Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Buxara təəssüratlarım və…
    Buxara beynəlxalq təyyarə meydanına enəndə 1968-ci ilin yayı və onun imtahan günləri kino lenti kimi gözlərimin önündə canlandı. Həyatımın ən önəmli günləri olan təhsil günlərimi təhlil etməyə başladım. 1968-ci ildə Azərbaycandan ilk dəfə olaraq Özbəkistana üç nəfər A. Paşazadə, Ə. Abbasov və mən Az. SSR nazirlər soveti nəzdində Dini işlər müvəkkilliyinin göndərişi ilə getmişdik. Hər üçümüz Daşkend şəhərində qəbul imtahanı verib Buxara Mirərəb mədrəsəsinə qəbul olduq. Təhsil səviyyəmiz yuxarı olduğundan bir aydan sonra bizi yenidən imtahan edib üçüncü kursa qəbul etdilər.

    (rayonda 5-6 il mərhum Şeyx Qüdrət axundun yanında təhsil almışdıq). Bəli beləcə yaşadığım hücrə (kiçik otaq) dərs otaqları və sairə mənim üçün çox əziz idi. Xüsusilə tələbə yoldaşlarımla görüş çox maraqlı oldu. Əlbəttə 44 il bundan qabaq olduğum şəhərə – təhsil ocağına səfər etmişdik. Bu gün tələbə yoldaşlarımın çoxu MDB dövlətlərinin ayrı-ayrı şəhərlərində böyük vəzifə və məqam sahibləridirlər. Bəziləri də həyatdan köçüblər. Allah-Təala onlara rəhmət eləsin. Bütün bunlara baxmayaraq, tələbəlik illəri yaxşı xatirələrlə yadda qalır. Bəli həyatın enişli-yoxuşlu yolları çox olur. Bütün o keşməkeşli illərin zəhmətləri bu gün öz müsbət nəticələrini vermişdi. Biz üç tələbə (ilk qaranquşlar) müəyyən məscidlərdə çalışıb xalqa axund kimi xidmət etdik. Bu gün də QMİ-də məsul vəzifələrdə xidmətimizi davam edirik. Yaxşı yadımdadır hələ tələbəlikdə Şeyx cənabları A. Paşazadə bizi təhlil edəndə “Mən şeyx olacağam, Hacı Əhməd axund olacaq, Mirəziz də elmi işlərə məşğul olacaq demişdi. Nəfəs haqdan gələr demişlər, onun dedikləri – gördüyü yuxu, çin çıxdı. Bu da bir tale yazısıdır deyirəm. Bəli, bu tarixi sözləri yenidən Buxara Mirərəb mədrəsəsinin həyətində 22 aprel 2012 il tarixində çay süfrəsi arxasında Şeyx cənabları özü xatırladı. Qurani-Kərimdə bu məzmunda iki ayəyi-şərifə var. (Ey insanlar! Onu da bilin ki,) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Əl-İnsan surəsi, ayə, 30). (Onu da bilin ki) aləmlərin rəbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Siz insanlar həmişə Allahın qudrəti, hökmü və iradəsi altındasınız. O sizə bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) (Ət-Təkvir surəsi, ayə 29). Bu ayələrin eyni məzmunda Həzrət Peyğəmbərimiz də gözəl bir hədis buyurmuşdur: “Allah-Təala nə istəsə o olacaq, nə də istəməsə o olmayacaq. Əlbəttə Allah istəyən olacaq. Bu gün Allah-Təalaya həmdu-səna edirəm ki, 12 yaşımda təməlini qoyduğum İlahiyyat məktəbinin gözəl və fövqaladə səmərəsini gördüm. Heç şübhəsiz bu yolda mərhum ata-anamın böyük rolu olmuşdur. Onlar məni belə görmək istədikləri üçün bu yola istiqamətləndirdilər. Mən də onların arzularını həyata keçirmək üçün səy göstərdim. Çətinliklərlə də olsa qarşıma qoyduğum məqsədə nail oldum. İlahiyyat üzrə fəlsəfə doktoruyam. İslama aid 5-6 elmi əsərim var. İlahi kəramətindən “Divan”da bağlaya bilmişəm. 20 il Bakı İslam Universitetinin Sumqayıt filialının rektoru oldum. Gözəl və layiqli tələbələrim var. Bu gün onlar ölkənin müxtəlif şəhərlərində İslama xidmət edirlər. Bütün bunlar böyük zəhmətlərin, dözülməz əziyyətlərin hesabına başa gəlsə də sevinməyə dəyər. Bəli, Buxara məktəbi mənim həyatımda, dünya və axirət üçün böyük bir təkamül məktəbi oldu. Əlbəttə o günlər olmasaydı, bu günlər də olmazdı.  
    Özbəkistan səfərinin ilk günü qədim Səmərqənd şəhəri ilə tanışlıqla başladı. Hoteldə yerləşəndən sonra birinci görüşümüz Səmərqənd Dövlət Universitetində oldu. Azərbaycan nümayəndə heyətini səmimi salamlayan rektor professor Uluqbek Taşkenbayev bildirdi ki, rəsmi açılış tarixi 1927-ci ilin məhsulu sayılan bu tədris müəssisəsi əsil köklərini qədim Səmərqəndin qurucularından olan Mirzə Uluqbəyin məşhur mədrəsəsindən qaynaqlanır. Burada son illərdə dövlət rəhbəri, Özbəkistan Prezidenti İslam Kərimov cənablarının göstərişi ilə mükəmməl maddi-texniki baza yaradılıb. Universitet Özbəkistan Elmlər Akademiyası ilə birlikdə bir sıra elmi layihələr üzərində səmərəli işlər aparır. Səmərqənd Universitetinin müəllim heyəti sıralarında  Azərbaycandan olan alim və elmi işçilərin də çalışdıqlarını bildirən rektor U.Taşkenbayev Şeyxülislam cənablarına bu görüşün təşkili üçün ali tədris müəssisəsinin rəhbərliyi adından dərin minnətdarlığını bildirdi. Rektor qeyd etdi ki, belə görüşlər bizim aramızda mütəmadi olarsa, Azərbaycan-Özbəkistan əlaqələri daha möhkəm olacaq.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə cənabları öz çıxışında Səmərqəndin tarixən elm və mədəniyyət mərkəzi olmasını vurğuladı: “Şərqin böyük mütəfəkkirləri İmam Buxari və ustad şair Əlişir Nəvai burada yaşayıb yaratmışlar. Bu gün Səmərqənd özünün yeni inkişaf mərhələsini yaşayır. Bu, onun elmi nailiyyətləri, iqtisadi tərəqqisi ilə yanaşı mənəviyyat amilində də öz əksini tapır.
    Səmərqənd sovet dönəmində yeganə məkan idi ki, biz o zamankı təhsil illərimizdə buradakı insanlardan böyük mənəviyyat dərsi alırdıq. Bu gün bizim Səmərqəndə belə bir tərkibdə – elm adamları, millət vəkilləri, din xadimləri ilə birgə təşrif gətirməmiz əslində müstəqil Özbəkistanın yeni inkişafı ilə tanışlıq məqsədi daşıyır. Bu da səbəbsiz deyil. Hələ sovet dönəmində, SSRİ Ali Sovetinin deputatı olduğum dövrlərdə mən İslam Kərimov cənabları ilə tanış olmuşdum. Onun nə qədər müdrik, bacarıqlı, uzaqgörən bir dövlət rəhbəri olduğu, xalqı üçün fədakarcasına çalışdığı hamımıza yaxşı bəllidir. Biz ən yaralı problemimiz olan Qarabağ məsələsinə münasibətdə əsl kişilik və qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Zati-aliləri İslam Kərimov cənablarına minnətdarlıq bildiririk. Siz xoşbəxtsiniz ki, belə bir dövlət rəhbəriniz var. Bizi sevindirən odur ki, bugünkü müstəqil, azad ölkələrimizin başında sizin İslam Kərimov, bizim də İlham Əliyev kimi qeyrətli dövlət rəhbərləri durur. Bununla fəxr etməyə dəyər!”
    Səmərqənd Universitetinin müəllim və tələbə heyəti adından Şeyxülislam cənablarına və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirən rektor U. Taşkenbayev sonra qonaqları tədris müəssisəsi ilə yaxından tanış etdi, dərs otaqlarını, kitabxana və kompüter otaqlarını göstərdi. Səmərqənd şəhərinin tarixi memarlıq abidələri ilə yaxından tanışlıq iki gün ərzində başa çatdı. Azərbaycan nümayəndə heyəti məşhur Qur-Əmir mavzoleyi, Reqistan, İmam əl-Buxari, Şahi-Zində kompleksləri, Tille-Qari və Əmir-Teymurun birinci xanımı Bibixanım məscidlərinin təkrarsız gözəlliyinə, Yaxın Şərq üslubunun simvolik vəhdətinə heyran qaldıqlarını bildirdilər. Əmir Teymur zamanında buraya gətirilən şirvanlı, təbrizli, şirazlı ustaların dəst-xəttinin bu günədək qorunub saxlanılması həqiqətən böyük möcüzədir.
    İmam əl-Buxari adına Beynəlxalq Mərkəzdə keçirilən görüşlər də son dərəcə maraqlı keçdi. Görüşü giriş sözü ilə açan Mərkəzin direktoru professor Ubeydulla Uvatov 2010-cu ildən fəaliyyət göstərən bu müəssisənin Prezident İslam Kərimov cənablarının xüsusi sərəncamı silə yaradıldığını və özəl diqqətində olduğunu vurğuladı.
    Sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış etdi. Şeyxülislam belə görüşlərin əhəmiyyətindən danışdı: «Bu bizim son iki ildə ikinci görüşümüzdür. Bu görüşlərdən mən də bir çox şeylər öyrənirəm. Sovet dövründə İmam əl-Buxarinin məqbərəsinin son dərəcə pis vəziyyətdə olduğunu yaxşı xatırlayıram. Çox məmnunam ki, bütün bu yeniliklərin müəllifi mənim çox böyük hörmət bəslədiyim, sizin xalqınızın “yurtbaşı” adlandırdığı möhtərəm İslam Kərimov cənablarıdır. Bu gün siz – özbək xalqının qızıl fondu sıyılırsınız. Bu mərkəzdə İslamın həqiqi əsasları rəvac tapır və İmam əl-Buxarinin irsi araşdırılaraq xalqa çatdırılır. Belə bir gözəl məkanın və müstəsna şəraitin yaradılması İmamın ruhuna ən dəyərli hədiyyədir».
    Görüşdə çıxış edən akademik Vasim Məmmədəliyev, mərkəzin əməkdaşlarını orada iştirak edən ziyalıları heyrətə gətirdi. Akademik ərəb dilində fəsahət və bəlağətlə yadda qalan bir çıxışla hamını valeh etmişdi. Beynəlxalq Mərkəzin fəaliyyətini yüksək dəyərləndirən, qarşılıqlı elmi və təcrübi mübadilələrin vacibliyini vurğulayan Vasim müəllim öz çıxışı ilə onu dinləyənlərin yaddaşında dərin və tarixi bir iz buraxdı desəm yanılmaram.
    Növbəti görüşlər Buxara şəhərində keçirildi. Burada ilk iş – Şeyxülislam cənablarının müəllimi və özünə mənəvi ata saydığı İbrahim Qasiminin məzarını ziyarət etmək oldu. Mərhum Qasım babamın və orada uyuyanların ruhuna “Yasin” və dualar oxundu. Daha sonra «Buxara Palas» mehmanxanasının konfrans zalında Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrə və görkəmli şair-müəllim İbrahim Qasıminin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti Bahram Abduhalimov xalqlarımız və dövlətlərimiz arasındakı elmi, mədəni və ictimai əlaqələrin mahiyyətindən danışdı. Sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Pazazadə cənablarına verildi. Şeyxin çıxışı konfransın əsas süjet xətti oldu. Sonrakı natiqlər demək olar ki, Şeyxin çıxışının ətrafında hərəkət etdilər. (Həmin çıxış jurnalımızın bu sayında dərc olunur).
    Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Usmanxon Alimov, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Fəzail İbrahimli, professor Şahin Fərzəliyev, özbək xalq şairi Camal, Buxara Universitetinin professoru H. Turacov, professor Anar İsgəndərov və başqaları çıxış edərək özbək-azərbaycan münasibətləri barədə mülahizələrini söylədilər, İbrahim Qasıminin şəxsiyyəti və yaradıcılığı haqqında  hərtərəfli məlumat verdilər. Sonda İbrahim Qasıminin ailəsi adından oğlu Kazım Qasımov konfransın təşkilatçılarına və Azərbaycan nümayəndə heyətinə dərin minnətdarlığını bildirdi.  Azərbaycan nümayəndə heyəti adından çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli Özbəkistan Prezidenti İslam Kərimov cənablarına ünvanlanan müraciəti oxudu.
    Mir-Ərəb mədrəsəsi müəllimləri və tələbələri ilə görüşlərdə mərhum müəllim və müdavimlərin xatirəsi yad edildi, onların ruhuna dualar oxundu.
    Səmimi dostluq və qardaşlıq şəraitində keçən bu görüşlər Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin daima səmərəli və möhkəm olacağına dair ümumi rəy birliyini bir daha təsdiq etdi.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Pazazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-dən 23-ə qədər qardaş Özbəkistanda səfərdə oldu. Nümayəndə heyətinin tərkibində millət vəkilləri Hadı Rəcəbli, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fazil İbrahimli, QMİ sədrinin birinci müavini müfti Salman Musayev,sədrin müavini Qəmər xanım QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, professor Qulu Məhərrəmli, Şahin Fərzəliyev, Anar İsgəndərov, İsrafil İsrafilov, və digər görkəmli elm və ictimai xadimlər təmsil olunurdular.
    Qarşılıqlı elmi və dini əlaqələrin möhkəmlənməsinə xidmət edən bu görüşlərin önəmli səbəblərindən biri də ötən əsrin tanınmış özbək ziyalılarından sayılan, əslən azərbaycanlı olan şair və müəllim İbrahim Qasıminin anadan olmasının 100 illik yubileyi tədbirlərində iştirak etməyimiz oldu.


    Qazi Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 709
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30