Quba rayonu, Qonaqkənd kəndində Təhsil Nazirliyinə məxsus uşaq bağçasının yerləşdiyi ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli binanın yanar konstruksiyaları yanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər.
Binanın içərisindəki əşyalar isə ümumilikdə 120 kv.m.sahədə yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.