Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ətraf mühitin mühafizəsində maarifləndirmə
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.
    2010-cu il ərzində Nazirliyin Ekoloji təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif  kütləvi tədbirlər həyata keçirilmişdir.



    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixinin “İnsan Hüquqları Günü” kimi qeyd olunması ilə əlaqədar keçirilən “İnsan Hüquqları aylığı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
    Belə ki, respublikanın müxtəlif regionlarının ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı”, “2010-cu il “Ekologiya ilidir”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi - sağlamlığımıza təminatdır”, “İnsan və Təbiət”, “5 iyun Ümumdünya ətraf mühit günüdür”, “Yaşıllıqların mühafizəsi”, “Uşaqlara təmiz su – təmiz həyat”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.
    Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ötən ilki baş şəhərləri siyahısına İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Azərbaycanın Bakı şəhəri də salınmışdır. Bununla əlaqədar BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru Kristof Buvye Bakıya gəlmiş və 5 iyun “Ümumdünya ətraf mühit” günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə Zığ-Heydər Əliyev adına Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kampaniyasında iştirak etmişdir.
    Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, ekoloji təqvim günləri ilə əlaqədar KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar təşkil edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər keçirilmiş, ali və orta təhsil müəssisələrində, müəllim və tələbələrin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, Dəyirmi masalar və Nazirliyin mütəxəssisləri ilə görüşlər təşkil olunmuşdur.
    Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə ETSN nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi” 3 avqust 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Mühazirələrin sonunda məktəbi bitirən jurnalistlərə müvafiq sertifikat təqdim olunacaq.
    Beynəlxalq “Dəniz Günü”nün qeyd edilməsi ilə əlaqədar “Xəzər həftəsi” çərçivəsində Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nümayəndələri Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq media nümayəndələri üçün “2010 Ekologiya ili – Yaşıl dünya naminə” devizi altında press-turlar təşkil edilmişdir.
    Respublikada keçirilən “Uşaq Hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, respublikanın regionlarının ali və orta təhsil müəssisələrində müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər keçirilmişdir.
    Eyni zamanda, aylıq ərəfəsində “Heydər Əliyev: Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” mövzusunda inşa müsabiqəsi, “Ətraf mühit uşaqların gözü ilə” mövzusunda uşaq bağçalarında rəsm müsabiqəsi, məktəblilər arasında bilik yarışları təşkil olunmuş, həmçinin, payız əkin mövsümündə iməciliklər keçirilmişdir. 
    Ekoloji təbliğat sahəsində Orxus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərindəki Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində seminar-məşğələlər keçirilmişdir.
    Ötən illər ərzində nazirliyin fəaliyyətini əks etdirən press-reliz  internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır.
    Araşdırma zamanı məlum oldu ki, “Media forum” saytı “Azərbaycanda hansı ekoloji problem sizi daha çox narahat edir” sualı ilə internet sorğu keçirib. 102 dəfə səs verilmiş sorğuda nəticələr belə olub: Meşələr və başqa yaşıllıqlar məhv edilir - 26.47%, məişət tullantıları vaxtında daşınmır - 18.63%, içməli su yaxşı təmizlənmir - 16.67%, ekoloji baxımdan təmiz qida məhsulları azalır - 14.71%, müxtəlif qazlar havanı çox çirkləndirir - 7.84%, neft tullantıları Xəzər dənizinə və torpağa ziyan vurur - 7.84%, başqa problem - 5.88%, Xəzərdə və çaylarda yoluxucu xəstəlik yayan bakteriya çoxdur 1.96%, bəzi heyvan və bitki növlərinin nəsli kəsilir - 0%, radiasiya problemi - 0%.
    Səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirən “Media forum” saytı qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.
    Ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi istiqamətində mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə tədris vəsaitləri hazırlanacaq və bunların əhali arasında paylanılacaqdır. Təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materialları hazırlanaraq əhali arasında yayılması təşkil ediləcək, eləcə də ixtisaslaşmış kurslar vasitəsilə ekoloji təhsil sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Həmçinin ailələr, tədris müəssisələri, ətraf mühitə potensial təsiri olan sənaye-istehsal müəssisələri, eləcə də bu sahədə səlahiyyətli dövlət məmurları və rəsmiləri üçün müvafiq maarifləndirmə işi təşkil ediləcəkdir. Ekoloji idarəetmə məsələlərinə dair qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının təşviq edilməsi mexanizminin yaradılması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “Ekoloji Tarazlığın Qorunması”
    İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 541
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30