Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
    “Eurovision-2012” ilə əlaqədar Bakının mərkəzində avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədilə qəbul olunmuş müvafiq qaydalar açıqlanandan indiyədək qadağan olunmuş ərazilərdə heç bir avtomobil dayanmayıb və cərimə meydançasına aparılmayıb. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

    Qeyd edək ki, bir neçə gün əvvəl açıqlanan qərara əsasən, mayın 10-dan 31-dək yol polisi gücləndirilmiş iş rejimində çalışacaq və bu müddət ərzində paytaxtın inzibati ərazisinə düşən hissələrdə, xüsusilə də müsabiqənin keçirildiyi əraziyə bitişik küçə və yollar nəzarətə götürülməklə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq. Yük avtomobilləri isə şəhərə buraxılmayacaq. Müsabiqənin keçirildiyi dövrdə paytaxtın Neftçilər prospekti, Azneft dairəsi, Azadlıq meydanı, Niyazi küçəsi, Zərifə Əliyeva, Rəsul Rza, Teymur Elçin küçələri istiqamətində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi məqsədəuyğun hesab edilib. Mətbuatda həmin qərar açıqlanandan sonra şəhərin mərkəzində dayanan avtomobillərin yığışdırılaraq cərimə meydançalarına aparıldığı bildirilir və qeyd edilir ki, cərimə meydançasına aparılan avtomobillərin sürücülərinə avtomobillərinin müsabiqədən sonra qaytarılacağı deyilib.

    Həmçinin yazılır ki, bir qrup QHT və jurnalistdən ibarət qrup bu vəziyyətin monitorinqini aparmağa hazırlaşır. V.Əsədov isə bu məlumatı cəfəngiyat adlandırıb: “Bu, müxalifətyönlü insanların, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini qıcıqla qarşılayan qüvvələrin uydurmasıdır. Bir halda ki, qanun qəbul olunub, ona əməl etmək lazımdır. “Yol hərəkəti haqqında” qanunda bu yaxında dəyişiklik edildi və konkret olaraq göstərilib ki, sarı bütöv xətt və dayanmanı qadağan edən yol nişanı birgə quraşdırılırsa, bu nişanlanma xəttinin, eyni zamanda yol nişanının təsir zonasında avtomobil parklandırılırsa, o nəqliyyat vasitəsi müvəqqəti olaraq mühafizə dayanacağına daşınır. Sürücü də avtomobilini götürmək üçün ona tərtib edilmiş inzibati protokolun surətini alır, təyin edilmiş məbləği ödəyir. Hər halda “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik. Bir halda ki, biz elan vermişik, ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə vacib olan addımlar atılıb bununla razılaşmaq lazımdır. Guya çoxlu sayda avtomobilin evakuasiya olunması, müsabiqə bitənə qədər geri verilməyəcək deyilməsi haqda yazılar gerçəyi əks etdirmir. Belə bir faktla əlaqədar bizə heç bir müraciət daxil olmayıb”.
    V.Əsədov qeyd etdi ki, müsabiqə ilə əlaqədar olmasa belə, təyin olunmayan yerdə avtomobil saxlayan hər kəs cəzalandırılacaq: “Qaydalar pozulursa, təyin olunmuş cəriməni ödədikdən sonra avtomobil cərimə meydançasından buraxılır. Bu da evakuasiya haqqı və inzibati xəta cəriməsindən ibarətdir”.
    O ki qaldı mətbuatda monitorinq aparılacağı ilə bağlı gedən məlumatlara, V.Əsədov qeyd etdi ki, müsabiqə dövründə ölkəyə gələn qonaqların təhlükəsizliyi istiqamətində gərəkən bütün addımlar atılacaq: “Müsabiqə dövrü başa çatdıqdan sonra monitorinq apara bilərlər”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 389
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30