Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
    (əvvəli ötən nömrəmizdə)

    X

    Dünyada yayılan bütün dinlərdə müxtəlif cərəyanlar, məzhəblər və təriqətlər mövcuddur. Dinlərin belə kiçik qruplara bölünməsi, nəinki dinlər arasında, hətta hər bir dinin öz içində insanlar qarşı-qarşıya qoyulur. Həqiqi dini cərəyan və məzhəblər Hemferlərin, Rixterlərin deyil, mötəbər din alimlərinin düşüncələri əsasında formalaşıb. 

    Təbii ki, Azərbaycan da bu ideoloji atəşin kandarında deyildi. Dinlər daxilində yaradılan müxtəlif qruplardan missionerlərin öz çirkin məqsədləri üçün istifadə etdikləri də danılmaz faktdır. Bu qüvvələr din daxilində yaranan istənilən məzhəb və cərəyana inanan insanlar arasına intellektlə yüklənmiş, məqsədi cərəyanı radikallaşdırmaq olan təxribatçılar yerləşdirir. Onlar həmin cərəyan və ya məzhəbi qəbul edənləri, özünü onun davamçısı sayanları inandırırlar ki, ən doğrusunu edirlər. Beləliklə, qeyri-dinlər bir yana, hətta din daxilində ciddi qarşıdurmalar yaranır. Bu məqsədlə yaradılan "cərəyan"lar isə qeyri-ənənəvi missioner qrupları adlandırılır. Belə missioner fəaliyyəti ötən əsrin 90-cı illərindən sonra vəhabilərin timsalında Azərbaycanda da mövcud olmağa başladı.
    Etiraf edək ki, Azərbaycanda sağlam başlar bütün qeyri-ənənəvi dinlərə və missionerlərə bu və ya digər mənada öz etirazını bildirir. Azərbaycanda qeyri-ənənəvi dinlər, xüsusilə missionerlik fəaliyyətini həzm edə bilmir. Cəmiyyətdə çoxluq bura istər ifrat radikal vəhabizm, istər digər xristian missionerliyi,  istərsə də nurçuluq olsun, bunun fərqi yoxdur. İstənilən qeyri-ənənəvi və eyni zamanda radikal missionerlik xarakteri daşıyan dini cərəyanların əleyhinədir. 
    Azərbaycanın dünyəvi, hüquqi, dinin dövlətdən ayrı bir ölkə olduğunu nəzərə alsaq hakimiyyət də radikal dini ab-havanın eleyhinədir. Hakimiyyətin bu siyasəti əslində normal qarşılanmalıdır.
    Azərbaycan əhalisinin yüzdə doxsan doqquz faizi islam dininə mənsubdur. Hakimiyyət İslamın elm, müasirlik humanizm dini olduğunu nəzərə alaraq vətəndaşlarının onun əsl mahiyyətinə yiyələnməsinin tərəfdarıdır. Elə məhz bu nökteyi-nəzərdən dövlət heç bir radikal dini cərəyanın fəaliyyətinə və inkişafına imkan vermir və buna qarşı haqlı mübarizə aparır.
    Əslində cəmiyyət, xüsusən də inkişaf etməkdə olan vətəndaş cəmiyyəti də dövlətin bu siyasətinə dəstək olmalı, ekstremistlərin, terrorçu qrupların fiziki və mənəvi təcavüz planlarının qarşısını almalıdırlar. 
    Fəaliyyəti qanunla qadağan olunmuş dini cərəyanların Azərbaycanda mövcudluğu sirr deyil. Belə cərəyanlar gizli formada toplantılar keçirməklə öz təriqətlərini yaymaqla məşğuldurlar. Digər tərəfdən, bəzi sektalar hətta siyasi dairələrə, dövlət qurumlarına da nüfuz etməkdə davam edirlər. 
    Bu qorxulu tendensiya elə bir həddə çatmışdır ki, hələ bir neçə il əvvəl milli təhlükəsizlik naziri Eldar Mahmudov MTN kursantları qarşısında çıxışı zamanı demişdir: "Biz radikal dini cərəyanların sıralarımıza nüfuz etməsinin qarşısını almalıyıq". 

    XI

    Vəhhabilik (ərəbcə الوهابية‎‎)  İslam dinində XVIII əsrdə formalaşmış dini-siyasi cərəyandır. Əsası İslam alimi, İslam metafizikasının və dində yeniliklərin əleyhdarı olan İbn Teymiyyənin (1263-1328) davamçısı Məhəmməd ibn Əbdül Vəhab ət-Təmimi (1703-1792) tərəfindən qoyulub. Vəhhabi termininin geniş yayılmasına baxmayaraq bu cərəyanın tərəfdarları özlərini "sələfi" (ərəb. سلف — əcdad, sələf) adlandırırlar.
    Məhəmməd ibn Əbdül Vəhhab hesab edirdi ki, əsl İslama yalnız Məhəmməd Peyğəmbərin (s) davamçılarının ilk üç nəsli (Əl-sələf əs-Saleh) tərəfindən riayət olunub. O, dindəki yeniliklərin əleyhinə çıxaraq onları küfr hesab edirdi. 1932-ci ildə Əbdül Vəhabın ideyalarının davamçısı sayılan Səud sülaləsi hakimiyyətə gələrək müstəqil Səudiyyə Ərəbistanı dövlətini yaratdı və bu dini-siyasi cərəyanı dövlət siyasətinə çevirdi.
    Əbdül Vəhabın tərəfdarları bir sıra dövlətlərə, o cümlədən Osmanlı sultanı III Səlimə (1761-1808) yazılı dəvətlər göndərmişlər. 15 il ərzində Nəcd və Yəmən vəhhabiliyi qəbul etdi. 1766-cı ildə Məhəmməd ibn Səud vəfat etdikdən sonra yerinə oğlu Əbdül Əziz keçdi. O, qılınc gücünə vəhhabi təlimini yaymaq işini davam etdirdi. 1733-cü ildə vəhhabilər Məkkə xalqını dəvət etmək və oranın alimləri ilə mübahisə etmək üçün 30 nəfərdən ibarət alim heyətini Məkkəyə göndərdilər. Vəhhabi alimlər bu mübahisədə öz görüşlərini müdafiə etməkdə aciz qaldılar və Məkkə qazisi onların küfrünə hökm verdi.
    Vəhhabilər yalnız özlərini əsil müsəlman və xalis tövhid əhli bilir, digər müsəlmanları isə müşrik hesab edirlər. Onlar İbn Əbdül-Vəhhabın inanclarını qəbul etməyənləri “hərbi kafir” (müsəlmanlarla döyüş halında olan kafirlər) adlandırır və belə insanların heç bir şәkildә toxunulmazlıq hüququna malik olmadığını bildirirlər. Bu şәxslәrin malını, canını vә namusunu özlәri üçün halal sayırlar. Onlar belə düşünürlər ki, təkcə “La ilahə illallah və Mәhəmmədən Rəsulullah” (Allahdan başqa Allah yoxdur və Mәhəmməd Onun Rəsuludur) cümləsini dilə gətirərək şəhadət vermək kifayət deyil; әsl müsəlman bundan əlavə, Peyğəmbərin məscidinə təbərrük etmək, Allahın elçisini ziyarət etmək, ondan şəfaət diləmək və bu kimi işlərdən özünü təmizləməlidir. Onların şirki cahiliyyət dövrünün şirkindən daha qorxulu nəzərə çarpır.
    Mәhəmməd ibn Əbdül-Vəhhab “Kəşfuş-Şubəhat” adlı əsərində təqribən 24 dəfə “şirk” və “müşriklər” sözünü öz inancını qəbul etmәyənlər haqqında təkrarlayıb. Həmçinin “kafirlər”, “bütpərəstlər”, “mürtədlər”, “müşriklər”, “tövhid düşmənləri”, “Allah və İslam carçılarının düşmənləri” kimi ifadələri təqribən iyirmi dəfə işlədib.
    Bu məzhəbin nümayəndələri öz təlimlərini inkişaf etdirmək və fikirlərini xalqa təlqin etmək istiqamətində müxtəlif metodlardan istifadə edirlər. Onlardan bəzilərini nəzərdən keçirək:
    Vəhhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Vəhhabilərin, müxalifləri ilə mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə, vəhhabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çatsın deyə, pulsuz paylanması kimi işlərdə müttəfiqliyi müddəamızı inkaredilməz edir. Məsələn, Peyğəmbərin (s) “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır” məzmunlu buyurduğu hədisi İbn Əsir “Cameul-usul” kitabında, Süyuti “Tarixul-xüləfa”da və İbn Həcər “Әs-səvaiqul-mühriqə” əsərində Səhihi-Tirmizidən nəql edirlərsə də, hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət görünmür.
    Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini ixtisar etmәk vəhhabilərin digər bir təbliğ metodlarından hesab olunur. Onlar kitabları, oxucu daha çox faydalansın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çap edәrәk yayırlar. Onlar reallıqları beləcə dəyişdirərək hədis, təfsir və tarixin danılmaz həqiqətləri kimi xalqa təlqin edirlər.
    Tarixi kitablarda xəlifələr – Müaviyə, Yəzid və bəzi səhabələr barəsində söylənilmiş mənfi xüsusiyyətlər və tənələr ixtisara salınır, həmçinin Әhli-beytin (ə) fəzilətləri kitabın müxtəlif yerlərindən asanlıqla götürülür, halbuki, xəlifələr və bəzi səhabələrə dair qondarılmış saxta hədislərə toxunulmur.
    Vəhhabilərin təbliğ üsullarından biri də Həcc mövsümündən lazımınca bəhrələnməkdir. Bildiyiniz kimi, hər il Həcc mövsümü zamanı dünyanın hәr tərəfindən yüzminlərlə hacı bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz fikirlərinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sanırlar. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qeyri-әrәb hacılar arasında müxtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini batil göstәrmәyә xidmət edir.
    Elə bu günlərdə (09.04.2012) Almaniya hökuməti küçədə və məktəblərin qarşısında pulsuz “Quran” paylanılmasının qarşısını almaq üçün hərəkətə keçib. Sələfilərin kampaniyası Alman siyasətçilər və rəsmilərin də narazılığına səbəb olub. Baş nazir Angela Merkelin Xristian Demokrat Birlik Partiyasından deputat olan Günter Krings ölkə mətbuatına verdiyi açıqlamalarda bu barədə danışıb. O, “hər evə 1 “Quran” kitabı” kampaniyasının qadağan olunmasının vacibliyindən danışıb. “Qurani Kərim”ə qarşı olmadıqlarını bildirən Krings, radikal islamçı sələfilərin bu kampaniyasının din azadlığına zidd olduğunu iddia edib.
    “Quran”ın Almaniyanın 35 şəhərində paylanılmasını təşkil edən Fələstin əsilli biznesmen İbrahim Əbu Nağı isə kampaniyaya maddi dəstəyi türklərin verdiyini deyib. Bu kampaniya çərçivəsində Almaniyada pulsuz 300 min “Quran” kitabının paylandığı bildirilir.

    XII

    Radikal İslam missionerliyini Azərbaycana gətirmək üçün yollar arandı. Əlbəttə, İran sərhədlərindən Azərbaycana daxil olmaq mümkün deyildi. Çünki İranın özündə bu cərəyanlara qarşı qəti addımlar atılası mümkün olan qanunlar var. Ermənistanla Azərbaycanın müharibə şəraiti də imperialistlərə əl vermirdi. Ən azı ona görə ki, sərhədlər bağlıdır. Ölkəyə yeganə giriş yolu Türkiyə, Rusiya və Gürcüstan sərhədi idi. Amma Gürcüstan da onlar üçün yetərli deyildi. Azərbaycanın Gürcüstanla sərhədlərində yaşayan insanların obyekt kimi seçilməsi işə yarımırdı. Çünki bölgədə aktiv və sərbəst fəaliyyət üçün yetərli imkanlar yox idi. Bunun bir səbəbi də bölgə əhalisinin indikindən fərqli olaraq o zamanlar dinə o qədər də maraq göstərməmələri idi. Elə bunun üçün də Gürcüstan variantı plandan çıxarıldı. Çıxış yolu yalnız Azərbaycanın Rusiya ilə sərhəddində olan kəndlər və meşələr idi. İdeologiyanı Dağıstanda yaşayan müsəlmanlar vasitəsilə ölkəmizə pərçimləmək planı tam onlara görə idi. Elə belə də etdilər. Gündüzləri kəndlərdə, gecələri isə meşələrdə “qardaşlaşan” vəhabilər zaman-zaman paytaxtda yol aldılar. Onlar eyni zamanda Səudiyyə Ərəbistanında təlimlər keçərək Vəhhabi ideologiyasının “sirlərinə” daha yaxından bələd olmağa başladılar. Xüsusi təlim keçmiş Azərbaycanın zəif əqidəli, xüsusən də rus dilli gəncləri (onlar dünyanın düz vaxtında dinin nə olduğunu bilməyiblər) çürük ideologiyalarını yaymağa başladılar. Ölkəmizin şimal və şimal-qərb bölgəsində əsasən radikal dini cərəyanlar inanc və ehkamların təbliğinə cəhd göstərirlər. Quba və Qusardan sonra “qardaşlar”ın iri şəhərlər sırasında ilk dayanacaqları yer Sumqayıt oldu. Kasıb və gənc şəhər...
    Bəli, Sumqayıt şəhərində hər hansı bir binanı götürsək, orada Azərbaycanın müxtəlif rayonlarının sakinləri yaşayır. Bu da vəhabilər üçün çox gözəl şans idi. Onlar həm də müxtəlif əqidələrin yaşadığı bu şəhərdə çox iş görə bilərdilər. Çünki onlarda iş var idi, gənclər şəhəri olan Sumqayıtda isə zavodlar bağlanmış, insanlar xlor satmaqla gündəlik çörək pullarını zorla çıxarırdılar. Belə olan halda kim iş, pul istəməz ki... Təbii ki, pul, xaricdə təhsil və digər şirnikləndirici vədlər onsuz da zəif olan bəzi əqidə sahiblərini yolundan azdırdı. Lakin Azərbaycan əhalisin haqlı olaraq onların ideologiyasını həzm etmədi. Zaman keçdikcə Vəhabilərin içərisində də problemlər yaşandı. Parçalanan vəhabilərdən ayrılanlar “sələfi salehlər” adı altında sığortalanaraq aralarında təmizləmə əməliyyatı aparmağa başladılar. Nəticədə dağlara çəkilən “əxi”lər, şəhərdə məskunlaşan “qardaşları”nı ölümlə təhdid etdilər. Bu da sonda şəhərdəkilərin toplaşdığı məscidin (Əbu Bəkr məscidi) terrora məruz qalması ilə sonuclandı.
    Bu qondarma cərəyan mənsubları Azərbaycan hüdudlarında nə baş verirsə, dərhal onda mənfilik axtarıb tapır və dərhal digər məzhəblərin ayağına yazaraq insanları çaşdırırlar. Təbii ki, Azərbaycan bir İslam ölkəsi olaraq daha çox məzhəb etibarı ilə şiələrin məskunlaşdığı ərazidir. Bu məmləkətin az sayda olan sünnüləri də artıq məzhəb problemini qabartmağda maraqlı deyillər. 


    (ardı var)
    Niyaz NİFTİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 655
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30