Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda atmosferə atılan tullantılar
    Hər il dünyanın ekoloji vəziyyəti ilə bağlı müxtəlif şirkətlər tərəfindən beynəlxalq hesabatlar hazırlanır. Bu hesabatlarda dünya ekologiyasına ən çox ziyan vuran ölkələrin adları açıqlanır. Hesabatlarda çox zaman dünya ekologiyasına ən çox ziyan vuran ölkələr kimi ABŞ, Rusiya, Çin, Hindistan ilk sıralarda yer alır. Bir sıra hallarda beynəlxalq hesabatlarda Azərbaycanın adı da mənfi yöndə çəkilir. Bəs Azərbaycanda atmosfer necə çirklənir?



    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ekologiya ilə bağlı beynəlxalq hesabatlarda mənfi yöndə Azərbaycanın adının iki dəfə çəkildiyini bildirib. Onun sözlərinə görə, bunlardan biri dörd il əvvəl “Black Smeet” şirkəti tərəfindən aparılan siyahıda idi: “Ancaq hesabatların heç biri düz olmayıb. Ondan sonra Azərbaycanın adı mənfi yöndə ekologiya ilə bağlı hesabatlara salınmayıb”.


    Abşeronda neft-karbohidrogen hasilatı mövcuddur


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Mirsalam Qəmbərov Azərbaycanda atmosfer havasının əsas etibarı ilə energetika sahəsində, istilik-elektrik stansiyalarından yanacağın yanması nəticəsində, yəni sənaye baxımından çirkləndiyini qeyd edib: “Buna paralel ondan da az olmayan nəqliyyat vasitələri ilə də çirklənmə mövcuddur. Bu iki sahə Azərbaycanda bu gün formalaşan, atmosferə atılan tullantıların böyük hissəsini təşkil edir”.
    M.Qəmbərovun sözlərinə görə, yanma məhsulları, yanma qazlarının tərkibində olan azot, karbon oksidləri kimi zərərli maddələr atmosfer havasını çirkləndirir: “Azərbaycanda, xüsusən Abşeron yarmadasında neft-karbohidrogen hasilatı mövcuddur. Yəni neft-qaz emalı sahəsində də atmosfer havası müəyyən qədər karbohidrogenlərlə çirklənməyə məruz qalır. Bu da neft mədənlərində, xüsusən keçmişdə quruda neft-qaz hasilatı zamanı məhsuldarlığı az olan quyularda boru arxası  səmt qazlarının 100 faiz tutulması nəticəsində olur”.
    Nazirliyin işçisi bütün bunlara baxmayaraq, son illərdə Azərbaycanda həm ekoloji problemlərə diqqət yetirildiyini, həm də Sovet dönəmindən sonra öz havamızın, məhsulumuzun qədrini bilmək nöqteyi-nəzərindən bu məsələlərin önəmli olduğunu vurğulayıb: “Boru arxası qazların tutulması üçün müəyyən işlər görülür, səmt qazları tutulmayan mövcud quyuların tutulması istiqamətində də yeniliklər var. Məsələn, keçən il və ondan əvvəlki il daxilində təbii səmt qazı olan çoxlu quyular var idisə, növbəti il bunların sayı getdikcə azalır.
    Bununla yanaşı, BP şirkəti dənizdən neft-qaz hasilatını həyata keçirir. Hasilat zamanı havaya birabaşa karbohidrogenlər getməsin deyə tutulmayan, texnoloji prosesdən ayrılan qazlar məşəldə yanır, zərərsiz formaya keçir. Amma istər-istəməz bu tüstü qazların da tərkibində çirkləndirici karbon, azot oksidləri, karbohidrogenlər var”.
    M.Qəmbərovun fikrincə, bu mənbələrlə yanaşı, sənayenin digər sahələri-müəyyən qədər kimya sənayesi, tikinti inekt məhsullarının hazırlanması sahəsinin də (bunlar əsas etbarilə sement, qum, əhəngdir) özlüyündə atmosfer havasının müəyyən qədər çirklənməsinə səbəb olur.
    Azərbaycanda atmosferə atılan tullantıların böyük hissəsi sənaye məhsulları, nəqliyyat vasitələri hesabınadır. M.Qəmbərov son illər Azərbaycanda artan nəqliyyat vasitələrinin də atmosfer havasını çirkləndirdiyini qeyd edib: “Əvvəllər, Avropa və digər inkişaf etmiş ölkələrdə istifadə müddəti keçmiş və istifadəsi qadağan edilmiş maşınlar müəyyən vasitələrlə -  özəl strukturların əli ilə Azərbaycana gətirilirdi. Atmosferin çirklənməsində məhz belə köhnə maşınların da payı var. Artıq bu istiqamətdə də addımlar atılıb. Son illər Avropa, Almaniya istehsalı olan köhnə maşınlar daha respublikaya buraxılmır. Bundan başqa, İran, Rusiyanın iki, üç il bundan əvvəl istehsal olan maşınları da ölkəyə gətirilmir. Amma ümumiyyətlə, iri şəhərlərimizdə mövcud olan zərərli qazların müəyyən hissəsini məhz o nəqliyyat vasitələrinin payına düşür”.


    Müəssisələrdə formalaşan tullantıların uçot hesabatı aparılır


    Nazirlik işçisi qeyd etdiyi sənaye sahələrində monitorinqlərin keçirildiyini də bildirib: “Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində bir sıra qanunvericilik aktları, müasir sənədləri var. Həmin sənədlərin tərkib hissəsinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlar bu sahədə öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirirlər. Hər bir müəssisə həm istehsalat nəzarətini həyata keçirir, həm də həmin müəssisələrdə formalaşan tullantıların uçot hesabatı aparılır. Bu uçot hesabat əsasında atmosferə ayrılan həmin tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına təqdim olunur. Formalaşan tullantıların uçotu aparılıb Dövlət Statistika Komitəsində cəmləşdirilir və bunlar 2 TG statistik hesabatlarında varlığını tapır”.
    M.Qəmbərov Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin də yerli qurumlar, müəssisə və təşkilatlarda formalaşan tullantıların uçot hesabatlarını apardığını söyləyib: “Əgər hesabat düzgün aparılmırsa, bu tullanıların neytrallaşdırlması üçün qaz, toz uçurucu qurğular normal qaydasında, standartlara uyğun işləmirsə tərəfimizdən inzibati qaydada müəyyən tədbirlər həyata keçirilir”.
    M.Qəmbərovun sözlərinə görə, tutulan zərərli qazların neytrallaşdırlması, zərərsizləşdirilməsi, başqa məqsədlər üçün istifadəsi və ya onların basdırlması istiqamətində qəbul olunmuş qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir: “Hər bir müəssisədə, istər BP-nin təşkilatlarında, istər Neft Şirkətinin, istər “Azərenerji” ASC-nin obyektləri, istər fərdi təşkilatlar - əhəng zavodu, sement zavodu, çınqıl, qum istehsalı karxanaları, əhəng daşı karxanalarında müəyyən standartlar, normalar, qaydalar var. Hər bir fiziki və hüquqi şəxs həmin standartalara, normalara uyğun işlərini qurmalı və dövlətin qoyduğu normativ bazaya, tələblərə cavab verməlidir. Sözsüz ki, istehsalat fəaliyyətində müəyyən problemləri olan müəssisələr inzibati qaydada tərəfimizdən aktlaşdırırlar, inzibati xətaya yol vermiş fiziki, hüquqi şəxslər cərimə olunur”.


    Müəssisə və təşkilatlar nəzarət altındadır…


    Hər bir müəssisənin ekoloji təhlükəsizlik qaydalarına borclu olduğunu deyən M.Qəmbərov eyni zamanda müəssisələrin heç nədən sığortalanmadığını da vurğulayıb: “Bu bilərəkdən və bilməyərəkdən baş verə bilər. Texnoloji avadanlıq müasir standartlara cavab vermirsə, fiziki və mənəvi cəhətdən köhnəlibsə və formalaşan zərərli qazları qaydasında tutmursa, buna bilərəkdən demək olar. Məsələn, ən böyük sement zavodu Qaradağdadır. Sovetlər dövründən fəaliyyət göstərən  Qaradağ Sement Zavodu 40-50 ilin zavodudur. Burda müəyyən tədbirlər həyata keçirilir, işlər görülür. Ancaq yeni, mütərəqqi texnologiyalar nə qədər çox tətbiq olunarsa atmosfer havası bir o qədər az çirklənməyə məruz qalar.
    Nazirlik işçisi ekoloji təhlükəsizlik, ekologiyaya uyğun tətbiq olunmuş qaydalar, normalar, standartlar baxımından bütün müəssisə və təşkilatların nəzarət altında olduğunu qeyd edib. Onun sözlərinə görə, yeni texnolgiyaların tətbiq olunması sahəsində də Azərbaycanda müəyyən proqramlar mövcuddur: “Məsələn, keçmişdə istilik sistemi yaratmaq üçün qazanxanaların 20 metrdən başlayaraq 100 metrə qədər çatan turbalarından qara tüstülər atmosferə yayılırdı. Bu gün bəzi asfalt-beton zavodları o vəziyyətdədir. Amma bu istiqamətdə də irəliləyiş var. İndi Bakıda biz belə qazanxanalar tapa bilmərik.Yeni gələn avadanlıqlarda yanma prosesi maksimum dərəcə də həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda tikinti sahəsi, o cümlədən digər bütün sahələrdə də ekolji nöqteyi nəzərindən müəyyən proqramlar qəbul olunub və uğurla həyata keçirilməkdədir”.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “Ekoloji Tarazlığın Qorunması”
    İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 665
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30