Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Jurnalist vəsiqəsi, sadəlövhlük və hörümçək toru
    Azərbaycan Mətbuat Şurasının poçtundan

    İş stolumun üstündə qovluqlar qalaqlanıb. Rəsmi, qeyri-rəsmi qurumların təmsilçilərinin, müxtəlif vəzifəli şəxslərin, yaşlı insanların, habelə həmkarlarımızın hər gün Azərbaycan Mətbuat Şurasına ünvanladıqları müraciətlər yüzlərlə cəmlənsə də, Katiblikdə aparılan çeşidləmə bunların mövzular üzrə bölünməsi üçün vaxt sərfinə ehtiyac duymur. Kimi kütləvi informasiya vasitələrinin və onların əməkdaşlarının peşə etikası prinsiplərinə sayğısız münasibətindən gileylənir, kimi KİV-lərimizin dili, yaradıcılıq xüsusiyyətləri ilə bağlı iradlarını bildirir, kimi curnalistlərin sosial durumlarının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərlə maraqlanır, kimi peşə fəaliyyətini yerinə yetirərkən üzləşdiyi olaylardan bəhs edir, kimi də…

    Məktubların bir qismində ictimai marağa söykənən sosial sifariş qabardılır. MŞ poçtuna daxil olan müraciətlər barədə mətbuatda vaxtaşırı təhlili yazıların dərci istəyi ifadə edilir. Normal və faydalı təklif əslində reallaşdırmağa hazırlaşdığımız niyyətimizlə üst-üstə düşdüyündən bir növ, onun gerçəkləşməsinə əlavə stimul verir. Hərçənd fəaliyyətimizdəki aşkarlığın müxtəlif formaları da göz qabağındadır. MŞ 5 il əvvəl ölkə curnalistlərinin qurultayında mili mətbuatımızın keçid dövrü problemlərinin, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi üçün təsis olunub.
    Fəaliyyətini hər üç qütb üçün aşraklıq prinsipi əsasında qurub. Şuraya ünvanlanan çoxsaylı müraciətlər komissiyalarda, İdarə Heyətində müzakirə edilib, rəylər, qərarlar çıxarılıb, press-relizlər, tematik yazılar görülən tədbirləri işıqlandırıb. Yazışmalar, araşdırmalar, konfranslar, seminarlar, “Dəyirmi massa”lar… aşkarlıq nümunələri kimi sadalanır. Bunları özümüzə haqq qazandırmaq və təskinlik vermək üçün sadalamadığımızdan bir növ rubrikaya giriş kimi qəbunu istərdik.
    Nədən başlamalı sualına hər üç qütbün maraq, narahatlıq, diskussiya baxışları bucağı ilə uzanan haqqında bəhs edəcəyimiz məktub bir növ istiqamətləndirici kimi köməyə çatır. Belə ki, məktub Şirvan şəhərinin Vidadi küçəsindəki 16 saylı evin sakini Ceyran Məmmədtağı qızı Həbibova tərəfindən göndərilib. Ceyran xanım təqaüdçüdür, şəhid anasıdır. “Azad press” qəzetinin vəsiqəliləlir (onlara curnalist demək günahdır) onu və ağrı-acısını yaşayan ailəsini daha ağır duruma salıb.
    Əvvəl məktubun mahiyyətinə varaq. C.Həbibova yazır ki, həbsdə olan oğlunun cəzasını yüngülləşdirməyə “gücü satacaq” adam axtaranda “Azad press” qəzetinin əməkdaşı Gülnarə Mirzəyeva vasitəçiliyini təklif edib. C.Həbibova sonradan aldadıldığını hiss edib. Uzun get-gəldən sonra G.Mirzəyevadan ondan pul almadığını eşidib. Şikayətçi məsələnin həlli üçün müxtəlif instansiyalardan, o cümlədən Mətbuat Şurasından kömək istəyib. G.Mirzəyeva Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
    Lakin müttəhimin azyaşlı uşağı 8 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınıb.
    Məhkəmə qəzetin əməkdaşı barədə hökm çıxarıb, baş redaktor Nizami Şirəliyev hələlik cəzalandırılmayıb. Şəhid anası isə özünün vurğuladığı kimi borc faizini ödəməkdə davam etməkdədir. Şikayətçi yenə müxtəlif instansiyalardan ona məsələnin həllində köməkçi olmağı xahiş edir, məktubunu bu tələblə bitirir: “Gülnarə Mirzəyevanın təhsili olmaya-olmaya qəzetə işçi kimi qəbulu araşdırılsın. Ona bu səlahiyyəti verən adam ciddi cəzalandırılsın”. Bax, burada azca da olsa, nəfəs dərib təəssüf hissi ilə dərindən köks ötürmək lazım gəlir. Rubrikamızın ilk sərlövhəsi də həmin görüntünün doğurduğu məntiqdən qaynaqlanır: “Curnalist vəsiqəsi, sadəlövhlük və hörümçək toru”.
    Şikayətçinin həbsdəki oğlunun azadlığa çıxması üçün qanuni, qeyri-qanuni vasitələrə əl atması, özünü oda-közə vurub qazandıqlarını bu məqsədə sərf etməsi başqa söhbətin mövzusudur. Necə olsa anadır, övladını min-bir əziyyətlə böyüdüb. Fəqət cəmiyyətimizin bəzi üzvləri kimi sadəlövhlükdən, hüquqi məlumatsızlıqdan özünü işə salıb, curnalist vəsiqəli fırıldaqçıların qurduğu tələyə düşüb. İndi də heç bir savadı olmayan şəxsi qəzetə işçi götürülməsinə aydınlıq gətirilməsini istəyir. Bilmir ki, KİV-də işə düzəlmənin konkret hüquqi mexanizmlərində dəqiqlik yoxdur. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu istənilən şəxsə bir həftə ərzində öz KİV-ni təsis etmək imkanı yaradıb. Qapıları taybatay açılan mətbu ibadətgahımıza söz sənətimizə, əxlaqa yad elələri doluşub ki, tənzimləmə, təmizləmə sosial sifarişə çevrilib. Hər kəs özü xislətdə, tərbiyədə olanla əməkdaşlığa üstünlük verirlər. Ayda, rübdə cəmi-cümlətanı bir dəfə işıq üzü görən, hətta heç çıxmayan nəşrlər var ki, baş redaktoru əlinin altında yüzə yaxın vəsiqəli saxlayır. Onlar paytaxtda və bölgələrdə idarə və müəssisələri əldən salır, “təftişçilik” edir, öz “qurbanlarını” axtarır, bir sözlə, curnalistikadan başqa nə ilə desən məşğul olurlar. İş-işdən keçəndə, məsuliyyət məqamı gələndə gözdən yayınmağı qoçaqlıq sayır, yaxud özlərini heç nədən xəbərsiz kimi aparmağa üstünlük verirlər.
    Şirvan Apellyasiya Məhkəməsindən müvafiq tədbir görülmək üçün MŞ-yə göndərilmiş qərara diqqət yetirək. Sənəddə dələduzluğu özünə peşə etmiş Astara rayonunun Ərkivan kənd sakini Cəfər Muxtar oğlu Məmmədovun dəfələrlə ədalət məhkəməsi qarşısında dayandığı, üst-üstə 16,7 il həbs cəzasına məhkum olunduğu, sonuncu cinayət əməllərini “Qanunun aliliyi” qəzetinin vəsiqəsindən istifadə etməklə həyata keçirdiyi bildirilir. Baxın, yalnız orta məktəbi bitirmiş, curnalist təhsili, hazırlığı olmayan şəxs heç nə araşdırılmadan, fərqinə varılmadan əməkdaşlığa cəlb edilib. O isə Lənkəranda, Balakəndə, Oğuzda, Zərdabda müxtəlif “işgüzar” vədlərlə tora saldıqlarına maddi və mənəvi ziyan yetirib. Bəzi vəzifə sahiblərini “Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri” kimi “Ali” “Qızıl tərəzi” mükafatına təqdim edəcəyi ilə şirnikləndirib. Məhkəmə kollegiyası cinayət əməlləri törədilərkən vətəndaşların etibarının qazanılması üçün curnalist vəsiqəsindən istifadəni müəyyənləşdirib, məsələnin Azərbaycan Mətbuat Şurasının müzakirəsinə çıxarılmasını məqsədəuyğun sayıb.
    Poçtumuzun digər məktub və sənədləri belə halların başqa nəşrlərdə də baş verdiyini göstərməkdədir. MŞ Katibliyində məsələyə dair qəzet rəhbərləri ilə söhbət aparılıb, tövsiyyələr verilib, xəbərdarlıq olunub. Əfsuslar ki, onlar səhvləri etiraf etmək əvəzinə müdafiə mövqeyində dayanıb. Bu da gələcək fəaliyyət üçün heç də yaxşı perspektiv vəd etmir.
    Şuranın poçtundakı digər oxşar nümunələrə nəzər salaq. Goranboy rayonunun Qızılhacılı kənd sakini Bahar Kamilova “Naxçıvan press” qəzetinin baş redaktoru ilə maddi zəmində aralarında olan problemin ilk növbədə media qurumlarında, o cümlədən Mətbuat Şurasında həllinə üstünlük verib. Sonda isə məsələ məhkəmə müstəvisinə çıxarılıb. Nəşrin rəhbəri barədə qanuna müvafiq ölçü götürülüb.
    Qarabağ Azadlıq Təşkilatından daxil olan məktubda “Nurlu səhər” qəzeti baş redaktorunun bir neçə nəfər məcburi köçkünü maddi təmənna ilə “işə düzəltdiyi”, onlara vəsiqə verdiyini, digər qanunazidd əməllər törətdiyi yazılıb. “İş” sözünü dırnağa almağımıza aydınlıq gətirmək məcburiyyətindəyik. Bu ifadənin qarşılığında əmək haqqı, qonarar dayanmalıdır. “İşgüzar” nəşrlərdə isə əslində vəsiqə alanların üzərinə əks tələb qoyulur. Onlar yerlərdə özləri üçün də qazanmalı, redaktorun da müəyyənləşdirdiyi məbləği gətirməlidirlər.
    İnzibati orqanlardan aldığımız məktubda vətəndaş Dilbər Məhəmməd qızı Cavadovanın “Qanun səda” qəzetinin redaktoru Hüseyn adlı şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciətin araşdırıldığı bildirilib. Qəzetin rekvizitləri, konkret fəaliyyəti və sair barədə məlumatlar verilməsi xahiş edilib. KİV-lərin kataloqunda belə adda qəzet tapmaq cəhdləri nəticəsiz qalıb. Əsl həqiqətlər onsuz da üzə çıxarılacaq. Təbii ki, şikayətçi və təhqiqatçıları əlavə çətinliklər gözləyir.
    Mətbuat Şurası Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin isə “Hümmət” və “Azərbaycan yolu” qəzetləri, “Dünyaya Qarabağ harayı” curnalı barədə sorğularını cavablandırmalı olub. Məktublarda bildirilir ki, birinci halda hər iki qəzetin təsisçisi vətəndaşın etibarından sui-istifadə etmək və aldatma yolu ilə pulunu ələ keçirməsi barədə məsələyə baxılır. İkincidə isə curnalın baş redaktoru barədə dələduzluq maddəsi ilə cinayət işinin başlanıldığı göstərilir.

    Rəhim Hüseynzadə,

    Azərbaycan Mətbuat Şurasının icraçı katibi
    P.S. Mətbuat Şurasına müxtəlif qəzetlərin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Şura şikayətlərdəki məsələlərin ictimai tərəflərini nəzərə alaraq “Azərbaycan Mətbuat Şurasının poçtundan” rubrikası altında hər ay məqalələrin verilməsini nəzərdə tutub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 918
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30