Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yerli özünüidarəetmə anlayışı və mahiyyəti
    Yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Görkəmli fransız alimi A.de Foksil hələ 1835 – ci ildə nəşr olunmuş “Amerikada demokratiya ” adlı məcmuəsində yazırdı: “Yerli özünüidarəetmə institutları olmadan millət azad hökümət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”.

    AR Konstitusiyasının 4-cü bölməsi “Yerli özünüidarəetmə” adlandırılmışdır. Bu bölmə “Bələdiyyələr” adlanan IX fəsildən ibarət olub 142 – 146 – cı maddələrini əhatə edir. 142-ci maddənin I hissəsində qeyd olunur ki, “yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə bələdiyyələrin statusu qanunla müəyyən edilir”.
    Yerli idarəetmənin hüquqi cəhətdən tənzimlənməsində “Bələdiyyələrin statusu haqqında” AR Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun 8 fəsil, 56 maddədən ibarətdir.
    Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Bələdiyyələrin hüquqi vəziyyətini müəyyən edən “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 1-ci maddəsində göstərilir: AR-da yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri - dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilimş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəliyi kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər.
    Yerli özünüidarəetmə orqanlarının təşkili qaydası, funksiyaları və səlahiyyətləri AR-nın Konstitusiyası və qanunları ilə müəyyən edilir. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər və mərkəzi dövlət haklimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir. Yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Konstitusiyada dövlət hakimiyyəti və yerli özünüidarəetmə məsələləri müxtəlif bölmələrdə əks etdirilir və bələdiyyələr dövlət orqanlarının hüquqi vəziyyətini müəyyən edən bölməyə daxil edilmir. Bundan başqa Konstitusiyada bələdiyyə aktları dövlət hakimiyyəti orqanlarının aktları ilə bir sıraya aid edilmir.
    Qeyd edildiyi kimi, yerli özünüidarəetməyerli ərazi vahidi əhalisi və həmin əhali tərəfindən seçilən orqanlar tərəfindən yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı həyata keçirilən fəaliyyətdir. Deməli, yerli özünüidarəetmə fəaliyyət formasıdır. Bu fəaliyyət yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar həyata keçirilir. Bu fəaliyyəti həyata keçirən subyekt qismində yerli ərazi vahidinin əhalisi və bu əhalinin təşkil etdiyi yerli özünüidarəetmə orqanı çıxış edir. Bələdiyyə yerli ərazi vahidinin əhalisi tərəfindən yerli əhəmiyyətli məsələləri həll etmək üçün təşkil olunan seçkili kollektiv təsisatdır, yəni yerli özünüidarəetmə fəaliyyətini həyata keçirən seçkili orqandır.

    Konstitusiya və yerli özünüidarəetmənin təşkili


    Yerli özünüidarəetmə xalq hakimiyyətinin bir formasıdır. Xalq hakimiyyət öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında öz hakimiyyətini təkcə bələdiyyələr vasitəsilə deyil, həmçinin bilavasitə həyata keçirmək hüququna malikdir. O, bu hüququnu yerli referendum, rəy sorğusu, yerli yığıncaqlar, bələdiyyələrə seçkilər və s. vasitəsilə həyata keçirir.
    AR Konstitusiyası yerlərdə özünüidarəetmənin təşkili qaydasını müəyyən edir. Bələdiyyələr seçkilər əsasında yaradılır. AR-nın Seçki Məcəlləsi bələdiyyələrə seçkilərin əsaslarını müəyyən edir.
    Bələdiyyələrin statusunun əsasları AR–nın Konstitusiyası ilə bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. “Bələdiyyələrin statusu haqqında” AR-nın 2 iyul 1999-cu il qanununa  əsasən yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər. Yerli rəy sorğusu – yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir. Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Yerli rəy sorğusu bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir. Bunun üçün yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə həmin ərazidə səsvermə hüququ olan vətəndaşların azı 10% -nin imzası toplanmalıdır. Yerli rəy sorğusunu keçirmək təşəbbüsü həyata keçirmək üçün sorğuda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupunun yaradılması nəzərdə tutulur. Təşəbbüs qrupu müvafiq ərazi rəy sorğusu komissiyasında qeydiyyata alınır və səlahiyyətli nümayəndəyə qeydə alınma barədə şəhadətnamə verilir.
    Təşəbbüs qrupu qeydiyyat haqqında şəhadətnaməni aldığı andan 30 gün ərazində sorğuda iştirak etmək hüququ olan vətəndaşların imzalarını toplayıb, ərazi rəy sorğusu komissiyasına təqdim edir.
    Ərazi rəy sorğusu komissiyası imza vərəqələri təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların qanunvericiliyə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Yerli rəy sorğusu keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən 30 gündən tez və 60 gündən gec olmayaraq keçirilir.  Yerli rəy sorğusunda vətəndaşların səs verməsini və səslərin hesablanmasını təşkil etmək üçün müvafiq ərazi rəy sorğusu komissiyası tərəfindən səsvermə gününə ən geci 30 gün qalmış yerli rəy sorğusu məntəqələri yaradılır.
    Yerli rəy sorğusunda hər bir vətəndaş bir sorğu bülleteni alır. Yerli rəy sorğusu günü səsvermə saat 8- dan 20-dək keçirilir. Yerli rəy sorğusuna çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların azı 25%-i iştirak etsin və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu yerli rəy sorğusuna çıxarılan məsələnin “lehinə” səs versin. Yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı beş (5) gün ərzində elan olunur.

    Yerli özünüidarəetmənin səlahiyyətləri


    Bələdiyyələr – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə mənşəcə ərəb sözü olub “şəhər idarəsi” deməkdir.
    Bələdiyyələrin səlahiyyətləri AR-nın Konstitusiyasında təsbit olunmuşdur. Əsas Qanunun 144-cü maddəsində göstərilir ki, bələdiyyələr öz iclaslarında aşağıdakı məsələləri həll etmək səlahiyyətinə malikdir:
    1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
    2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
    3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
    4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
    5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
    6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi;
    7) yerli sosial müdafiə və sosial inkişaf proqramalrının qəbul və icra edilməsi;
    8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
    9) yerli ekoloji proqramalrın qəbul və icra edilməsi.
    Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
    Bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı bələdiyyə üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.
    Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası müəyyən edilir. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirməməlidir. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində AR – nın Milli Məclisinə hesabat təqdim edirlər.
    Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə dövlət təminat verir.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “İntellekt Araşdırmalar Mərkəzi”
    İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 625
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30