Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xüsusi təhsil üçün dərslik problemi
    Sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərəli təşkili istiqamətində qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları var. Hələ 2001-ci ildə qəbul edilmiş "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunub.



    Qanunun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul edilib.
    Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir. Bu tip təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox olmamaq şərtilə komplektləşdirilir.
    Təhsil Nazirliyinin Deinstitutlaşdırma və Uşaq müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bildirir ki, hazırda ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilmişdir.
    M.Hacıyevanın sözlərinə görə, inklüziv təhsilin təşkili istiqamətində TN tərəfindən 2005-2009-cu illərdə "Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı" həyata keçirilib: “Proqram çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun həyata keçirilməsi, inklüziv təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq təsnifata uyğun olaraq bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması sahəsində önəmli işlər görülüb”.
    Proqramın icrası istiqamətində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində Fond tərəfindən məqsədyönlü işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqlar üçün bütün internat məktəbləri və uşaq evləri, xüsusi məktəblər əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir.
    M.Hacıyevanın sözlərinə görə, gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbin nəzdində Heydər Əliyev Fondunun təşəbbüsü ilə mətbəə yaradılmışdır ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Eyni zamanda, internat məktəbi Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti ilə təchiz edilmişdir. Bundan əlavə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən Kanada istehsalı olan "Unitron" eşitmə aparatı ilə təmin edilib.
    M.Hacıyeva qeyd edir ki, proqram çərçivəsində 17 ümumtəhsil məktəbi və 13 məktəbəqədər təhsil müəssisəsində 300-dək sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunub: “Məktəbəqədər və ibtidai təhsil pillələrində inklüziv təhsilin tətbiqi üçün metodik vəsaitlər hazırlanmışdır. İnklüziv təhsil müəllim hazırlığı kurikulumlarına və ixtisasartırma proqramlarına daxil edilib”.
    Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların İKT və elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması məqsədilə Səbail rayonu 219 nömrəli məktəbin fiziki cəhətdən əlilliyi olan şagirdləri distant təhsil layihəsinə cəlb edilmişlər. Layihəyə cəlb edilmiş hər bir şagirdə "Əpl" (Apple) kompüteri verilərək ümumi şəbəkəyə çıxışla təmin ediliblər.
    İnklüziv təhsilin özəlliklərindən biri budur ki, ümumtəhsil məktəbləri və uşaq bağçalarının müvafiq siniflərində və qruplarında müəllim və tərbiyəçi ilə yanaşı, müəllim və tərbiyəçi köməkçisi də fəaliyyət göstərməlidir. Bu məqsədlə də İnkişaf Proqramı çərçivəsində Nazirlər Kabinetinin qərarı ilə 28 müəllim köməkçisi və 28 tərbiyəçi köməkçisi olmaqla 56 əlavə ştat ayrılmışdır.
    Bununla yanaşı, "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən, 7 internat məktəbinin inklüziv komponentli ümumtəhsil məktəblərinə transformasiya olunması nəzərdə tutulmuşdur. Artıq Baş Planın icrası ilə bağlı 2009-cu ildə Bərdə şəhər qarışıq tipli internat orta məktəbi inklüziv komponentli orta ümumtəhsil məktəbinə transformasiya olunmuşdur. İnternat məktəbinin evdə təhsilə cəlb olunmuş 17 nəfər şagirdi məktəbdə inklüziv təhsillə əhatə olunub. Həmin uşaqlara evdə təhsil verən 17 nəfər müəllim Maliyyə Nazirliyi ilə razılaşdıraraq hazırda inklüziv siniflərdə müəllim köməkçiləri kimi fəaliyyət göstərirlər.
    Proqram çərçivəsində Bakı şəhəri 7 nömrəli xüsusi internat məktəbində "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan" pilot layihəsi həyata keçirilir. Layihə çərçivəsində internat məktəbinin transformasiya olunaraq inklüziv komponentli ümumtəhsil məktəbinə çevrilməsi, icma əsaslı ailəyə dəstək və nativ qayğı xidmətlərinin təşkili nəzərdə tutulub.
    M.Hacıyevanın sözlərinə görə, əlilliyi olan övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması vacib məsələlərdəndir. Belə ki, Suraxanı rayonunda müasir standartlara uyğun tikilmiş "Oriqami" reabilitasiya mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Bununla yanaşı, Fondun dəstəyi ilə Bilgəh qəsəbəsində Əqli və fiziki əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzi yaradılıb.
    Proqrama əsasən nativ xidmətlərin yaradılması ilə bağlı TN tərəfindən Mingəçevir şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzi, Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat, Sabunçu rayonunda 11 nömrəli xüsusi internat məktəbinin nəzdində reabilitasiya inkişaf mərkəzləri yaradılıb. Qeyd olunan mərkəzlərin binaları TN tərəfindən yenidən qurulmuş və əsaslı təmir edilmiş, inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlarla təmin edilib.
    İnklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi məqsədiə UNİCEF və TN tərəfindən "İnklüziv təhsil haqqında Qanun" layihəsi işlənib hazırlanmış və Milli Məclisə təqdim olunub.
    Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı mövcud problemlərin kompleks həlli istiqamətində UNİCEF-in texniki dəstəyi ilə "2012-2019-cu illərdə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı" hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub. Dövlət Proqramının əsas vəzifələri bunlardır:
    - Bütün təhsil pillələri üzrə inklüziv təhsilin təşkili üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi;
    - Təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi;
    - İnklüziv təhsilin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi;
    - Sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
    - Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə maarifləndirmə işinin aparılması;
    - Sağlamlıq imkanları məhdud şəxslərin təhsil prosesinə uyğunlaşması və cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq xidmətlərin yaradılması;
    - Şəhər, rayon infrastrukturunun və nəqliyyatın sağlamlıq imkanları məhdud şəxslərin maneəsiz hərəkət etməsi üçün onların ehtiyaclarına uyğunlaşdırılması.
    Proqramın təsdiq edilməsi və icra prosesi nəticəsində bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslər təhsilə cəlb olunacaq və onların təhsil ala bilmələri üçün maneəsiz mühit yaradılacaqdır.
    Azərbaycanda əlil uşaqların təxminən 12 min inklüziv təhsilə cəlb edilib.
    Dövlət strukturları ilə səyləri birləşdirmək və çox sayda əlil uşaqları iştirak üçün cəlb edilməsi vasitəsilə bu proqramın reallaşmasının genişləndirilməsinə nail olmaq lazımdır.
    UNİSEF tərəfindən Azərbaycana Azərbaycanda inklüziv təhsil proqramının reallaşması üzrə bir sıra tövsiyələr verilir. Əfsuslar olsun ki, respublikada bu sahə çox zəif inkişaf edib, həmçinin bu insanların məşğulluq problemi də mövcuddur.
    Bu layihənin reallaşması üçün əlil uşaqların valideynləri ilə maarifləndirmə işi aparılmalıdır. Çünki bir valideyn xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsini istəmir. Bu layihə çərçivəsində, ümumilikdə Azərbaycanda inklüziv təhsilə 300 uşaq cəlb edilib. Ən vacib olan, dövlət orqanları ilə əlaqələrin yaradılması və işlərin tam əlaqələndirilməsidir.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi”
    İctimai  Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 726
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30