Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vuran şəxslər yaxalanıb
    Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vuran şəxslər ifşa edilərək yaxalanıblar. Məlumatı “KƏLAMİNFO” MTN-nin ictimai əlaqələr mərkəzindən veriblər. Belə ki, Azərbaycan vətəndaşları – Zeynalov Fuad Fərmayıl oğlu, Vahabov Bazay Vahab oğlu, Hacıyev Abbas Ağakişi oğlu, Fərhadov Şahin Ərdəşir oğlu, Ağayev İxtiyar Baxış oğlu və Məmmədov İlham Həsən oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər. Məlum olub ki, F.Zeynalov, B.Vahabov, A.Hacıyev, Ş.Fərhadov, İ.Ağayev və İ.Məmmədov “Azerfon” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Bundan sonra adları çəkilən şəxslər xaricdə istehsal olunan “GSM” kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə edib və onları Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar.

    Dəstə üzvləri “Azerfon” MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilən 51 ədəd “GSM” mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilən beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 100 min manat ziyan vurulub. Kompleks əməliyyat tədbirləri çərçivəsində MTN tərəfindən eyni üsulla törədilən daha bir cinayətin qarşısı alınıb. Belə ki, Çin vətəndaşı Lin Vei və qeyriləri “Azerfon” MMC və “Bakcell Ltd” MMC-nin mobil operator şəbəkələrində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. L.Vei Bakı şəhərinin Nəsimi və Xətai rayonlarında, habelə Gəncə şəhərində kirayə götürdüyü mənzillərdə xaricdə istehsal olunan müxtəlif markalı “GSM” kanalpaylayıcılarını icazəsiz quraşdırıb və İnternet kanalı icarə edərək qanunsuz fəaliyyət göstərməyə başlayıb. Bundan sonra L.Vei “Azerfon” MMC və “Bakcell Ltd” MMC-yə məxsus 69 ədəd “GSM” mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz son bir ay ərzində birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etməklə külli miqdarda ziyan vurub. Həmin mənzillərə keçirilən baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin “Azerfon” MMC və “Bakcell Ltd” MMC-yə məxsus 8 min 500 manatdan artıq dəyərdə işlənmiş və 2 min 455 manatlıq istifadə edilməyən ödəmə kartları aşkarlanıb. Həyata keçirilən bu əməliyyat tədbirləri nəticəsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri vərdişlərə malik şəxslərin Azərbaycan dövlətinin iqtisadi mənafelərinə, “Azerfon” MMC və “Bakcell Ltd” MMC mobil operatorlarının işinə ciddi mane olan qanunsuz sahibkarlıq fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda, həmin icazəsiz rabitə şəbəkələrindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb. Faktlarla bağlı AR Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 540
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30