Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsinin 20 illiyinə həsr edilib.

    “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avropa Məhkəməsində müdafiəsi, eləcə də problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində hazırlanan kitab Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birlik tərəfindən çap edilib.

    Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün cəmiyyətdə həssas münasibət olmalıdır. Onun sözlərinə görə, bu  problem daim gündəmdə saxlanılmalıdır. F.Qurbanov xatırladıb ki, son 20 ildə Azərbaycan həqiqətləri müxtəlif yollarla, o cümlədən media, portallar və digər vasitələrlə dünya ictimaiyyətinə çatdırılıb: “Artıq vaxtı çatıb ki, həqiqətlərimizi xarici ölkələrin mediası və qeyri-hökumət təşkilatlarının vasitəsilə də çatdıraq”-deyən F.Qurbanov bu istiqamətdə işlərin görüldüyünü qeyd edib.
    F.Qurbanov əlavə edib ki, son 4 ildə Şura Qarabağla bağlı 100-dən çox layihəni dəstəkləyib. Onun sözlərinə görə, bu layihələrə 1 mln. manatdan  çox vəsait ayrılıb.
    Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, kitabın müəllifi Faiq İsmayılov nəşrin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, kitab ermənilərin Laçın haqqında uydurduğu mifləri dağıtmaq üçün dəyərli bir töhfədir. O, kitabda yer alan bəzi məlumatların bu günədək mətbuatda olmadığını da sözlərinə əlavə edib.
    Şuranın üzvü Vüqar Qədirov mövzu ilə bağlı fikirlərini bölüşüb, kitabın əhəmiyyətindən bəhs edib. O, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırladıqlarını vurğulayıb, onun bu günlərdə ictimai müzakirəyə təqdim olunacağını söyləyib.
    Laçın ictimaiyyəti və digər iştirakçılar fikirlərini bildirib, bəzi təkliflər səsləndiriblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 349
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30