Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Osmanlı İmperiyasının sultanları necə ölüblər?
    Türkiyənin “Sabah” qəzeti Osmanlı padşahları barədə növbəti maraqlı məlumat dərc edib. Modern.az həmin məlumatı Azərbaycan dilinə tərcümə edərək saytın oxucularına təqdim edir. Yəqin ki, bu, sizlərin də diqqətini çəkəcək…


    Vaxtilə indiki Türkiyənin ərazisindən bir neçə dəfə böyük əraziyə malik imperiyaya yüz illər boyu hökmranlıq edən Osmanlı padşahlarının necə ölüblər?


    Siltan Osman Qazi


    Osmanlı İmperatorluğunun qurucusu olan Osman Qazi 1258-ci ildə anadan olub. 1281-ci ildə taxta çıxan O.Qazi 1326-cı ildə ürək çatışmazlığından dünyasını dəyişib.


    Sultan Orxan Qazi


    Osmanlının 2-ci sultanı Orxan Qazi 1281-ci ildə anadan olub. 1326-cı ildə Osmanlı taxtına çıxıb. 1362-ci ildə 82 yaşlı sultan iflic nəticəsində vəfat edib.


    Sultan I Murad


    Osmanlının yeganə şəhid olan sultanı I Murad 1326-cı il iyunun 29-da dünyaya gəlib. 3-cü Osmanlı sultanı olan I Murad 1362-ci ildə taxta çıxıb. Döyüşlərin birində şəhid olan I Murad 15 iyun 1389-cu ildə serblərin böyük bir təxribata uğradıldığı I Kosova döyüşnün sonunda dünyasını dəyişib. Belə ki, serb kralı Lazarın kürəkəni Milos Obronoviç padşahın hüzuruna çıxdığı vaxt sinəsində gizlətdiyi xəncərlə sultanı şəhid edib.


    Sultan İldırım Bəyazid


    4-cü Osmanlı sultanı olan İldırım Bəyazid 1360-cı ildə dünyaya gəlib. 1389-cu ildə taxta çıxıb. Osmanlının ən böyük sərkərdələrindən olan İ.Bəyazid 1402-ci ildə Ankara müharibəsində topal Teymura əsir düşüb. Düşdüyü vəziyyəti özünə sığışdırmayan sultan üzüyündəki zəhəri içərək 8 mart 1403-cü ildə Akşehirdə intihar edib. 


    Sultan II Murad


    Osmanlının 6-cı sultanı olan II Murad 1404-cü ilin iyununda dünyaya gəlib. 1423-cü ildə taxta çıxıb. Möhkəm baş ağrısı səbəbiylə yatan sultan 3 gün sonra 3 fevral 1451-ci ildə ölüb. Ölümünə səbəb beyində şiş olması və ya beyninə qan sızması göstərilir.


    Sultan II Mehmet


    Osmanlı İmperatorluğunun 7-ci sultanıdır. O, 1432-ci il martın 30-da dünyaya gəlib.1444 və 1446-cı illərdə taxta çıxıb.  Osmanlı tarixinin ən sirli ölümü II Mehmetlə bağlıdır. Fateh Sultan Mehmet 1481-ci ilin mayında Misir Məmlük Dövlətinə səfər edir. Gəbzə yaxınlığında xəstələnən sultanı baş həkimi Lari müayinə edir, lakin sultanı müalicə edə bilmədikdə, sultan sağaltmaq sabiq baş həkim Yaqub Paşaya həvalə edilir. Yaqub Paşa bəzi dərmanlarla sultanın sancılarını azaltmağa çalışsa da, buna müvəffəq ola bilmir. Sultan qısa müddət sonra 1481-ci il may ayının 31-də ölür. II Mehmet dövrünün araşdırmaçısı Franz Babinger sultanın zəhərlənərək öldürüldüyünü iddia edir. Bu iddia indiyə qədər də müzakirə edilir.


    Sultan II Bəyazid


    Osmanlının  8-ci sultanı olan II Bəyazid 1447-ci il dekabrın 3-də dünyaya gəlib. II Mehmetin oğlu olan II Bəyazid 1512-ci ilin aprel ayında əsgərlərin üsyanı nəticəsndə oğlu Yavuz Sultan Səlim lehinə taxdan çəkildikdən sonra Dimetoka yola düşür. Ömrünün geri qalan qismini burda keçirmək niyyəti ilə yola çıxan sultan 1512-ci il mayın 21-də yolda ölür. Ehtimala görə oğlu Yavuz gələcəkdə atasının taxta iddia edəcəyini düşünərək onu zəhərləyib.


    Sultan I Səlim


    Osmanlının 9-cu sultanı olan I Səlim və ya Yavuz Sultan Səlim 1470-ci ilin oktyabr ayında dünyaya gəlib. 1512-ci ildə taxta çıxan sultan 1522-ci ildə xərcəngdən dünyasını dəyişib. 


    Sultan I Süleyman


    Osmanlının 10-cu sultanıdır. O, 27 aprel 1495-ci ildə dünyaya gəlib. 1520-ci ildə taxta çıxıb. 1566-cı ildə Sigetvarın mühasirəsinin son günü 6/7 iyunda beyninə qan sızması nəticəsində ölür.  O, tarixdə Sultan Sülüeyman qanuni adı ilə də tanınır.


    Sultan II Səlim


    Osmanlının 11-ci sultanı olan II Səlim 1524-cü il may ayının 28-də dünayaya gəlib. 1574-cü ildə döş qəfəsində meydana gələn qanaxma nəticəsində ölüb. İddiyaya görə, sultan hamamda yıxılaraq xəsarət alaıb və bundan dünyasını dəyişib.   


    Sultan III Murad


    III Murad 1546-cı ildə dünyaya gəlib. 12-ci sultan olan III Murad 1574-cü ildə taxta çıxıb. 1595-ci ildə prostat xərcəngindən dünyasını dəyişib.


    Sultan III Mehmet


    13-cü Osmanlı sultanıdır. O, 1566-cı il mayın 26-da dünyaya gəlib. 1595-ci ildə taxta çıxan sultan bir gün saraya qayıdarkən yolda rastlaşdığı bir şəxs ona “56 gün sonra gələn qəzadan canını qurtara bilməzsən. Qafil olma sultanım” deyir. Bu hadisə sultana böyük təsir göstərir. Sultan yeməkdən, icməkdən üz döndərir. 1603-cü il dekabr ayının 21 infarkt keçirərək dünyasını dəyişir.


    Sultan I Mustafa


    Osmanlının 15-ci sultanı olan I Mustafa 1592-ci ildə dünyaya gəlib. O, 1617-ci ildə taxta çıxıb. Osmanlı tarixində yeganə “Dəli” ləqəbli sultan olan Sultan Mustafa 1623-cü ildə taxdan endirildikdən sonra 20 yanvar 1639-cü ildə ölüb.


    Sultan II Osman


    Osmanlı sultanlarından olan II Osman 1604-cü il noyabrın 3-də dünyaya gəlib. 16-cı sultan olan II Osman 1618-ci ildə taxta çıxıb. Osmanlı tarixində üsyan nəticəsində öldürülən ilk sultandır. II Osman ərtafındakı insanların səhv istiqamətləndirməsi, eləcə də özünün təcrübəsizliyinin səbəb olduğu üsyan sonda sultanın ölümünə səbəb olur. Belə ki, 1622-ci ildə  Sədrəzəm Davud Paşa və yandaşları gənc sultanı tutur və onu boğaraq öldürürlər.  


    Sultan IV Murad


    17-ci Osmanlı sultanıdır. 1612-ci il  iyul ayının 27-də anadan olub. 1623-cü ildə taxta çıxıb. Sultanın ölümü ilə bağlı iki fərqli iddia var. Qərb mənbələri onun serrozdan, osmanı mənbələri isə damla xəstəliyindən öldüyünü iddia edir. Sultan  IV Murad 1640-cı il  favral ayının 8-də ölüb.


    Sultan İbrahim


    Osmanlının 18-ci sultanı olan  Sultan İbrahim 1616-cı il 5 noyabrda dünyaya gəlib.1640-cı il fevralın 8-də taxta çıxıb. Öldürülən digər Osmanlı sultanı Sultan İbrahimdir. O, 1648-ci il avqustun 7-də taxtdan endirilir, yerinə kiçik yaşlı oğlu Mehmet gətirilir. Taxdan endirilən sultan bağlı saxlanıldığı yerdə sadəcə 10 gün yaşayır. Sultanın fəryadları bütün xalqa təsir edir, Sultan İbrahimi yenidən taxta çıxarmaq istəyənlərin sayı getdikcə artır. Belə bir vəziyyətdə dövlətin  nüfuzlu nümayəndələri Sultan İbrahimi 1648-ci il avqustun 18-də öldürürlər.  


    Sultan IV Mehmet


    19-cu Osmanlı sultanıdır. O, 1642-ci il dekabrın 2-də dünyaya gəlib. 1648-ci ildə taxta çıxıb. 1687-ci ildə taxtan endirilən sultan 4 il məhkumluq həyatı yaşayır. Tutulduğu sətəlcəm nəticəsində 1693-cü il 6 dekabrda ölüb. 


    Sultan II Süleyman


    Osmanlının 20-ci sultanı olan II Süleyman 1642-ci 15 apreldə dünyaya gəlib. 40 il sarayda məhkumluq həyatı yaşayan sultan 1691-ci ildə taxta çıxıb. 1695-ci il fevral ayının 6-də böyrək çatışmazlığından dünyasını dəyişib.  


    Sultan II Mustafa


    22-ci Osmanlı sultanı olan II Mustafa 1664-cü ildə dünyaya gəlib. 1695-ci ildə taxta çıxıb. II Mustafa 1703-cü ildə üsyan nəticəsində taxtdan endirilib. Sultan II Mustafa 1703-cü il dekabr ayının 29-da prostat xərcəngindən dünyasını dəyişib.


    Sultan III Əhməd 


    23-cü Osmanlı sultanı olan III Əhməd 1673-cü il 30 dekabrda dünyaya gəlib. 1703-cü ildə taxta çıxıb. Əyləncələri ilə məşhur olan sultan III Əhməd 1730-cu ildə üsyan nəticəsində taxtdan endirilib. Uzun illər topqapı sarayında məhkumluq həyatı yaşayan sultan şəkər xəstəliyi nəticəsində 1736-cı ildə ölüb.


    Sultan I Mahmud


    Osmanlının 24-cü sultanı olan I Mahmud 1696-cı il 2 avqustda dünyaya gəlib. 1730-cu ildə taxta çıxıb. 21 illik sultanlıq dövründən sonra, I Mahmud cümə namazından qayıdan zaman atdan yıxılaraq beyninə qan sızması nəticəsində 1754-cü ildə ölüb.


    Sultan I Əbdülhəmid


    27-ci Osmanlı sultanıdır. O, 1725-ci il 20 martda dünyaya gəlib. 1774-cü ildə isə taxta çıxıb. 
    1787-1791 illər ərzində Osmanlı-Rusiya müharibəsi ərəfəsində Anapa qalasının rusların əlinə keçdiyini öyrənən sultanın beyninə qan sızıb. Sultan I Əbdülhəmid bir müddət sonra -1789-cü ilin 7 aprelində dünyasını dəyişib.


    Sultan III Səlim


    Osmanlının 28-ci sultanı olan III Səlim 1761-ci il 24 dekabrda dünyaya gəlib. 7 aprel 1789-cu ildə taxta çıxıb. Osmanlı tarixində yenilikləri ilə yadda qalan III Səlim 1807-ci ildə taxtdan endirilərək yerinə  IV Mustafa gətirilib. Sarayda həbs edilən sultanı yenidən taxta çıxarmaq üçün tərafdarları təşkilatlanaraq İstanbula gəlirlər. Və Sultan Səlimi yenidən taxta çıxarmağa cəhd edirlər. Ancaq ehtiyatsız davrandıqları üçün IV Mustafanın tərəfdarları 1808-ci il 28 iyilda III Səlimi öldürürlər.  


    Sultan IV Mustafa


    Osmanlının 29-cu sultanı olan  IV Mustafa 1779-cu il sentyabrın 8-də dünyaya gəlib.  1807-ci ildə taxta çıxıb. III Səlimi öldürtdürən IV Mustafa da eyni aqibətlə üzləşir. Əsgərlərinin IV Mustafanı təkrar taxta çıxarmağa cəhd etməsi zaman II Mahmud onu 17  noyabr 1808-ci ildə boğub öldürülməyini əmr verir. əmr yerinə yetirilir.


    Sultan II Mahmud


    30-cu Osmanlı sultanı olan II Mahmud 1785-ci il 20 iyulda dünyaya gəlib. 1808-ci ildə taxta çıxıb. II Mahmud 1839-cu ildə 54 yaşında vərəm xəstəliyindən vəfat edib.  


    Sultan Əbdülməcid


    Osmanlının 31-ci sultanı olan Əbdülməcid 1823-cü il 25 apreldə dünyaya gəlib. 1839-cu ildə taxta çıxıb. Sultan Əbdülməcid də 1861-ci ildə atası kimi vərəm xəstəliyindən dünyasını dəyişib.


    Sultan Əbdüləziz


    32-ci Osmanlı sultanıdır. 1830-cu ildə dünyaya gələn  Sultan Əbdüləziz, 1861-ci ildə osmanlı taxtına çıxıb. 1861-1876 illər ərzində Osmanlı taxtında outran Sultan Əbdüləziz Fatehdən sonra ölümü ən çox müzakirə edilən padşahlardandır. Taxtdan endirildikdən bir neçə gün sonra-1876-cı ildə Fəriyə Sarayında biləkləri kəsilmiş vəziyyətdə tapılan sultanın devrilməsinə dözməyərək intihar etdiyi iddia edilir. Ancaq sultanın öldürülməsi ehtimalı daha yüksəkdir.


    Sultan V Murad


    33-cü Osmanlı sultanı olan V Murad 1840-cı ildə dünyaya gəlib. 1876-cı ildə taxta çıxıb. V Murad 1904-cü ildə şəkər xəstəliyindən dünyasını dəyişib. 


    Sultan II Əbdülhəmid 


    Osmanlının 34-cü sultanı olan II Əbdülhəmid  1842-ci ildə dünyaya gəlib. II Əbdülhəmid  1876-cı ildə taxta çıxıb. Osmanlı tarixinin ən çox mübahisə edilən sultanı olan II Əbdülhəmid 10 fevral 1918-ci ildə Bəylərbəyi Sarayında 76 yaşındaykən tutulduğu vərəm nəticəsində dünyasını dəyişib.


    Sultan V Mehmet Rəşad


    35-ci Osmanlı sultanıdır. V Mehmet Rəşad 1844-cü ildə dünyaya gəlib. 1909-cu ildə taxta çıxan sultan 1918-ci ildə dünyasını dəyişib.


    VI Mehmet Vəhdətdin


    Osmanlının 36-cı və sonuncu sultanıdır. VI Mehmet Vəhdətdin 1861-ci ildə dünyaya gəlib. 1918-ci ildə taxta çıxıb. Son Osmanlı padşahı olan Vəhdətdin 16 May 1926-cı ildə infakrtdan dünyasını dəyişib. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 657
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30