Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sumqayıtda məşğulluq
    Bu gün respublikada müharibə əlilləri və şəhid ailələrinin məşğulluq imkanları genişləndirilir. “Məşğulluq haqqında “Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin  (sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar) 9.1. bəndinə, Nazirlər Kabinetinin 22.11.2005-ci il tarixli 213 ¹-li qərarına  müvafiq olaraq müharibə əlilləri və şəhid ailələrinin məşğulluğunun təmin edilməsi üçün dövlət əlavə təminatlar verir. Rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq olunmuş rayon (şəhər)” Ərazi Məşğulluq Proqramları”nda qeyd olunan kateqoriyaya aid vətəndaşların işlə təmin olunması üçün müəssisə, idarə və təşkilatlarda kvota iş yerləri müəyyənləşdirilir.



    Hazırda Azərbaycanda 423 min əlil var, onlardan 61 min nəfəri uşaqdır. Azərbaycan əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı 230 Konvensiya və 2 pakta qoşulub. Bu Konvensiyalar əlillərin hüquqlarını qorumağa imkan verir. Azərbaycanda əlillərin hüquqlarının qorunmasını və sosial müdafiəsini nəzərdə tutan 3 dövlət proqramı qəbul edilib. Düzdür, bu sahədə çətinliklər hələ də qalmaqdadır, qanunlarda boşluqlar var. Bu problemlər əsasən əlillərin işə düzəlməsi zamanı özünü göstərir, idarələrdə əlillərin işə düzəlməsi ilə bağlı müəyyənləşmiş kvotaya riayət olunmur.
    2011-ci il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün 1134 kvota iş yerləri müəyyən olunmuşdur, həmin iş yerlərindən 157 iş yeri və ya 13,8%-i əlillər, 54 iş yeri və ya 4,8%-i şəhid ailələri üçün nəzərdə tutulmuşdur. İl ərzində kvota üzrə işlə təmin olunanların sayı 513 nəfər təşkil etmişdir, o cümlədən əlillərin sayı 25 nəfər və ya təyin olunmuş iş yerlərinin 15,9%-i, analoji olaraq şəhid ailələrin sayı 31 nəfər və ya 57,4%.
    Ümumilikdə ötən müddət ərzində (2011-ci il həmçinin) Sumqayıt şəhərində Məşğulluq Xidməti tərəfindən işlə təmin olunmada və müxtəlif peşə hazırlığı kurslarına cəlb edilmədə irəliləyişlər müşahidə olunmuşdur. Belə ki, 2011-ci il və 2012-ci ilin birinci rübü ərzində Sumqayıt şəhərində Məşğulluq Xidməti tərəfindən işlə təmin olunanların sayı 1309 nəfər, müxtəlif peşə hazırlığı kurslarına cəlb edilənlərin sayı 658 nəfər təşkil etmişdir. Bunların arasında müharibədən zərər görmüş insanlar və xüsusən də şəhid ailələri üstünlük təşkil edir.
    Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən müəyyən olunmuş kvota iş yerlərinə 2007-2011-ci illər, həmçinin 2012-ci ilin I-i rübü ərzində  974 nəfər əlilləri iqtisadiyyatın müxtəlif sahələri üzrə işlə təmin olunmuşlar.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı tərəfindən Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində “Təkmilləşdirilmiş məşğulluq xidmətlərinin inkişafı”  layihəsi həyata keçirilir. Layihədə  əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı əmək bazarına inteqrasiyası üzrə proqramların hazırlanması, kiçik biznes sahələri üzrə məsləhət xidmətlərinin göstərilməsi, iş və biznes klublarının təşkili, əlillər üçün sosial müəssisələrin yaradılması, onların məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək bazarına səmərəli inteqrasiya üzrə 2012-2015-ci illər üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulmuşdur.
    Əlillərin işlə təminatında ciddi problemlərdən biri də əlillik sənədlərində əmək qabiliyyətinə yararsız yazılmasıdır. Mövcud qanunvericiliyə uyğun olaraq əmək qabiliyyətli saylan III qrup əllilərin işləmələrinə icazə verilir.
    Əlillərin təhsil alması və mənzillə təmin olunmasında mövcud olan problemlər öz həllini tapmayıb. Digər tərəfdən əlillər onlara təyin olunmuş kompensasiyaları vaxtında ala bilmirlər. Avropa ölkələrində hər bir dayə 10 əlil uşağa xidmət edirsə, Azərbaycanda bir dayə 20 əlil uşağa xidmət etmək məcburiyyətində qalır. Ombudsman Aparatı Milli Məclisə bir sıra təkliflər verib. Bu təkliflər sırasında dayələrin məvaciblərinin artırılması da var.
    Azərbaycan Prezidentinin 23 may 2011 tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirliyin fəaliyyət istiqamətləri üzrə 11 növ elektron xidmət növünün tam tətbiqi istiqamətində müvafiq işlər aparılır.  Mayın 1-də  müvafiq strukturların rəhbər şəxslərinin iştirakı ilə nazirlikdə əhaliyə göstəriləcək elektron xidmətlərdən biri olan “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətinin ilkin versiyasının təqdimatı olub.
    Tədbiri giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov adıgedən elektron xidmət növünün əhatə etdiyi xidmət sahələri, həmin xidmətlərlə təmin olunmaq üçün tələb olunan və skan edilmiş formada elektron qaydada göndərilməli olan sənədlər barədə məlumat verib.
    Qeyd olunub ki, bu elektron xidmətin tətbiqi vətəndaşlarla tibbi-sosial ekspert komissiyalarının əməkdaşları arasında  birbaşa  ünsiyyətin minimuma endirilməsi və əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bununla eyni zamanda əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq imkanları daha da genişləndiriləcək.
    Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, o cümlədən Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həmin strukturlar kompüter avadanlıqları ilə təmin edilib. Sonra “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətin ilkin versiyası ilə bağlı rəy və təkliflər bildirilib. 
    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
    Araşdırma Qrupu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 536
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30