Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dövlət başçısının dediyi kimi, həyat inkişaf etdikcə, bu qurumlar formalaşdıqca səlahiyyətləri artır.
    Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.



    “İntellekt” Araşdırmalar Mərkəzi olaraq Bakının bir sıra kənd bələdiyyələrində araşdırmağa aparmağa cəhd etdik. Çox təəssüf ki, bir sıra bələdiyyələrlə əlaqə yaratmaq cəhdlərimiz onların problemə etinasız yanaşması səbəbindən baş tutmadı. Bir çox bələdiyyə qurumlarını dəfələrlə müraciət etməyimizə baxmayaraq, onlar (Məsələn, Bülbülə, Lökbatan bələdiyyələrinin sədrləri və s.) bu gün-sabaha salaraq münasibət qurmaqdan yayınmışlar. Lakin bəzi bələdiyyələr də var ki, müraciətimizə müsbət cavab verərək problemin araşdırılamsında kömək etməyə çalışmışlar. Onların bəziləri haqqında informasiya əldə etmişik.   
    Məsələn, son 1 il ərzində Xətai rayon Xətai bələdiyyəsi 13 iclas keçirib, 57 məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Bələdiyyədə 3 daimi komissiya ilə yanaşı, vergi agentlərinin işinə köməklik və nəzarət məqsədilə bələdiyyə üzvlərindən ibarət 3 müvəqqəti komissiya da yaradılıb. Bələdiyyə üzvləri və bələdiyyənin İcra Aparatı işçiləri Xətai rayonunda keçirilən müxtəlif tədbirlərdə, iməcliklərdə iştirak edib. Hesabat dövrü ərzində bələdiyyə 20 yanvar, Xocalı soyqırımı, 8 Mart Beynəlxaqlq qadınlar bayramı, Novruz baramı, 31 mart Azərbaycanlıların Soyqırımı, yas mərasimləri və digər sosial tədbirlər keçirib. Rayon ərazisində müxtəlif ünvanlarda 30.500 kv.m. asfalt beton örtüyü salınıb, 70 p/m binadaxili kanalizasiya xətləri, 120 p/m binadaxili su xətləri dəyişdirilib. Hesabat dövründə bələdiyyənin fəlaiyyəti nəticəsində gəlirlərin dövriyyəsi 553,5 min manat təşkil edib. O cümlədən, fiziki şəxslədən əmlak vergisi 338,2 min, fiziki şəxslərdən torpaq vergisi 39,6 min, avtomobil dayanacaqları və qaraj rüsumları  20,1 min, torpaq icarə haqqı 61,5 min, əmlak satışı 9,1 min, dotasiya 85,0 min manat təşkil edib. Bu dövr ərzində bələdiyyənin xərcləri 540,5 min manat təşkil edib. O cümlədən idarənin saxlanması 235,9 min, sosial tədbirlər 4,6 min, nəqliyyat xərcləri 17,1 min, kommunal xərclər 1,7 min, digər xərclər 86,9 min, abadlıq işləri 194,3 min manat təşkil edib. Xətai bələdiyyəsi həmçinin Tükiyənin Tarsus Şəhər bələdiyyəsi ilə qardaşlıq əlaqələri qurub. Belə ki, martın 17-də Tarsus bələdiyyəsi ulu öndər Heydər Əliyevin adına əzəmətli bir körpü açıb. Açılışda Xətai rayon İcra hakimiyyətinin nümayəndə heyəti ilə birlikdə bələdiyyənin də əməkdaşları iştirak ediblər.
    Aprel ayında isə Tarsus bələdiyyəsinin 11 nəfər üzvü Xətai rayonunda qonaq olub. Ötən il dekabrın 19-dan 25-dək Xətai bələdiyyəsi tərəfindən “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində tədbirlər həyata keçirilib. Rayon ərazisində müxtəlif ünvanlarda “Bələdiyyə poçtu” qutuları quraşdırılıb, vətəndaşların qəbulunu təşkli etmək üçün “açıq qapı” günü elan edilib, vətəndaşlarla operativ əlqqələrin təmin edilməsi məqsədilə “qaynar-xətt” yaradılıb.
    Hesabat dövründə ayrı-ayrı vətəndaşlardan 309 ərizə, idarə və müəssisələrdən isə 106 məktub daxil olub. Sakinlərə, idarə və müəssisələrə 468 cavab məktibu göndərilib. İdarə daxilində 106 ərizə öz həllini tapıb.  
    Binəqədi qəsəbə bələdiyyəsi isə 1999-cu ilin dekabrında keçirilmiş seçkilərdən sonra fəaliyyətə başlamışdır. Bələdiyyənin ərazisi 164,0 ha təşkil edir. Bələdiyyənin inzibati ərazisinə C.Cabbarlı, Nizami, Ələkbərov, İsfahani, Bakıxanov, Ramazanov, Q.Qarayev, Axundov, Şirvani, Zərdabi, Gülüstan Zeynalov və digər küçələr daxildir.
    Binəqədi qəsəbə bələdiyyəsinin sədri Cabbarov Rəşad Ağasəlim oğlu 1979-cu il yanvarın 28-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Dövlət Dəniz Akademiyasının radiotexnik fakultəsini bitirmişdir.
    Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Binəqədi qəsəbə gənclər təşkilatının sədridir.
    Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Məmmədov Zakir Müzəffər oğlu 1952-ci ildə Qazax rayonunda anadan olmuş, Ç.İldrım adına Politexnik İnstitutunun mexanika fakultəsini bitirmişdir. 2004-cü ildə bələdiyyələrə keçirilmiş seçkilərdə Binəqədi qəsəbə bələdiyyəsinin üzvü seçilmiş. 2009-cu ilin dekabrında keçirilən seçkilərdə təkrar bələdiyyə üzvü seçilmişdir.
    Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Tağıyeva Zinyət Vəli qızı 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə 182 saylı orta məktəbdə komsomol təşkilat katibi kimi başlayıb. Hazırda həmin məktəbin direktoru vəzifəsində çalışır.
    Bələdiyyənin 6 daimi komissiyası, 6 şöbəsi vardır. Bələdiyyədə 20 qulluqçu çalışır.
    Azərbaycanda yaradılan bütün bələdiyyələr kimi Biləcəri bələdiyyəsi də 1999-cu ildə keçirilən bələdiyyələrə ilk seçkilər zamanı formalaşmış və fəaliyyətə başlamışdır. 1999-cu ildən 5 il fəaliyyət göstərmiş Biləcəri bələdiyyəsində 2004-cü ildə yenidən 5 il müddətinə seçkilər keçirilmişdir.
    Biləcəri bələdiyyəsinin yeni tərkibi 17 dekabr 2004-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində seçilmiş 15 nəfər bələdiyyə üzvlərindən ibarət olaraq, faktiki 17 yanvar 2005-ci il tarixdən fəaliyyətə başlamışdır.
    Bələdiyyənin ümumi ərazisi: 750,56 ha
    Hal hazırda bələdiyyədə 4 daimi komissiya fəaliyyət göstərir:
    1. Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası;
    2. Yerli ekologiya məsələləri daimi komissiyası;
    3. Yerli büdcə məsələləri daimi komissiyası;
    4. Yerli sosioloji məsələləri daimi komissiyası.
    Bələdiyyənin icra aparatı:
    - Rəhbərlik
    - Ümumi şöbə
    - Vergi və Rüsumlar şöbəsi
    - Mülkiyyətin qorunması və Əmlakın idarə edilməsi şöbəsi
    - Xidmət və Abadlıq şöbəsi
    - Nəqliyyat və Komunal təsərrüfatı şöbəsi
    - Xidmət və Təsərrüfat bölməsi
    Ötən iki il ərzində Nərimanov bələdiyyəsi ərazidə yaşayan əhalinin rifah halının yüksəldilməsi, aztəminatlı insanların sosial durumlarının yaxşılaşdırılması, məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra işlər görmüşdür. Bundan başqa “Nərimanov rayonunu çinarlar rayonuna çevirək” devizini həyata keçirmək üçün 1500-ə yaxın çinar ağacları alınaraq ərazidə əkilmişdir. Rayon ərazisində görülən işlərin səmərəliliyini artırmaq məqsədilə Nərimanov Bələdiyyəsi bir ədəd yük maşını və iki ədəd minik maşını almışdır. Bələdiyyə üzvlərinin və bələdiyyənin icra aparatının iş şəraitlərini yaxşılaşdırmaq məqsədilə müasir mebel və kompüter avadanlıqları alınmışdır.
    Ötən 2 il ərzində rayonun sosial həyatında, abadlıq-quruculuq və bir çox xeyriyyə tədbirləri həyata keçirilmişdir. Nəcəf Nərimanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Bələdiyyə parkı təsis edilmiş, yaşıllıqlar salınmış, su boruları bərpa edilmişdir. Bələdiyyə parkı tam olaraq abadlaşdırılaraq rayon sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə verilmişdir. Elçin İsaqzadə yaşayış qəsəbəsində sakinlərin xahişi nəzərə alınaraq Nərimanov Bələdiyyəsi tərəfindən aptek, qəzet köşkü, bərbərxana tikilmiş və Beynəlxalq Bankın bankomatı quraşdırılmışdır. Bu məsələlərin həlli üçün ilk növbədə büdcənin formalaşdırılması bələdiyyə kollektivi qarşısında əsas məqsəd kimi qoyulmuşdur. Büdcənin gəlirlərinin əsasını fiziki şəxslərin əmlak və torpaq vergisindən əldə olunan vəsait təşkil edir.
    Rayon ərazisində yerləşən ictimai təşkilatlarla əlaqələr daha da möhkəmləndirilmiş və onlarla faydalı əməkdaşlıq edilmişdir. Həmin təşkilatlarla bələdiyyədə görüşlər keçirilmiş, onların sosial təminatı ilə bağlı təkliflər araşdırılmışdır. Qarabağ müharibəsi, Böyük Vətən müharibəsi əlilləri, veteranları, Çernobıl əlilləri, 20 Yanvar faciəsində əlil və şəhid olanların ailələri, qaçqın və məcburi köçkün ailələri imkan daxilində maddi yardımlar almış, bayram tədbirləri keçirilmişdir. Rayonun aztəminatlı sakinləri Bələdiyyənin nəzdində “Könül evi” yeməkxanasında həftədə bir dəfə olmaqla isti yeməklə təmin edilirlər.
    Respublikamızda idmana göstərilən yüksək qayğını və diqqəti nəzərə alaraq Bələdiyyənin inzibati binasında idman zalı istifadəyə verilmişdir. Bundan əlavə 89 saylı sanatoriya tipli uşaq bağçası və 19 ailə Bələdiyyə tərəfindən himayəyə götürülmüşdür. Nərimanov Bələdiyyəsi tərəfindən görülən işlər içərisində ən yadda qalanı İstanbul şəhərinin Zeytunburnu Bələdiyyəsi ilə Qardaşlıq Protokolunun imzalanması idi. Bundan başqa Ankaranın Etimesgut Bələdiyyəsi ilə qardaşlıq protokolu imzalanmışdır.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “İntellekt Araşdırmalar Mərkəzi”
    İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 702
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30