Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İnkluziya, inkluziv təhsil və onun tarixi
    Məktəb insanın yalnız bilik aldığı bir məkan deyil-bu məkanda həmin insan həm  əqli, həm psixi, həm də sosial baxımdan formalaşır. Bu baxımdan məktəbin uşaqların həyatında oynadığı rol önəmlidir. Məktəbin işinin uğurluluq şərtlərindən biri də düzgün qurulmuş təhsil sistemidir.



    Təhsilin məqsədi təhsil alanların müəyyən ictimai statusa malik olmağından və öz sosial əhəmiyyətini təsdiq etməkdən ibarətdir. Amma biliklər əldə etmək, həmin bilikləri təkmilləşdirmək, öz ictimai  əhəmiyyətini təsdiq etmək, cəmiyyətdə müəyyən mövqe tutma arzusu heç də hamı üçün reallığa çevrilmir. Belə insanlar arasında sağlamlıq imkanları məhdud olan uşaqlar da vardır. Araşdırdığımız, tədqiq etdiyimiz inkluziya bu uşaqlar üçün müəyyən imkanların açılmasını nəzərdə tutur.  
    İnkluziya ingilis dilindən tərcümədə “daxil olma”, “qoşulma” deməkdir.  İnkluziya sağlamlıq imkanları məhdud olan təhsil alanların öz güclərinə inamlarını artırmağa, həmçinin onları digər uşaqlarla birgə məktəbdə təhsil almağa stimullaşdıran cəhddir. İnkluziya yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların cəhdlərini həyata keçirməyə kömək etmir. Belə uşaqlar sırasına həmçinin müxtəlif mədəniyyətlərə malik, həyat tərzlərinə görə bir-birindən fərqlənən, başqa dillərdən olan, təhsilə müxtəlif maraqları və imkanları olan uşaqları da aid etmək olar. Belə uşaqlara informasiyanın ötürülməsi üsullarında müxtəlif modifikasiya və variantlar lazımdır.
    İnkluziv yanaşma uşaqların müxtəlif təhsil tələbatlarını başa düşməyi və təhsil prosesində tam iştirakla, ictimaiyyətin cəlb edilməsi vasitəsilə təhsildə seqreqasiyanın və diskriminasiyanın aradan qaldırılması ilə bu tələbatlara müvafiq xidmətlərin verilməsini tələb edir. İnkluziv təhsil bütün təhsil alanlara böyük həə məktəbəqədər və məktəb həyatında uşaq baxçası, maktəb və universitet kollektivində iştirak etməyə imkan verir. Bu təhsil sistemi təhsil alanların bərabər hüquqluluğunu, kollektivin bütün işlərində iştirakını stimullaşdırmağa yönəldilmiş resurslara malik olub, təhsil alanlara ünsiyyət üçün lazım olan qabiliyyətlərin inkişafına yönəldilmişdir. 
    İnkluziya və inteqrasiya anlayışları arasındakı fərqə baxaq. “Bu anlayışlar eynidirlərmi?” sualına cavab kəskin olaraq “yox”dur.  İnteqrasiya  şagirdlərin məktəbin xüsusiyyətlərinə uyğunlaşdırılması prosesidir. İnkluziyada isə məktəb  şagirdlərə, onların təhsil ehtiyaclarına uyğun şəkildə dəstək vermək üçün tədris istiqamətini qurur.
    Məhdud imkanları olan uşaqların təlim və təhsil prosesinin tarixi dövrünü üç mərhələyə ayırmaq olar:
    I. XX əsrin əvvəlləri və 60-cı illərin ortaları -“tibbi model” → seqreqasiya.
    II. XX əsrin 60-cı illərinin ortalarından 80-ci illərin ortalarına qədər-“normallaşdırma modeli” → inteqrasiya
    III. XX  əsrin 80-ci illərinin ortalarından hazırki dövrə qədər -  “sosial model”       → qoşulma.
    İctimai həyatın humanistləşməyə meyl cəhdi dünya müharibələrindən sonra vəhşiliyə və dəhşətə cavab kimi başlamışdır. Bəşəriyyət bütün dünyaya təsir edəcək bir üsul axtarırdı və bu üsullardan birincisi BMT-nin yaradılması oldu.
    BMT-nin bu istiqamətdə olan bir neçə hüquqi aktlarını sadalayaq:
    “İnsan hüquqlarının ümumi Bəyannaməsi” (1948), “Uşaq hüquqları Bəyannaməsi” (1959), “Uşaq hüquqları barədə Konvensiya” (1989), “Uşaqların hüquq və müdafiəsinin təmin edilməsinin ümumdünya Bəyannaməsi” (1990), “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydalar” (1993) və nəhayət 1994-cü ildə Salamankada inkluziv təhsilin inkişafı üçün qəbul edilmiş Bəyannamə. 
    Nəzəriyyədə və praktikada real dəyişikliklər 1960-cı ilin ortalarında psixiatrik xəstəxanaları himayəyə alan dövlət müəssisələrinin ləğv edilməsi ilə başladı. Bu müəssisələrin sakinlərinin dünyadan təcrid edilmələri, inkişafı stimullaşdıran şərtlərin olmamasında, sevginin, qayğının olmaması, çox vaxt  qəddar rəftarın mövcudluğunda, insan hüquqlarının kobud surətdə pozulmasında sübut olunurdu. Aydın oldu ki, bağlı şəraitdə insanın qabiliyyətləri ölgünləşir, ünsiyyət dairəsi daralır, özünü qiymətləndirməsi aşağı düşür, tam dəyərli həyata olan yollar həmişəlik bağlanır. Məhz bu vaxtlarda tibbi modelin qanunauyğunluğunda  şübhələr yaranmağa başladı. Bu modelə əsasən məhdud imkanları olan insanlara uzunmüddətli müalicə tələb olunurdu və bunun üçün ən yaxşı yer xüsusi müəssisələr idi. Yaranmış vəziyyətə cavab kimi bir çox ölkələrdə ilk növbədə ABŞ, Böyük Britaniya,  İsveç və İtaliyada bütün sistemi dəyişmək və bu sistemi daha da insansevər etmək üçün çağırış səsləri yayıldı. Nəticədə qərbdə yetim evləri demək olar ki, yoxdur. Belə ki, İngiltərədə inkişafında yayınma ilə doğulan uşağa malik 90%-dən çox ailələr onları evdə tərbiyə edirlər.
    Digər uşaqları isə ya övladlığa götürür ya da hami ailələrə verirlər. Böyüklər üçün bir çox ölkələrdə artıq ləğv olunub və ya ləğv olunmaq üzrədir.
    Qeyd etmək lazımdır ki, inkişaf pozuntuları olan uşaqların imkanlarının anlaşılması və onların dəstəklənməsi üçün yeni sistemin təşkilinə XX əsrin ortalarında keçirilən elmi tədqiqatlar böyük təsir etmişdir. Bağlılıq və xüsusi pedoqogika sahəsində olan bu tədqiqatlar intellekt pozuntusu olan uşaqların potensial imkanlarının aşkarlanması və bütün uşaqların potensial imkanlarının aşkarlanması və bütün uşaqların öyrənə bilməyə qadir olması faktının qəbulu ilə bağlıdır. 
    Ötən əsrin 70-ci illlərində Skandinaviyada tibbi modelin əsasında duran təsəvvürlərin alternativi kimi “normallaşdırma”  anlayışı meydana çıxdı. Bu anlayış ABŞ və Kanadada qəbul edilmiş və inkişaf etmişdir. Normallşdırma modeli aşağıdakı hallara gətirib çıxarırdı:
    - münasibətini dəyişmək üçün cəmiyyətə təzyiq göstərmək
    - təhsil almaq və öz gücünü səfərbər etmək üçün uşağa təzyiq göstərmək
    Tədricən bu konsepsiya da şübhə doğurmağa başladı. Bu konsepsiya uşağın məktəb və cəmiyyət tərəfindən qəbul edilməyə hazırlığını güman edirdi. Amma cəmiyyət tez bir zamanda dəyişə bilməzdi. Belə bir şəraitdə isə inteqrasiyanın sosial deyil, fiziki tərkibindən söhbət gedə bilərdi.
    Hazırki dövrdə məhdud imkanları olan insanlara dəstək xidmətinin inkişafı ideoloji olaraq “sosial model”lə müəyyən olunur. Bu modelə əsasən insan ailənin həyatında iştirak etmək, məktəbdə oxumaq, işləmək üçün hazır olmağa borclu deyil.
    Diqqət daha çox mühitin onun imkanlarına adaptasiya olunmasına, onun qabiliyyətlərinin inkişafı üçün sosial əlaqələr sisteminin yaranmasına ayrılır. “Qoşulma” anlayışı bu modelə keçidlə bağlıdır. İnteqrasiyadan fərqli olaraq “qoşulma” hər bir  qrupun qismən muxtariyyətinin saxlanılmasını nəzərdə tutur.
    Bu ideologiyaya görə ənənəvi dominantlıq edən qrup üçün xoş olan təsəvvürlər və davranış tərzi düşüncələrdə və adətlərdə pluralizmə yol verə bilən obrazda şəklini dəyişməlidir.
    Beləliklə, ingilis dilli ölkələrdə “qoşulma” termini inteqrasiya termininini  əvəz etməyə başladı. İngilis dilində “include” “daxil etmək”, “tərkibində olmaq”, “ehtiva etmək”  deməkdir. “İnclusion” sözü yalnız təhsilə deyil, həm də insanın
    cəmiyyətdəki yerinə yeni baxışı ifadə edən termin kimi təqdim olunur. 
    İnkluziv təhsilin təcrübəsinin əsasında hər bir təhsil alanın fəaliyyətinin qəbul edilməsi durur. Bu səbəbdən təhsil hər bir uşağın özünəməxsus təlabatlarını təmin edə bilmək şəklində təşkil edilməlidir.
    Maraqlıdır ki, inkluziya istiqamətində ən qəti və tez dəyişikliklər dünyanın kasıb ölkələrində müşahidə olunur. Uqanda və ərəb ölkələrində məhdud imkanları olan uşaqların inteqrasiyası ilə bərabər qızların da ümumtəhsil məktəblərinə inteqrasiya halları baş verir. Bu dinamika YUNESKO-nun proqramının adı çəkilən ölkələrdə effektiv fəaliyyəti ilə əlaqədardır. 
    Müasir tədqiqatçılar qeyd edirlər ki, bu istiqamətdə mükəmməl qanunvericiliyə malik ölkələr sırasına Kanadanı, Kipr,  İsveç, Norveç,  İspaniya, ABŞ və Böyük Britaniya kimi ölkələri aid etmək olar. Amma mükəmməl qanunvericiliyin olması heç də bu təhsilin dəstəklənməsi və işləməsi demək deyil. Təcrübə göstərir ki, yalnız mükəmməl qanunvericiliyin mövcudluğu kifayət etmir. Məsələn, Almaniya mükəmməl qanunvericilik bazasına malikdir amma  əksər intellektual pozuntulu uşaqlar xüsusi məktəblərdə oxuyurlar.
    İnkluziv təhsilin inkişaf səviyyəsinə valideynlərin aktivliyi təsir edir. Belə ki Niderlandda Daun sindromlu uşaqların valideynlərinin dövlətin təhsil siyasətinə ciddi etirazları olmuşdur. Və hazırki dövrdə onlar məhz onlar övladlarının ümumtəhsil məktəblərinin ibtidai siniflərinə qəbul olmasına nail olmuşlar. 
    Cəmiyyətdə mövcud maneələrin ləğv edilməsi üçün hamıya bərbər imkanlar təmin edilməlidir. Diskriminasiyadan qaçmaq üçün bu prosesi ailədən və təhsil sistemindən başlamaq lazımdır.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi”
    İctimai  Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2327
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30