Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sağlamlıq imkanları məhdud uşaqların təhsili
    Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
    19 iyun 2009-cu il tarixdə qəbul olunmuş “Təhsil haqqında” Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir.




    Xüsusi təhsillə bağlı qanunvericilik


    Qeyd edilməlidir ki, 5 iyun 2001-ci il tarixdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanun qəbul edilmişdir. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən, özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.
    Bununla yanaşı, 3 fevral 2005-ci il tarixdə Nazirlər Kabineti “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005 - 2009-cu illər)”nı təsdiq etmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli Qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbul Qaydaları” müəyyən edilmişdir. Burada sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, yaş hədləri, təqdim etməli olduqları sənədlərin siyahısı göstərilmişdir.
    Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2002-ci tarixli Qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydaları” da müəyyən edilmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli Qərarına əsasən “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı göstərilmişdir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2004-cü il tarixli Qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə” tərtib edilmişdir. Məktəbəqədər xüsusi təhsil müəssisələrində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin hərtərəfli inkişafını və tərbiyəsini, məktəbə hazırlığını, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların cəmiyyətə uyğunlaşdırılmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, sağlamlığının bərpasına şərait yaratmağı təmin etməkdən ibarətdir.


    Xüsusi təhsilin məqsədi


    Müvafiq şəhər (rayon) icra hakimiyyəti orqanları və Təhsil Nazirliyi  sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin edirlər. Bu şəxslərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən, evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.
    Təhsil  Nazirliyi məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsinə və onlara reabilitasiya yardımı göstərilməsinə daha əlverişli imkanlar yaratmaq məqsədilə ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində xüsusi qrupların açılmasına şərait yaradır.
    Ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir. Evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinə, yaxud onu əvəz edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə maddi təminat və güzəştlər verilir. Belə uşağa qulluq vaxtı əmək stajına daxil edilir.
    Sağlamlıq imkanları məhdud uşaqları hərtərəfli və ahəngdar inkişaf etdirmək, onlarda ictimai fəallıq oyatmaq, onları əməyə, elmə, texnikaya, incəsənətə və idmana cəlb etmək məqsədilə təhsil orqanları, digər dövlət orqanları sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar tərbiyəsi üçün lazımi şəraiti təmin etməlidirlər.
    Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris müəssisələrində həyata keçirilir, onlar üçün ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir.
    Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir.
    İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.
    I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
    Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların peşə hazırlığı və ixtisasının artırılması fərdi reabilitasiya proqramına və onların reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil ocaqlarında, o cümlədən, dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) bu şəxslərə sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.
    Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.
    Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.
    Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli Uşaq Musiqi Məktəbi 1980-ci ildən fəaliyyətə başlamış və 2009-cu ildə onbirillik təhsil sisteminə keçirilmişdir. Məktəbdə I və II qrup əlilliyi olan uşaqlar təhsil alırlar. Məktəbin kontingenti əsasən Gözdən əlil uşaqlar üçün respublika orta internat məktəbinin şagirdlərindən ibarətdir. Burada fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik ixtisasları üzrə 200-ə yaxın şagird təhsil alır.
    Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə Təhsil Nazirliyinin əmri ilə Bakı şəhəri və Respublika üzrə psixoloji-tibbi-pedaqoji komissiyalar (PTPK) yaradılır və tərkibi təsdiq edilir. Psixoloji-tibbi-pedaqoji komissiyaların əsasnaməsi isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur.


    İnkluziv təhsil layihələri


    “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində Təhsil Nazirliyi ilə UNESCO tərəfindən 2005-ci ildən etibarən Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. “İnkluziv təhsil” modeli sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə yanaşı, onların cəmiyyətə adaptasiyasını və  hərtərəfli inkişafını da əhatə edir. Layihənin əhatə etdiyi 13 bağça və 16 ümumtəhsil məktəblərdə əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və s.) alınmışdır. UNESCO ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində müəllimlər, tərbiyəçilər və psixoloqlar üçün "İnkluziv təhsil", valideynlər üçün "İnkluziv təhsil sistemində ailə-məktəb, valideyn-müəllim münasibətləri" adlı vəsaitlər hazırlanıb paylanmışdır.  Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərdə UNESCO-nun, Rusiya və Ukraynanın inkluziv təhsil üzrə ekspertlərinin iştirakı ilə "Azərbaycanda inkluziv təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
    Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompyuter və ya elektron resurslarından istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması məqsədilə ilkin olaraq Səbail rayonu 219 saylı evdə məktəbin fiziki cəhətdən əlilliyi olan 7-ci sinif şagirdləri distant təhsil layihəsinə cəlb edilmişlər. Layihəyə cəlb edilmiş hər bir şagirdə “Apple” kompüteri verilərək ümumi şəbəkəyə çıxışla təmin edilmişlər. Şagirdlər xüsusi proqram təminatından və hazır proqram paketlərindən istifadə etmək imkanına malikdirlər.
    Təhsil Nazirliyinin məlumatına əsasən respublika üzrə inkluziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnkluziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür.  Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Respublika üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inkluziv təhsilə cəlb edilmiş uşaqların sayı  78 nəfər, inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilmişdir. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır.
    Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
    Şurasının layihəsi əsasında hazırlanıb.


    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi”
    İctimai  Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 932
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30