Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mən ədəbiyyati hər yerdə görürəm...
    Dosye: Hüseynov İsrafil Təhməz oğlu 24 dekabr 1950-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub.
    1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olub (Azərbaycan İnşaat Mühəndisləri İnstitutu), 1973-cü ildə həmin institutun İnşaat fakültəsini bitirərək inşaat mühəndisi ixtisasına yiyələnib.


    1970-ci ildən istehsalatda fəhlə, mühəndis, baş mühəndis, daha sonralar isə 15 il ayrı-ayrı tikinti müəssisələrinə rəhbərlik edib.
    1998-ci ildən 2001-ci ilədək Dövlət Əmlak Komitəsində baş mütəxəssis, 2001-ci ildən 2003-cü ilədək Respublika Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək müfəttişliyində baş müfəttiş vəzifəsində çalışıb.
    Hazırda “Viləşçay-İnşaat” tikinti kompaniyasının prezidenti vəzifəsində çalışır. Eyni zamanda  ictimai əsaslarla (2004-cü ildən) WKC növləri üzrə Respublika Karate-do Federasiyasının Fəxri Prezidenti vəzifəsini daşıyır.
    Beş övladı və 11 nəvəsi hazırda onunla yanaşı yaşayırlar. Övladları ali təhsillidir və müxtəlif sahələrin mütəxəssisləridir.


    Bu sektor məsuliyyət tələb edir


    - “Viləşçay-İnşaat” tikinti kompaniyası konkret olaraq hazırda nə işlə məşğuldur?

    Rəhbərlik etdiyim kompaniya əvvəllər Bakı şəhərində, hazırda isə Xırdalan şəhərində hündür mərtəbəli yaşayış evlərinin tikintisi ilə məşğul olur, eyni zamanda bir sıra sosial obyektlərin tikintisində iştirak edir.

    - Son vaxtlar hündür mərtəbəli binaların keyfiyyət məsələsi ictimaiyyətin diqqətini daha
     çox məşğul etməyə başlayıb. Sizcə bu gün hündür mərtəbəli binalarda keyfiyyətə inam nə
     dərəcədədir?


    Bəzən tikinti sektorunu gözdən salan insanlarla qarşılaşırıq. Amma bu bütün sahəni əhatə etmir. Tikintidə istər sahibkar, istərsə də texniki personal professional olmalıdır. Əks təqdirdə uğura imza atmaq imkansızdır. Təəssüf ki, bir çox hallarda belə olmur. Nəticədə isə bəzi binaların dayanıqlığının itirdiyinin şahidi oluruq. Bir il bundan əvvəl Bakı şəhərində belə bir ağır təcrübə ilə qarşılaşmalı olduq.  Belə bir təcrübə yaxşı işləyənlərin fəaliyyətinə də mənfi təsir göstərir, etibarlılıq azalır.
    Bilirsiniz,  bu sektor məsuliyyət tələb edir. Çünki tikdiyin binalarda insanlar yaşayır. Vaxtı-vaxtında tikintiyə və inşaat materiallarına ekspertiza keçirməyə və müvafiq təşkilatlardan rəylər almağa çalışırıq ki, bu da bizim məsuliyyətimizi artırır. Bir sözlə tikinti normalarını qəti şəkildə qorumağa səy göstərir, qanunları bildiyimiz üçün onlara əməl etməyə çalışırıq. 

    - İsrafil müəllim, ölkədə sahibkarlar üçün yaradılan şəraiti necə qiymətləndirərdiniz? 


    Əlbəttə, ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə inkişaf müşahidə olunmağa başladı. Bir sıra qanunvericilik aktları yeniləndi. Lakin bəzi sahələrdə, xüsusən də bank sektoru ilə bağlı qanunlarda boşluqlar var. Əlbəttə ki, zaman-zaman bunların da aradan qaldırılacağına inanırıq. Amma bu gün bank sektorunda mövcud olan bəzi problemlər sahibkarlığın inkişafını ləngidir. İqtisadiyyatın canlanmasının qarşısını aılr. İnsanların banklara inamlarının gücləndirilməsi üçün mühüm addımlar atılmalıdır. Banklar insanların etibarını qazanmalı, faiz dərəcələri aşağı salınmalıdır.
    Amma ümumi götürdükdə dövlət sahibkarlığın inkişafına mühüm töhfələr verir.


    İstehsalatdan ədəbiyyata...


    - Bildiyimizə görə Siz həm də ədəbiyyatla maraqlanır, daha doğrusu şer, hekayə  yazırsınız. Ədəbiyyatla bağlı düşüncələrinizi bilmək maraqlı olardı?

    Biznes fəaliyyətimdən başqa eyni zamanda uzun müddətdir bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq keçirtdiyim hissləri, duyğularımı özüm üçün qələmə alıram (şer, qəzəl, publisistika və. s.). Mən hesab edirəm ki, ədəbiyyat bütün elmlərin bəzəyidir. Mən ədəbiyyatı hər yerdə görürəm. Təbii ki, ucuz və bayağı poeziya ilə ədəbi mühitə daxil olmaq ən azı klassiklərimizə, gözəl söz sərraflarımıza, yazar ustadlarımıza qarşı hörmətsizlikdir. Mənim düşüncəmə görə hər yazılan şeri ictimai müzakirəyə çıxarmaq düzgün deyil. İctimai müzakirəyə, oxucu auditoriyasına elə şerlər çıxmalıdır ki, onlar düşündürücü olsun. Bilirsiniz, ədəbiyyata verilən ən böyük dəyər insanın qoyub getdiyi sözdür.  Hər cür maddi imkandan daha üstünü sözdür. Çünki söz qalır, yaşayır, nəsldən-nəslə ötürülür. Şairin varlığı onun dəyərli sözüdür.

    - Daha çox hansı məqamlarda yazırsınız: düşdüyünüz mühit, yoxsa yaşadığınız hansısa an sizi yazmağa həvəsləndirir?


    Deyərdim ki, hər iki məqam yazmağıma stimul verir. Məsələn, Qarabağ  hadisələri  zamanı  vətənpərvərlik ruhunda bir çox şerlər yazdım. “Qisas”, “Girovlar” və digər bu kimi şerlərimi xüsusi qeyd edə bilərəm. O dövrü, onun iztirablarını, millətimizdə, insanlarımızda qoyduğu dərin yaraları ədəbi dillə xarakterizə etməyə çalışmışam. Təbiət, gözəlliyi vəsf etməyi xoşlayıram. Buna nə dərəcədə nail olmuram, artıq ona oxucular qiymət verə bilər. 

    - Poeziyanın daha çox hansı janrına müraciət edirsiniz?


    Daha çox qəzəl yazıram. Bunun üçün də əlbəttə ki, əruzu bilmək, klassikləri mütaliə etmək  vacibdir. Mənim mütaliəm  cavan vaxtlarımda çox  güclü olub. İndi də mütaliəyə daha çox vaxt ayırmağı xoşlayıram. Yeni çıxan nəşrlərlə maraqlanıram. Ətrafımda ədəbi mühitlə daha çox əlaqəsi olan insanlar var. Şerlərimi onlarla müzakirə etməyi xoşlayıram.

          - Şerlərinizin bu günədək kitab şəklində çıxmasına tərəddüdünüzün səbəbi nə olub: ədəbi
           mühitdəki bolluq sizi bu işdən çəkindirib, yoxsa başqa səbəbi var?


    Mən ədəbiyyata cavan vaxtlarımdan müraciət etmişəm. Son vaxtlara qədər yazdığım şerləri üzə çıxarmamışdım.  Hesab edirdim ki, bu şerləri üzə çıxarmağa dəyməz. Amma yazırdım, ən azı öz ətrafım, övladlarımın nə vaxtsa oxuyacağını düşünür və bir növ “sandıq ədəbiyyatı” yaradırdım. Amma bəzi dostlarım, xüsusən də tanınmış ziyalılarımız, filoloqlarımız həmin şerlərə baxıb müsbət rəy verdikdən sonra çap etdirmək qərarına gəldim. Məni daha çox onlar həvəsləndirdilər. Beləliklə şerləri toplamağa başladım. Onların bəziləri əlyazma idi. Artıq çapa vermişik, yəqin ki, yaxın günlərdə işıq üzü görəcək.

    - Gənclik illərində daha çox yazmağa meylli olmusunuz, yoxsa sonrakı illərdə...


    Əlbəttə, şeri gənclik illərindən yazmağa başlamışam. Amma bu proses axıcı olmayıb. Yəni ara-sıra təbi gələndə yazmışam. Lakin 1988-ci ildən 2000-ci ilə qədər olan dövrü ədəbi taleyimdə daha məhsuldar hesab etmək olar. 


    Ədəbiyyatdan idmana...


    - İsrafil müəllim, Siz həm də idman sahəsində bir sıra uğurlara imza atmısınız. Bu barədə nə deyə bilərsiniz?

    2004-cü ildən başlayaraq WKC növləri üzrə Azərbaycan Karate-do Federasiyasının Fəxri Prezidentiyəm.  1996-cı ildə yaradılan bu Federasiya bir çox uğurlara imza atıb. Biz çalışırıq ki, idmanın bu növü üzrə Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandıraq. Azərbaycanın bütün bölgələrində klublarımız var. İdmançılarımız ölkədə və dünyanın müxtəlif yerlərində keçirilən beynəlxalq  yarışlarda iştirak edir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  yarışlar  təşkil etmişik. Və bu ənənə gələcəkdə də davam edəcək.

    - Fəxri Prezident kimi idmançılarımızın sosial qayğılarının həllinə nə kimi yardımlar göstərirsiniz? 


    İdmançılarımızın beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında komandaya rəhbərlik edərək dəfələrlə ayrı-ayrı ölkələrdə uğurlu döyüşlərin iştirakçısı olmuşam. İşlədiyim müddət ərzində hər il  Braziliya, İspaniya, Odessa, Çexiya, Yaponiya və s. ölkələrdə komanda olaraq birinci yeri tutaraq respublikamızın bayrağını yüksəklərə qaldırmağa nail olmuşuq. Bu ənənə hər il davam edərək ölkəyə qızıl medalla qayıdan idmançılarımız tikinti kompaniyamız tərəfindən mükafatlandırılır, onların mənzil şəraitinin yaxşılaşdırılmasında lazımi köməklik göstərilir. Əlbəttə, idmançılarımızın qayğıları bizim diqqətimizin əhatəsindədir. Onların güzəştli şərtlərlə mənzillə təmin olunmalarına çalışır, digər sosial problemlərinin həllinə səy göstərir, beynəlxalq yarışlarda iştiraklarını həm Gənclər və İdman Nazirliyi, həm də tərəfimizdən təmin edirik.  İdmançılarımız da bizim və dövlətin zəhmətini hədər vermir, çox uğurlu nəticələr göstərirlər. Təkcə ötən il Azərbaycana 106 metal gətirdik ki, onun da 48-si qızıl olub.  Təsəvvür  edin ki, Azərbaycan bayrağı 48 dəfə birinci dalğalanıb. Ona görə də son zamanlar bizi beynəlxalq yarışlara tez-tez dəvət edirlər. Biz də çalışırıq ki, onların daha vaciblərində iştirak edək. Bu həm də ölkədə Cənab Prezident başda olmaqla dövlətin idmana olan münasibətinin göstəricisidir. 

    - İsrafil müəllim, Siz kənddə anadan olmusunuz.  Bu gün kəndlərimizin sosial-iqtisadi vəziyyəti, yol infrastrukturu, məktəbləri və digər məişət obyektləri heç də ürəkaçan vəziyyətdə deyil. Bu kimi işlərdə dövlətə dəstək vermək üçün nə kimi işlər görürsünüz?


    Kompaniyamız bütün bunlarla yanaşı rayonlarda ayrı-ayrı imkansız ailələrə xeyriyyəçilik yardımları, şəhidlərimizin xatirəsinə abidənin inşası və digər maddi və mənəvi himayədarlıq fəaliyyəti göstərməkdədir. Bəli, kənddə anadan olan bir insan kimi imkan daxilində ən azı böyüyüb başa çatdığım Masallı rayonunun Qızılavar kəndində bir sıra işlər görməyə çalışıram. Bura ilk növbədə kənddə yerləşən və 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində həlak olanların xatirəsinə və Qarabağ müharibəsi şəhidlərinə ucaldılan abidənin yenidən qurulması, yolların asfaltlaşdırılması, işıqlanma, məktəb, məscid, qəbiristanlıqlarda bir sıra işlər görməyə çalışmışam. Bundan başqa, bayramlarda imkansız insanlara pul və ya digər şəkildə yardımlar göstərirəm. İmkanım daxilində insanlara kömək əlimi bundan sonra da uzatmağa davam edəcəyəm.
    Bu işi həm də yaşadığım Abşeron rayonunda da həyata keçirirəm. Yaşadığım Xırdalan şəhərində məktəb və uşaq bağçalarının təmiri və digər işlərində lazımi köməklik göstərərək eyni zamanda 3 imkansız ailələrə vaxtaşırı maddi köməklik göstərməkdə davam edirəm.


    Elvin XƏZƏR

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 831
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30