Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Parlamentdə bələdiyyə torpaqlarının xəritəsi məsələsi ətrafında mübahisə düşüb
    xBu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyə torpaqlarının xəritəsi məsələsi ətrafında mübahisə düşüb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə üzvü, deputat Qalib Salahzadə gündəlikdəki mövzudan kənara çıxaraq irad bildirib. O, bəzi bələdiyyələrin səlahiyyətlərində olan torpaqların xəritəsinin verilməməsinə etirazını bildirib. “12 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir.

    Amma bu gün Bakı ətrafında əksər bələdiyyələr hələ də bilmirlər ki, onların səlahiyyətində nə qədər və hansı torpaqlar var. Onların ərazisində olan torpaqların xəritəsi yoxdur. Bilmirlər ki, hansı torpaqlar nə qədər onların ixtiyarındadır. Amma ARDNŞ-in səlahiyyətində olan torpaqlarla bağlı xəritəsi var və buna görə də haqlı olaraq ARDNŞ əksər hallarda bələdiyyələri torpaq məsələsində ittiham edə bilir. Sonra da bələdiyyə torpaqları adı ilə həmin torpaqlarda məskunlaşan insanlarla ARDNŞ arasında ciddi mübahisələr düşür. Son günlər bütün mətbuatda ARDNŞ-lə evləri sökülən sakinlər arasında gedən toqquşmaların şahidiyik. Hamı düşür Rövnəq Abdullayevin üstünə və onu günahlandırmaq istəyirlər. Amma Rövnəq Abdullayev haqlıdır, çünki onun əlində torpağın xəritəsi var, rəsmi sənədi var. Rövnəq Abdullayev nə mənim qohumumdur, nə də yaxınımdır, deputat həmkarımdır. Sadəcə demək istəyirəm ki, belə mübahisələrin yaranmaması üçün bələdiyyələrin torpaqlarına xəritələr verilsin. Biz bu gün bu məsələni həll etməliyik. Yoxsa yığışmışıq bura Gəncə şəhərinin Kəpəz rayonunun Natəvan qəsəbəsinin adı üzərində müzakirə edib “a”-nı “ə” edirik və sair” - deyə Q.Salahzadə vurğulayıb.
    Buna münasibət bildirən Komitə sədri Arif Rəhimzadə Q.Salahzadəyə gündəlikdəki məsələdən danışmağı tövsiyə edib. “Qalib müəllim, siz həmişə mənə etiraz etmək üçün nəsə tapırsınız. Bu gün əksər bələdiyyələrin xəritələri var və onlar öz ərazilərini tanıyırlar. Siz yaxşı olardı ki, məsələni ciddi araşdırasınız. O ki qaldı bəzi torpaq üstə mübahisələrə, siz özünüz də bundan əvvəl bələdiyyədə işləmisiniz. Kimsə xahiş edir, hansısa bələdiyyə kiminsə ev tikməsinə göz yumur. Məgər sizin vaxtınızda bu olmayıb?” - deyə o əlavə edib.
    Q.Salahzadə yenidən öz iradlarını Arif Rəhimzadəyə bildirib və mübahisə qızışıb. Sonradan digər millət vəkillərinin məsələyə qarışması ilə məsələ səngiyib və gündəliyin müzakirəsinə keçilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 538
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30