qardaş bir evdə yaşaya bilmədilər. Həyat yoldaşım da evi oğluma verməyi və Qubada yaşamağımızı istədi. Təqaüd alırdıq, düşündük ki, bağımız-bağçamızla məşğul olub dolanarıq. Lakin Qubaya köçəndən sonra həyat yoldaşım dünyasını dəyişdi. Tək yaşaya bilmədim. O zaman Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov məni çağırıb teatrda bir otaq verdi. İki ilə yaxın orada yaşadım. Əlabbas Qədirov direktor təyin edildikdən sonra otağı boşaltmağı tapşırdı. Mən də yenidən Qubaya dönmək məcburiyyətində qaldım. Maqbet Bünyatov direktor olandan sonra müqavilə ilə yenidən işə götürüldüm, tamaşalar olanda Bakıya gəlirdim. Lakin müqavilə vaxtı bitdi və həmin dövrdə İsrafil İsrafilov teatrın direktoru oldu. Yenidən başlamaq mənim üçün çox çətin idi, ona görə də teatrla əlaqəm kəsildi. Ancaq indiyədək mənə teatrın fondundan hər ay 200 manat təqaüd yollayırlar.


    - Teatra dönmək istərdinizmi?


    - Yox, çünki səhhətim və yaşım imkan verməz. Amma aktyor yoldaşlarımı, tamaşaları televiziyada görəndə darıxıram. Şəhərdə, küçədə məni görüb tanıyırlar. Deyirlər ki, daha Yaşar, Siyavuş, mənim kimi aktyorlar yoxdur. Cavan nəsil var, amma onlar bizim dövrün aktyorlarını əvəz etmir. Səhnə, cəmiyyət, tamaşaçılar üçün darıxıram. Hər şey çox yaxşıdır, insanlar üçün yaxşı şərait yaradılıb. Amma camaat bir-birilə yola getmir, bir- birini öldürür, bıçaqlayırlar, bir-birinin evlərini soyurlar, cavanlar gedir həbsxanada çürüyür, ölüm halları, yollarda qəzalar çoxalıb. Bunu da hələ televiziyada göstərirlər, ürəyim ağrıyır. Ailəmdən şikayətim yoxdur, 3 övladım, 7 nəvəm var, onların ev-eşikləri, kənddə hörmət-izzətim var. Yenidən evlənmək istədim, lakin uyğun qadın tapılmadı, biri dedi yaşlıdır, biri dedi, aktyordur, ondan arvad saxlayan olmaz.


    - Ən sevimli tərəf-müqabiliniz kim olub?


    - Yaşar Nuri, Siyavuş Aslan, Hacı İsmayılov, Zərnigar Ağakişiyeva, Firəngiz Mütəllimova ilə bir çox tamaşada tərəf-müqabil olmuşuq. Teatrda ən çox rol oynayan aktyor mən idim. 


    - Qubada aktyor olmaq istəyən gənclər sizə müraciət edib?


    - Çox təəssüf  ki, 1960-cı ildən Quba teatr yoxdur. Lakin bir neçə il bundan əvvəl dram dərnəkləri vardı. Məni oraya istedadlı gənclərə aktyorluq kursu keçmək üçün dəvət etdilər. Quba Mədəniyyət Evinin bir neçə otağı bizim üçün ayrılmışdı. Lakin sonrada otaqlarda bərbərxana, satış köşkü yaratdılar və bizim məşq etməyə yerimiz olmadı. Şərait olmadığı üçün bir daha oraya getmədim.


    - Hansı rolunuzla tanındınız?


    - “Göz həkimi” tamaşasındakı Əmir əmioğlu rolu məni məşhur etdi. Orada tərəf-müqabilim Yaşar Nuri idi. Çox maraqlı tamaşa alındı. Hara gedirdim mənə “Əmir əmioğlu” - deyə müraciət edirdilər.


    - Ürəyinizdə ifa etmək istədiyiniz rol qaldımı?


    - “Solğun çiçəklər” tamaşasında Əbdül rolunu ifa etmək istərdim. Çox təəssüf ki, arzum ürəyimdə qaldı. İnsanlar bu tamaşaya baxıb ağlayırdı. Əbdül bir çox aktyorun arzuladığı roldur.


    - Fimlərə də çəkilmisiniz. Teatrla bərabər kino fəaliyyətinizə də son qoydunuz?


    - İlk dəfə Şahmar Ələkbərov məni “Qəzəlxan” filminə çəkdi. Sonra bir neçə dəfə sınaq çəkilişlərinə dəvət edildim. Lakin təsdiq olunmurdum. Buna görə də həvəsdən düşdüm və dəvət edilsəm də getmədim.


    - İnsan nə zaman “mən mənalı və dəyərli həyat yaşadım” deyə bilər?


    - İnsanın ətrafında yaxşı adamlar toplaşarsa, o zaman səhvi də az olar. Mənim ətrafımda yaxşı adamlar olub, amma səhvlərim də az deyil. Qubada hələ məktəb vaxtı dram dərnəyinə gedirdim. Hərbi xidmətdən sonra sənədlərimi hüquq fakültəsinə vermək istədim. Lakin mötəbər insanlardan biri buranı bitirsəm də, mənə iş verilməyəcəyini dedi, çünki atam 2-ci dünya müharibəsində əsir düşüb. Sovet dövründə belə məsələlərə çox fikir verilirdi. Bir müddət istehsalatda işlədim. Sonra tanınmış rejissor Tofiq Kazımov Quba Teatrında tamaşa qoyanda onunla tanış oldum və məndə aktyorluq qabiliyyətinin olduğunu bilib Akademik Milli Dram Teatrına dəvət etdi. Lakin mütləq təhsil almağın vacib olduğunu da bildirdi. Qabiliyyət imtahanlarından uğurla keçib Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil oldum. Həm işləyirdim, həm oxuyurdum. Lakin bir gün Bakı Dövlət Universitetində müəllim işləyən dostlarımdan biri məni orada müəllim işləməyi təklif etdi, amma razılaşmadım. Teatr sahəsində arzularım çox idi. İndi oturub düşünürəm ki, əgər hüquq fakültəsinə daxil olsaydım və ya müəllim işləsəydim, bəlkə də həyatım başqa cür olardı.


    - Ən böyük arzunuz nədir?


    - Ən böyük arzum budur ki, Qarabağ torpaqları işğaldan azad olsun. Bu, nəinki mənim, bütün xalqın dərdidir. Qarabağ bizim torpağımızdır və axır-əvvəl bizim olacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 800
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30