Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə real vəziyyət
    Təhsil sisteminin inkişafı dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil sisteminin inkişafı müstəsna əhəmiyyətə malik məsələlərdən biri olmuş və hazırda  Prezident İlham Əliyevin fəaliyyətində də bu sistem prioritet sahələrdən birini təşkil edir.

    Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə real vəziyyət
    Təhsil sisteminin inkişafı dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil sisteminin inkişafı müstəsna əhəmiyyətə malik məsələlərdən biri olmuş və hazırda  Prezident İlham Əliyevin fəaliyyətində də bu sistem prioritet sahələrdən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli 1051 nömrəli və “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram” (2003-2007-ci illər)ın təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli 1147 nömrəli sərəncamları, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təsdiq edilmə-si haqqında” 2003-cü il 20 fevral tarixli 854 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanları ümumilikdə ümumi orta təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmlən-dirilməsi, tədris avadanlıqları ilə təmin edilməsi sahəsində həlledici amil olmuşdur. Əqli və fiziki cəhətdən qüsurlu, əlil uşaqların sosial müdafiəsi, onların təhsil aldığı xüsusi təhsil müəssisələrinin inkişafı da Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir. Xüsusi təhsillə bağlı İnkişaf Proqramının hazırlanması zərurəti də məhz ölkə rəhbərliyinin bu problemə xüsusi qayğısının nəticəsidir.
    “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanı və onun icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 dekabr tarixli 291s nömrəli sərəncamında sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə bağlı müvafiq dövlət proqramının hazırlanması tapşırılmışdır.
    Müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud şəxslərin, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili, xüsusi təhsil sisteminin idarə olunması təsbit olunmuşdur.
    Qanunun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 72 nömrəli, “Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 29 aprel tarixli 73 nömrəli, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 77 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 86 nömrəli, “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli, “Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 88 nömrəli qərarları qəbul edilmişdir. Uşaqların sayı ölkə üzrə real vəziyyəti əks etdirmir Respublikada xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqlar üçün 25 xüsusi və internat tipli məktəb fəaliyyət göstərir. Onlardan 18-i internat tipli müəssisə, 7-si xüsusi məktəbdir. Bu müəssisələrdə ümumilikdə 5535 nəfər şagird təhsilə cəlb olunmuşdur. Onların təlim-tərbiyəsi ilə 1996 pedaqoji işçi məşğul olur. Qeyd olunan müəssisələrdən 16 internat məktəbi (2906 nəfər şagird) Təhsil Nazirliyi sistemində, ağıldankəm uşaqlar üçün 2 internat evi (366 nəfər) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindədir. İnternat məktəblərindən 6-sı bilavasitə Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.
    Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 7 xüsusi məktəbdə xüsusi qayğıya ehtiyacı olan 2263 nəfər şagird təhsilə cəlb olunmuşdur. Eyni zamanda respublikanın 4 internat məktəbində (Bərdə, Göyçay, Tovuz, Şəki) sağlam uşaqlarla yanaşı, 233 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq, 1 (Bakı şəhəri, Sabunçu rayonu 11 nömrəli) internat məktəbində isə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, 70 nəfər sağlam uşaq təlim-tərbiyə ilə əhatə olunmuşdur.
    Bununla belə, xüsusi təhsil müəssisələrində təlim-tərbiyə ilə əhatə olunmuş uşaqların sayı (5535 nəfər) heç də ölkə üzrə real vəziyyəti əks etdirmir. Aparılmış təhlil göstərir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 20 min nəfərə yaxındır və yalnız onların 27,6 faizi təhsil müəssisələrinə cəlb olunmuşdur. Həmin uşaqların qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi bu Proqramın əsas məqsədlərindən biri kimi müstəsna əhəmiyyət kəsb edir.
    Son illərdə xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər görülmüşdür. Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəb, Əzizbəyov rayonundakı beyin iflici və poliomelit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Saray qəsəbəsindəki 7 nömrəli ağıldankəm uşaqlar üçün internat evi müasir standartlara uyğun əsaslı təmir edilmiş, zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün xüsusi internat məktəbi üçün 3 mərtəbəli yataqxana korpusunun inşası başa çatdırılmışdır. Kor uşaqlar üçün xüsusi internat məktəbi və nitqi qüsurlu uşaqlar üçün internat məktəbinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil uşaqların sağlamlığının bərpası üçün 2003-cü ildə Bakı şəhərində müasir standartlara cavab verən Uşaq Bərpa Mərkəzi istifadəyə verilmiş, respublikada əlil olan zəifeşidən uşaqların eşitmə aparatları, dayaq-hərəkət sistemində problemləri olan uşaqların isə əlil arabaları ilə pulsuz təmin edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Uşaqların təhsilinin təşkili sahəsində xeyli problemlər mövcuddur Bütün bunlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili sahəsində xeyli problemlər hələ də mövcuddur:
    - təhsil müəssisələrinin böyük əksəriyyətinin maddi-texniki və tədris bazası yararsız vəziyyətdədir, binalar əsaslı təmir olunmalı, yeni tədris, yataqxana və yardımçı korpuslar inşa edilməlidir, istilik sisteminin bərpaya ehtiyacı vardır, əsaslı və cari təmir üçün kifayət qədər vəsait ayrılmır;
    - mövcud tədris avadanlıqları mənəvi və fiziki cəhətdən köhnəlmişdir, müasir tələblərə cavab vermir;
    - uşaqların daşınması üçün nəqliyyat vasitələri çatışmır;
    - əyani vəsaitlər, texniki təlim vasitələri çatışmır;
    - müalicəvi idman avadanlıqları ilə təchizat işi zəifdir;
    - əlil uşaqların sağlamlığının bərpası üçün regionlarda bərpa mərkəzlərinin yaradılmasına ehtiyac var;
    - uşaqların müalicəsi üçün xüsusi dərman ləvazimatları və preparatları ayrılmır;
    - pedaqoji kadrların (müəllim, tərbiyəçi) ehtiyaca görə hazırlanması, hazırda fəaliyyət göstərən pedaqoji işçilərin ixtisasartırma təhsilinə cəlb edilməsi üzrə sistemli iş aparılmır;
    - xüsusi təhsil müəssisələri üçün dərsliklər və dərs vəsaitləri çatışmır, tədris planı və proqramlarının yeniləşdirilməsinə, yeni nəsil dərsliklərin hazırlanmasına ciddi ehtiyac yaranmışdır;
    - informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə əlaqədar xüsusi təhsil müəssisələrində kompüter sinifləri yaradılmamışdır;
    - xüsusi təhsil müəssisələrini bitirən uşaqların gələcək taleyi, cəmiyyətdə rolu, onların işlə təmin olunması məsələlərinin həlli üçün müvafiq proqramlar hazırlanıb həyata keçirilmir;
    - internat tipli xüsusi təhsil müəssisələrində ərzaqla təminat sahəsində problemlər qalmaqdadır, ərzaq normalarına yenidən baxılması zərurəti yaranmışdır.
    Respublika üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili sahəsində xeyli müsbət təcrübə toplanmışdır, lakin qeyd edilməlidir ki, bu sahədə mövcud olan problemlərdən biri də dünya təcrübəsində geniş tətbiq olunan inteqrasiyalı (inkluziv) təlimin nəzərə alınmamasıdır. Belə ki, əksər ölkələrin təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqlar internat tipli və xüsusi məktəblərdə deyil, sağlam şagirdlərin təhsil aldığı ümumtəhsil məktəblərində məktəb, yaxud sinif səviyyəsində inteqrasiya həyata keçirilməklə təhsilə cəlb olunmuşlar. Belə sistem mövcud olan bir sıra ölkələrdə isə inteqrasiyalı (inkluziv) təlimə keçid istiqamətində xüsusi proqramlar həyata keçirilir. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqlan cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Məhz bu səbəbdən Azərbaycanda inteqrasiyalı (inkluziv) təlimin təşkili üzrə pilot layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
    Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı (inkluziv) təliminin təşkili, xüsusi təhsil müəssisələrinin mövcud problemlərinin aradan qaldırılması, onların dinamik inkişafının təmin edilməsi, həmin müəssisələrdə təhsillə əhatə olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar 2005-2009-cu illəri əhatə edən Tədbirlər Planı həyata keçirilib. 
    Proqramda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi məqsədi ilə hər bir müəssisə üzrə tədbirlər də müəyyənləşdirilmişdir. Bu tədbirlər əlavə korpusların, sinif və yardımçı otaqların, idman zallarının inşası, reabilitasiya kabinetlərinin yaradılması, müalicəvi idman avadanlıqlarının, trenajorların, kompüter dəstlərinin, texniki təlim vasitələrinin, eşitmə aparatlarının, əlil arabalarının, nəqliyyat vasitələrinin alınması və sair kimi məsələləri əhatə etmişdir. Bu məsələlərin həlli üçün, kompüter dəstləri istisna olmaqla, ümumilikdə 5 milyard 14 milyon manat vəsaitin tələb olunduğu müəyyənləşdirilmişdir.
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi”
    İctimai  Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 730
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30