Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nyu-Yorkda rəsmi qəbul
    Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.

    Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. Prezident İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak ediblər. Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb edib. Prezident İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb. Mərasimə dəvət olunan qonaqlar Azərbaycan Prezidenti ilə görüşərək ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıblar. Bu, bir daha ölkəmizin dünya birliyində tutduğu mövqeyin möhkəm təməllər üzərində qurulduğunu göstərib. Həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrilib.
     



    Azərbaycan siyasi sistemində böyük islahatlar həyata keçirib


    Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlətimizin başçısı dəvəti qəbul edib buraya gəldiklərinə görə bütün qonaqlara minnətdarlığını bildirib. Azərbaycanın öz tarixində iki əlamətdar hadisəni qeyd etdiyini deyən Prezident İlham Əliyev bu il ölkəmizin BMT-yə üzv qəbul olunmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bildirib ki, ötən il ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. Bir neçə gün bundan əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul etmişdir. Verdikləri dəstəyə görə hamıya minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə siyasi sistemində böyük islahatlar həyata keçirmişdir. Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır.


    Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artıb


    Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışan Prezident İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüş, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilir. Bunu beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir.


    Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır


    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Lakin təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur.
    “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır.


    Beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcəyik


    ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, ölkəmizin terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu dedi.
    Bir neçə ay bundan əvvəl beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimad göstərərək BMT-nin Təhlükəsizlik Şurasına üzv seçdiyini deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bu qurumun fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcəkdir.
    Sonra Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verildi.


    General Uilyam Freyzer ilə görüş


    ABŞ-a səfəri çərçivəsində Nyu-Yorkda Prezident İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olub. General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib.
    Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən Azərbaycan Prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.


    Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüş


    ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.
    Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.
    Argentinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 605
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30