Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məşğulluq siyasəti və gənclər
    Gənclər Azərbaycanın inkişafı üçün böyük imkanlar mənbəyidir. Bəziləri gənclərin vəziyyətinə nəzər yetirərkən müxtəlif problemlər görə bilər (işsizlik, narkotik vasitələrdən istifadə, HİV və QİÇS). Azərbaycan əhalisinin ¼ hissəsindən çoxu çox dinamik 15-29 yaşındadır və əhalinin yarısından çoxu 30-dan aşağı yaşdadır. Bu, çox çevik və enerjili yaş qrupudur və bu yaşda olan insanlar Azərbaycanın inkişafı üçün səfərbər edilsələr, hamı bundan faydalanacaq. Lakin, şəhər gənclərinin (15-24 yaşda olanların) işləməkdə maraqlı olan (yəni təhsil və ya hərbi qulluqda olmayan) bir hissəsi işsizdir.

     
    Makrosabitliyin qorunması və iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticə etibarı ilə əhalinin pul gəlirlərinin artmasına şərait yaradır. Lakin bununla yanaşı, yoxsul əhalinin müvafiq iş yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, işsizliyin azaldılmasına yönəldilmiş məqsədyönlü siyasətin aparılması vacibdir. Bu baxımdan sahibkarlığın dəstəklənməsinə və məşğulluğun inkişafına istiqamətlənmiş sistemli tədbirlər insanların, xüsusən də gənclərin gəlir əldə etmək imkanlarının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.
    Məlum olduğu kimi, işsizlik yoxsulluğu yaradan əsas amillərdən biridir. Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən aparılmış hesablamalara görə, hələ 2007-ci ildə ölkədə işsizlərin sayı 281,1 min nəfər, yaxud iqtisadi fəal əhalinin 6,5%-ni təşkil etmişdir. Əlbəttə, ötən müddət ərzində bu rəqəmlərdə əsaslı dəyişiklik baş vermiş, işsizlərin sayı xeyli azalmışdır. 
    Məşğulluq imkanlarının artırılmasının əhalinin rifahının yaxşılaşdırılmasında əhəmiyyəti nəzərə alınaraq, ötən dövr ərzində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər əlaqədar dövlət proqramları çərçivəsində 672 minə yaxın yeni iş yeri yaradılmışdır. Bu dövr ərzində sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, düşünülmüş məşğulluq strategiyasının və sosial siyasətin yürüdülməsi əhalinin pul gəlirlərinin artırılmasında öz təsirini göstərmişdir. Son 5 il ərzində respublika əhalisinin gəlirləri 2,5 dəfə artmışdır. 
    Dövlət məşğulluq siyasəti aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməsini nəzərdə tutur. Passiv tədbirlər, əsasən, işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir. Aktiv tədbirlər isə, əsasən, peşə təlimlərinin təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən, əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə, işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlmişdir.
    Hazırda bu sahədə əsas məsələ əmək qabiliyyətli əhali üçün xüsusilə də qeyri-neft sektorunda, səmərəli məşğulluq imkanlarının daha da genişləndirilməsindən ibarətdir. Məşğulluğun, əsasən, özəl sektorun inkişafı vasitəsilə əldə edilməsi ilə yanaşı, eyni zamanda, işaxtaran vətəndaşların peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.
    Bu sahədə işçilərin hüquqlarının qorunması, eləcə də əmək bazarı və məşğulluq vəziyyətinin monitorinqi üçün etibarlı və müntəzəm məlumat bazasının olması da xüsusi əhəmiyyət daşıyır.
    Digər mühüm məsələ əməkhaqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir. Yoxsulluğun monitorinqi nəticələrindən məlum olur ki, azmaaşlı və azməhsuldar iş yerlərinin çoxluğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa imkan vermir. Məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün son illərdə minimum əməkhaqqının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 
    Bu sahədə mühüm məsələlərdən biri də  eyni səviyyə üzrə dövlət və özəl təşkilatlarda çalışanların əməkhaqları arasında ciddi fərqlərin olmasıdır. 
    Belə ki, özəl müəssisələrdə çalışanların əməkhaqqı dövlət müəssisələrində işləyənlərinkindən səhiyyədə - 1,7 dəfə, təhsildə - 1,3 dəfə, tikintidə -1,5 dəfə, mədənçıxarma sənayesində - 2,8 dəfə çoxdur. Bu isə bacarıqlı kadrların dövlət təşkilatlarından özəl təşkilatlara axınına səbəb olur ki, bu da dövlət təşkilatlarında xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir.
    Məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilmişdir. Bu Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində Dövlət Məşğulluq Xidmətinin idarəetmə sistemi, məşğulluq və əməyin mühafizəsi sahəsində normativ hüquqi baza təkmilləşdirilib. Habelə, işaxtaran və işsiz vətəndaşların vakansiyalar haqqında müntəzəm məlumat almaq imkanlarının genişləndirilməsi üçün vahid informasiya bazası yaradılıb, bununla əlaqədar əhalinin məlumatlandırılması təşkil edilib. Yeni məsləhət xidmətləri və əmək birjaları yaradılıb, işsiz vətəndaşların işlə təmin olunmaları üçün onların peşə hazırlığı məsələlərinə dövlət səviyyəsində diqqət artırılıb.
    Gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə işsizliyə görə verilən müavinətlərin minimum məbləği mərhələlərlə artırılaraq ölkə üzrə yaşayış minimumuna çatdırılıb. Eyni zamanda bu artım vasitəsilə işaxtaranlarda passivlik və ələbaxımlılıq meyillərinin yaranmasının qarşısını almaq məqsədilə monitorinqlərin aparılması və verilən müavinətlərin işsizlərin işaxtarma və yeni peşələrə yiyələnmə  səyləri ilə əlaqələndirilməsi planlaşdırılır.
    Kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində ölkə Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” təsdiq edilmişdir.
    Texniki peşə təhsili istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, peşə təhsili sistemi ilə işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması, işəgötürənlərin sifarişi əsasında tələb olunan ixtisaslar üzrə mütəxəssislərin hazırlanması, Azərbaycanda Avropa ixtisaslar sisteminin prinsiplərinə əsaslanan, beynəlxalq səviyyə ilə müqayisə oluna bilən, milli iqtisadiyyatın və sosial sferanın inkişafı ilə müəyyənləşən milli kontekstə malik ixtisaslar sisteminin (Milli İxtisaslar Strukturunun (MİS) yaradılmasına başlamaq.
    Milli İxtisaslar Strukturu milli və beynəlxalq səviyyələrdə qəbul olunan çoxpilləli ixtisas sistemidir ki, onun vasitəsi ilə təlimin (formal və qeyri-formal) nəticələrinin ölçülməsi və onlar arasında qarşılıqlı əlaqələr həyata keçirilir və bütün təhsil və təlim diplomları/sertifikatları arasında nisbət müəyyən olunur, yəni öyrənənlərin əldə etdikləri nailiyyətlər şəhadətnamə və diplomlar vasitəsilə ölçülə bilir və qarşılıqlı əlaqədə olur. Bu sahədə  müvafiq proqnozlaşdırma sistemi yaradılıb, kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində marketinq xidmətləri təşkil edilib.


    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
    Araşdırma Qrupu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 515
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30