Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hafiz Hacıyev od püskürdü: “Əli Kərimli və İsa Qəmbərlə bağlı əlimizdə xeyli fakt var, hamısını açacam...”
    “Təəssüf ki, müxalif partiya olaraq özünü “ana müxalifət” adlandıran AXCP və Müsavat partiyaları ilə danışıqlarımız onların rəhbərlərinin xəyanəti ucbatından uğursuz, səmərəsiz alındı”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, həmin partiyaların rəhbərləri İsa Qəmbər və Əli Kərimli imkan vermirlər ki, Azərbaycanda sağlam müxalifət, sağlam qüvvələr bir araya gəlsin.

    Onun sözlərinə görə, onunla yanaşı müxalif liderlərdən Lalə Şövkət Hacıyevanı, Sərdar Cəlaloğlunu, İqbal Ağazadəni və digər liderlərin də bir araya gəlməsinə əngəl olan, birliyə xəyanət edən İsa Qəmbər və Əli Kərimlidir. “Müsavat və AXCP-nin sədrləri xəyanətkarcasına Azərbaycan müxalifətinin birləşməsinə imkan vermirlər. Biz birləşmək uğrunda həm İsa Qəmbərlə, həm də Əli Kərimli ilə çox danışıqlar apardıq, amma sonda görəndə ki, bunlar müxalifətin bir araya gəlməsini istəmirlər məcbur olduq ki, onların bu xəyanətdə səbəbkar kimi adlarını açıq elan edək. Bu gün Əli Kərimli və İsa Qəmbərlə bağlı əlimizdə xeyli faktlar var və bunun hamısını mütəmadi olaraq açacağam” - deyə H.Hacıyev vurğulayıb. MMP sədri deyib ki, həmin şəxslərin əli ilə Azərbaycan dövləti hərraca çıxarılır. “Biz buna imkan verməyəcəyik” - deyə H.Hacıyev bildirib. Onun sözlərinə görə, əlində faktlar var ki, Əli Kərimli və İsa Qəmbər Avropada adını ingilis və fransız adına dəyişmiş erməni diaspora rəhbərləri vasitəsi ilə Azərbaycanda qarışıqlıq yaradıb hansısa yolla hakimiyyətə gəlmək istəyirlər. “Biz uzun müddət Pənah Hüseyn, İsa Qəmbər, xüsusi ilə də Əli Kərimli ilə müşavirləri vasitəsilə xeyli söhbətlər apardıq. Uzun çək-çevirdən sonra onların bir sözü oldu ki, “qoyun görək biz kimə lazımıq...”. Yəni onlar bu meyarı əsas götürərək əsas müxalifətin birləşməsi üçün bizə imkan vermədilər. Özləri də gördülər ki, ikisi bir yerdə İctimai Palata adı altında meydana heç 1000 nəfər çıxara bilmədilər, amma biz bir yerdə olsaq bundan bir neçə dəfə artıq adam çıxara bilərdik. Deməli, onların məqsədi demokratiya uğrunda mübarizə yox, kimlərinsə konkret sifarişini yerinə yetirməkdir” - deyə MMP sədri əlavə edib. H.Hacıyev onu da deyib ki, bütün bunlara əsasən partiyası qərara gəlib ki, Azərbaycanda bu cür separatçı qüvvələri ifşa etsin. “Avropada tanınmış kanalların birində Azərbaycan saatı yaradılıb. Yayımlanan veriliş başdan-ayağa qədər Azərbaycanın əleyhinə ağzına gələni deyir və Müsavata AXCP-yə istinad edir. Biz bunu araşdırdıq və gəlin görək kimdir bu layihəni maliyyələşdirən? Ermənilərdir. Fakt və ad da deyə bilərəm. İsveçdə erməni diasporunun sədri Arem Manikunyan var və bu şəxs həmin veriliş yayımlanması üçün o televiziyaya hər ay 300 min avro pul ayırır. Bundan Əli Kərimli və İsa Qəmbər də təbii ki, “qidalanır”. Hər ikisinin ailəsi Avropada kef çəkir, övladları Avropanın bahalı ali məktəblərində oxuyur. Hansı yolla? Necə? Digər bir fakt: Fransada erməni diasporunun sədri olan Tiqran Ovanesyan var, öz adamlarını “Eurovision” ərəfəsində Bakıya göndərmişdi. Məqsəd burada xaos yaratmaq, narazı qüvvələrdən öz məqsədləri üçün istifadə etmək idi. Onlar Bakıda bu iki partiyanın - Müsavat və AXCP sədrlərinin əli ilə hərəkət ediblər. Onlar bu iki partiyaya hər cür dəstək verirdilər ki, “nə edirsiniz edin, Bakıda aranı qarışdırın”. Bax hər iki partiyanın məqsədləri bundan ibarətdir”-deyə partiya sədri iddiasını bildirib. H.Hacıyev “Eurovision” ərəfəsində gündəmdən düşməyən geyparad məsələsinə də toxunub. O qeyd edib ki, bu adla Bakıda xaos yaratmaq istəyən qüvvələrin Əli Kərimli ilə əlaqəsi olub. O Avropadan Əli Kərimliyə ünvanlanan faksı göstərərək bildirdi ki, bu, gey-paradın dünyada təşkilatçısı olan və Avropada oturan Riki Gaytsadan Əli Kərimliyə ünvanlanıb. “Həmin geylərin hüquqlarının müdafiəçisi olan şəxs faksda Bakıda belə bir müsabiqənin geylərə məxsus olduğunu və Əli Kərimliyə geylərin bu işdə fəallığının bərpası üçün yaxından iştirak etdiyi üçün minnətdarlıq bildirir. Həmin ərəfədə bu qruplar tərəfindən Əli Kərimliyə 680 min avro pul da ayrılmışdı. Bu gün də bu araşdırılır ki, bu pulu almaqda konkret Əli Kərimli məqsədini etiraf etsin” - deyə o vurğulayıb. H.Hacıyev deyib ki, dəfələrlə müraciət etməsinə baxmayaraq Avropa İttifaqının Bakı nümayəndəliyi bir dəfə olsun onu və digər müxalif liderləri qəbul etmir, amma demək olar ki, hər gün Əli Kərimli və İsa Qəmbərlə görüşür. “Ona görə ki, onların sifarişlərini biz yox, o iki partiyanın liderləri yerinə yetirir” - deyə MMP sədri əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 301
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30