Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əbu Əli İbn Sina
    Əbu Əli İbn Sina müsəlman dünyasının ən böyük təbabət alimi olmuşdur. O təkcə xəstəlik müalicəsi ilə məşğul olmamış, həm də xəstəliklərin ensiklopediyasını yazmışdır ki, bütün Asiya və Avropa alimləri əsrlər boyu onun adının qarşısında baş əymişlər. Böyük Mikelancelo yazmışdır: Qalen və Avitsennanı (Əbu Əli İbn Sina) dəstəkləməklə səhv olmuş olsa idi belə başqalarını haqlı dəstəkləməkdən yaxşıdır.
    Əbu Əli İbn Sinanın Avropada səhvən əvvəlcə “Avensina”, sonra isə “Avitsenna”kimi yazılmışdır.Bu dahi şəxsin tam adı Əbu Əli əl-Hüseyn İbn Abdallah ibn əl-Həsən ibn Əli ibn Sina olmuşdur.

    Tibbin ilk tam ensiklapediyasının müəllifi 980-ci ildə Buxara şəhərinin yaxınlığında Əfşan kəndində doğulmuşdur. Onun atası Abdallah ibn Həsən savadlı və varlı adam olmuşdur. Balaca Hüseynin beş yaşı olanda ibn Həsən oğlunu məktəbə qoymaq üçün ailəsi ilə Buxara şəhərinə köçmüşdür. Ibn Sina özü yazmışdı: mən beş il müsəlman məktəbində “Quran”i tam öyrəndim.
    Oğlunun savadını daha da dərinləşdirmək məqsədilə ibn Abdallah Buxaranın ən yaxşı alimlərini evinə dəvət etmiş və onlar evdə Hüseyn ilə məşğul olmuşlar.
    Həmin dövürdə Buxarada ismailiyə təriqəti inkişaf edirdi (Həmin təriqətin adı İmam Cəfəri Sadiqin (ə) böyük oğlu İsmailin adını daşıyırdı). Bu təriqətin nümayəndələri ortodoksal (əsl islamı) qəbul etmirdilər. İbn Sinanın atası o cəryanın rəhbərləri ilə dostluq edirdi, hərdən onları öz evinə dəvət edirmiş. Bir dəfə Hüseyn onların məclisində iştirak etmiş, uzun mübahisələrdən sonra demişdir: Sizin təriqətiniz əsil islamdan çox uzaqdır. Sonralar ibn Sina özü həmin dövr haqqında yazmışdır: “Mənim o təriqətin üzvlərindən qazandığım o oldu ki, mən mübahisə etməyi öyrəndim və onları qəbul etmədim. Əvəzində mən fiqhi-dini qaydaları öyrənməyə başladım”.
    Buxarada o dövürdə əlyazmalar satılan bazar var imiş. Əksər şairlər, filosoflar, alimlər orda görüşür, və elmi mübahisələr edirmişlər. Bir gün ibn Sina həmin bazarda Əbu Nəsr Muhəmməd Fərabinin “İnsan bədəninin orqanları” əlyazmasını almışdır. (Fərabinin  bu əsəri təkcə anatomiyanı yox, həm də təbabətin bir çox sahələrini işıqlandırır) Həmin traktat əvvəllər də təbabətlə maraqlanan Hüseyni tamamilə təbabətə bağlamışdır. Beləliklə, ibn Sina özünün əsl yolunu müəyyənləşdirmişdir.
    O həmin dövürdə məşhur olan alimlərin əlyazmalarını oxuyur, xəstələri qəbul edərək təcrübə qazanırmış. Ibn Sina həmin dövür haqqında yazmışdır: Tibb elimi ilə məşğul olmaq mənə ləzzət edirdi. Iş o yerə çatmışdı ki, şəhərin məşhur həkimləri mənim yanıma məsləhətə gəlirdilər
     “Quranı mükəmməl bilməyim, oxuduğum əlyazmalar tibbin qapılarını üzümə açırdı. Mən həm dini qayda qanunlarını (Fiqhi) öyrənməkdə davam edirdim. Mənim cəmi on altı yaşım var idi”.
    İbn Sinanın atası çoxlu əsərlərin müəllifi məşhur həkim Əbu-I-Mansur Kamarini oğlunun tibb üzrə elmi rəhbəri kimi dəvət etmişdi.
    Həmin dövürdə İbn Sina xəstələri pulsuz qəbul edirmiş. Müalicə zamanı İbn Sina xəstələrə müxtəlif metodikaları tətbiq edir, həmin xəstəliklərin yaranması gedişi, müxtəlif dərmanların tədbiqi vaxtı əmələ gəlmiş dəyişiklikləri özü üçün qeyd edirmiş.
    Bir gün Buxara hakimi Nuh İİ ibn Maksur (976-997) xəstələnmişdi. Saray həkimləri diaqnozu təyin edə bilməmişlər. Onlar hakimdən xahiş etmişdilər ki, Əbu Əli ibn Sinanı dəvət etsin. On altı yaşında olan ibn Sina ilk dəfə saraya dəvət olunmuşdur. Xəstənin diaqnozunu müəyənləşdirən və müalicə təyin edən İbn Sina ən böyük mükafata layiq olmuşdu. Ona saray kitabxanasında işləməyə icazə verilmişdi. İbn Sina özü bu barədə yazməşdı: “Mən kitabxanaya girdim, orda minlərlə kitab var idi. Bir-birinin dalınca kitabları həvəslə oxuyurdum. On səkkiz yaşına qədər mən həmin kitabxanadan istifadə etdim. On səkkiz yaşında mən başa düşdüm ki, daha öyrənə biləcəyim bir şey qalmadı.
    Beləliklə gənc alim bildiklərini yazmağa başladı.
    999-cu ildə İbn Sinanın atası Abdallah  İbn Həsən vəfat etdi. Həmin dövürdə Mahmud Qəznəvi hakimiyyətə gəlmiş. Ağıllı adamları xoşlamayan Mahmud Qəznəvi Əbu Əli İbn Sinanı Buxaranı tərk etməyə məcbur etmişdi. Əbu Əli ibn Sina bir daha Buxaraya qayıda bilməmişdi. O şəhərdən-şəhərə, dövlətdən-dövlətə keçmiş bir yerdə vəzir olub, birində nökər, birində həbsdə olub, amma yaradıcılıqdan əl çəkməmişdir. Nəticədə o bizim üçün iki nəhəng traktat saxlayıb: “Əl-kanun fit-t-tibb” (“Həkimlik eliminin qanunları”) və “Kitab-əş-şifa” (“şəfa kitabı”).
    Əbu Əli ibn Sina öz Tərcümeyi halında “Həkimlik elminin Qanunları Haqqında” əsərinin yazılması barədə aşağıdakıları qeyd edir: “ Mənim ən yaxşı dostlarımdan  biri xahiş etdi ki, onun üçün təbabət haqqında elə bir kitab yazım ki, həmin kitabda ümumi və xüsusi təbabət, tibbi  terminlərin izahatı qısa və   yazılmış olsun. Mən qərara gəldim ki, kitabda əvvəlcə nəzəriyyəni, sonra isə praktik təbabət məsələlərinin açılışını , dərmanların ümumi  və ayrı-ayrı orqanlara təsiri ,xəstəliklər , onların yaranması və inkişafı barədə  yazım.  “Tibb elminin qanunları” əsəri beş kitabdan ibarətdir:

    1. Həkimlik elminin ümumi sualları

    2. Sadə dərmanlar haqqında

    3. Daxili və xarici orqanların xüsusi xəstəlikləri haqqında

    4. Xüsusi xəstəliklər, hansı ki, onların yaranması zamanı bədənin  bir neçə üzvünə  təsir göstərir

    5. Dərmanların tərtibatı – Farmakopeya”
    Xəstəliyin  əlamətlərinin və son dərəcə dəqiq  diaqnozun qoyulması, İbn Sinanın yüksək müşahidə qabiliyyətinə,  diaqnost talantına malik olduğunu göstərir. Nəzərə alsaq ki, həmin dövrdə elmin inkişafı çox aşağı səviyyədə idi İbn Sinanın bu sahədə əməyinin böyük dəyəri vardı.    Ibn Sinanın dahiliyi onda idi ki, o həm cəhilliyə, həm də yalançı alimlərə qarşı mübarizə aparırdı. Həmin dövrdə xəstənin yanına həkimdən başqa münəccimləri, falçıları  da dəvət edirdilər.
    İbn Sina  əsrlərlə mövcud olan falçılara , münəccimlərə qarşı mübarizə aparmış, digər tərəfdən özünün haqlı olduğunu sübut edirdi. Məşhur həkimlər Hippokrat və Qalinin də səhv fikirlərini düzəltmək lazım idi. Məsələn Hippokrat hesab edirdi ki, sağlamlığa ən çox təsir edən ulduzların düzülüşü və bürclərdir. Qalin təsdiq edirdi ki, sağlamlığa təsir edən ulduzlar və  bürclər deyil, aydır. Belə bir dövrdə İbn Sina Astrologiyanı sağlamlığa təsir edə bilən amil kimi  təkzib etdi. O yazırdı: “İnsanın Sağlamlığı aydan , ulduzlardan və bürclərdən asılı deyil. “
     Xəstəliklər zamanı orqanizmdə baş verən dəyişikliklər, xəstəliklərin simptomları “Mizac”dan asılıdır. “Mizac” sözü təbabətə İbn Sina tərəfindən gətirilb və tibb elminin qanunları əsərinin üçüncü kitabında onun haqqında geniş yazmışdır. “Mizac”  müasir dövrdə işlətdiyimiz fiziologiya sözünü ifadə edir.
     İbn Sina yazırdı ki, tam, normal  fizioloji vəziyyətdə xəstəlik baş verə bilməz. Əvvəlcə xəstəliyin önündə gedən vəziyyət baş verir. Yəni orqanizm   artıq xəstələnib, amma xəstəliyin əlamətləri hələ yoxdur. Bundan sonra ikinci mərhələ bşlanır. Simptomlar əmələ gəlir.  Snrakı mərhələ  ya xəstəliyin xroniki vəziyyətə keçməsi ilə , ya xəstənin sağalması ilə , ya da xəstənin ölümü ilə nəticələnir.
     Əbu Əli İbn Sinanın bu yazdıqları ancaq iyirminci əsrdə dünya alimləri tərəfindən qəbul edildi.
     Xəstəliyin gedişinin 4 mərhələdən ibarət olduğunu ilk dəfə İbn Sina elmə gətirib. Həmin mərhələlər aşağıdakılardır:

    1. Xəstəliyin başlanması;

    2. Xəstəliyin güclənməsi;

    3. Xəstəliyin kəskinləşməsi;

    4. Xəstəliyin əlamətlərinin yox olması.

    Dünyada Lk dəfə olraqƏbu Əli İbn Sina Xəstəliyin Əmələ gəlməsinin əsasında həyat tərzini , klimatı, qidanı, suyu əsas amillər kimi göstərmişdir.
     Məhz Əbu Əli İbn Sinanın zəhməti nəticəsində tibb elmi çox böyük addımlarla irəli getmişdir.
     Təbabət sahəsində inqilabi kəşflərinə görə Əbu Əli İbn Sinadan  sonrakı alimlər onu “Şeyx Ər- Rəis” adlandırmışlar. Əbu Əli İbn Sinadan sonra heç bir alim bu ada layiq görülməyib. 


    Həkim Tofiq

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 826
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30