TQDK Ağstafa şəhərində fənlər üzrə regional elmi-metodiki seminarlara start verir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində fənlər üzrə elmi-metodiki seminarlara start verir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Plan üzrə seminarlar Riyaziyyat və Tarix fənnləri üzrə keçiriləcək. Hər iki seminar yanvarın 26-da saat 11:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. TQDK-nın sektor müdüri Afiqə Batıyevanın rəhbərlik etdiyi elmi-metodiki seminarlara Ağstafa ilə birlikdə Qazax və Tovuz rayonunun müəllim və mütəxəssisləri də cəlb olunacaq. İclaslarda hər iki fənn üzrə ayrı-ayrı ixtisas qruplarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında müzakirələr aparılacaq.