Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bütün Qafqazın Şeyxi Serbiyada
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiya dövlətinə səfərə yola düşüb. Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də olub. 
    QMİ sədri A.Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidi və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edib. Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Belqrada səfəri çərçivəsində mayın 4-də Serbiyanın Din və diaspora nazirinin I müavini Draqan Çuroviç və nazirliyin müşaviri professor Şiyakoviç ilə görüşüb. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə Serbiya dövlətinin rəsmisi QMİ sədrinə ölkəsində mövcud dini durum barədə məlumat verib. Nazir müavini Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraklı came” məscidi və “Müqəddəs Petka” kilsəsinin açılışlarının Azərbaycan və Serbiya arasında dini-mənəvi əlaqələrin daha da dərinləşməsinə vəsilə olacağından söhbət açıb.
    Şeyxülislam A.Paşazadə, öz növbəsində, Azərbaycanda dövlətin dinə, dini dəyərlərə və dini icmalara ehtiram və qayğısı barədə məlumat verib, serbiyalı nazirə ölkəmizdə hökm sürən, tarixən formalaşmış və dövlət tərəfindən dəstəklənən tolerantlıq münasibətlərindən bəhs edib. O, xüsusi vurğulayıb ki, tolerantlığın dövlət siyasəti olaraq təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik dövlətçilik ənənəsi ilə qoyulmuşdur. Hazırda dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycan nümunəvi multikulturalizm məkanı kimi bütün dünyada tanınır. Azərbaycanda mövcud dini icmalar arasında dostluq və qardaşlıq münasibətlərinin ümumən Azərbaycan cəmiyyətinin inkişafına təkan verdiyini, dövlətimizin tərəqqisində mühüm rol oynadığını bildirən Şeyxülislam A.Paşazadə Bakıda keçirilən Din xadimlərinin Ümumdünya sammiti, habelə Mədəniyyətlərarası dialoqa dair Bakı forumu barədə serbiyalı nazir müavininə məlumat verib, bütün bunların Azərbaycan təcrübəsinin beynəlxalq müstəvidə təqdirinə dəlalət etdiyini bildirib.
    Serbiyanın Din və diaspora nazirinin I müavini Draqan Çuroviç Azərbaycanın tolerantlıq modelinin həqiqətən fəxr ediləsi bir nümunə olduğunu vurğulayaraq, Serbiyada da müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında xoş münasibətlərin mövcud olduğu barədə qonağa məlumat verib. Cənab Çuroviç Serbiya və Azərbaycan dindarları arasında mənəvi əlaqələrin inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklərini Şeyxülislam A.Paşazadənin diqqətinə çatdırıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 507
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30